Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-707/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 15.07.1969-18.09.1970, 29.07.1971-01.11.1971, 09.08.1979-14.05.1980, 16.06.1985-1996-cı ilin avqust ayınadək işlədiyi illərin və 26.05.1976-16.06.1978-ci illərdə hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15.07.1969-cu ildən 18.09.1970-ci ilədək 101 nömrəli tikinti idarəsində 1-ci dərəcəli suvaqçı, 29.07.1971-ci ildən 01.11.1971ci ilədək Gəncə "xxxx" ASC-də fəhlə, 09.08.1979-cu il tarixdən 14.05.1980-ci il tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-də (Kirovabad şəhər Radio-Televiziya atelyesi) sürücü, 16.06.1985-ci ildən 1996-cı ilin avqust ayınadək 3 nömrəli Trestin X1 İdarəsində sürücü işləmişdir. Bundan başqa 26.05.1976-16.06.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının 12 ildən artıq iş stajı olsa da, cavabdeh pensiya təyin edilməsindən imtina edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 26.05.1976-16.06.1978-ci illərdə hərbi xidmətdə olduğu dövrün iş daxil edilməsinə etiraz etmirlər. Digər dövrlərin qarşılıqlı yoxlanması mümkün olmadığı üçün və arxiv arayışları ilə təsdiqlənmədiyi üçün qəbul olunmur. Qəbul edilən iş stajı isə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi “15.07.1969-18.09.1970, 29.07.1971-01.11.1971, 09.08.1979-14.05.1980ci illərdə işlədiyi müddətin və 26.05.1976-16.06.1978-ci illərdə hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının 15.07.1969-18.09.1970, 29.07.1971-01.11.1971, 09.08.1979-14.05.1980ci illərdə işlədiyi müddətin və 26.05.1976-16.06.1978-ci illərdə hərbi xidmətdə olduğu illər sosial sığorta stajına daxil edilsə belə, onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan minimum stajı ödəmir. Belə ki, iddiaçı 15.07.1969-cu il tarixdən 18.09.1970-ci il tarixədək 01 il 02 ay 03 gün, 29.07.1971-ci il tarixdən 01.11.1971-ci il tarixədək 03 ay 02 gün, 09.08.1979-cu il tarixdən 14.05.1980-ci il tarixədək 09 ay 05 gün işləmiş, ümumilikdə işlədiyi müddət 02 il 02 ay 10 gün təşkil etmişdir. İddiaçı xx.xx.1953-cü il təvəllüdlü olmaqla, 25.02.2016-cı il tarixdə (63 yaş) pensiya yaşına çatmışdır. Həmin zaman qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya təyin olunması üçün azı 12 il sığorta stajına malik olması tələb olunur. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu 2 il 20 gün müddəti sosial sığorta stajının olmasını etiraf edir. İddiaçının işlədiyi müddət 02 il 2 ay 10 gün olmaqla, bunların cəmi 04 il 03 ay təşkil edir, bu isə 12 ildən azdır. Deməli, tələb olunan müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı 1973-cü il tarixdən 1998-ci il tarixədək Bərdə rayonu Lənbəran kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-707/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-707/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver