Məhkəmə qərarları › İş №2-1(114)-71/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-71/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-71/2020 06.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad təmir bazasında sürücü vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "Azərenerji quruluşu" trestinin Nəqliyyat Kontoru" Azərenerji quruluşu" trestinin avtonəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1982ci il tarixdən xx.xx.1987-ci il tarixədək İstehsal-texnoloji komplektləşdirilməsi idarəsinin bazasında 3-cü dərəcəli sürücü vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək sürücü vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Kirovabad şəhər 1 saylı a/kolonunda, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Şəmkir Çaxır zavodunda sürücü vəzifəsində işlədiyi illərin vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad təmir bazasında sürücü vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "Azərenerji quruluşu" trestinin Nəqliyyat Kontoru" Azərenerji quruluşu" trestinin avtonəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək İstehsal-texnoloji komplektləşdirilməsi idarəsinin bazasında 3-cü dərəcəli sürücü vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək sürücü vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Kirovabad şəhər 1 saylı a/kolonunda, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Şəmkir Çaxır zavodunda sürücü vəzifəsində işləmiş, həmin müəssisə və təışkilatlarda işləməsi ona məxsus olan 10 dekabr 1976-cı il tarixli əmək kitabçasında öz əksini tapmışdır. Odur ki, yaşa görə pensiya təyin edilməsi məqsədi ilə iddiaçı DSMF-nin Şəmkir rayon şöbəsinə ərizə ilə müraciət edərək əmək kitabçamda qeyd olunan iş illərinin ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019cu il tarixli məktubla əmək kitabçasında qeyd olunan iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmadığını bildirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, şöbə iddiaçının 1976-1980-ci və 1994-1999-cu illəri sosial sığorta stajı kimi nəzərə alır, 1976-1980-ci illərin arxivi var, 1994-2007-ci illər üzrə isə müəssisə yalnız 1994-cü ildən 1999-cu ilədək sosial sığorta stajı ödədiyinə görə şöbə tərəfindən nəzərə alınmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, şöbə yalnız 1994-2007-ci illər üzrə sosial sığorta müddətini qəbul etmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********6 nömrəli “əmək pensiyasının təyin olunmasından imtina barədə” bildirişdən görünür ki, İddiaçı əmək kitabçasında 14.041980-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, 2 il hərbi xidmət illəri də daxil edilməklə cəmi 11 il 01 ay 06 gün sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 8003,94 manat pensiya kapitalı vardır, onun 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 17245,16 manat pensiya kapitalı olmadığı üçün və xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, k-3-22 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixli 108 nömrəli əmrlə Şəmkir Balıq zavoduna sürücü qəbul edilmiş, 1994-1999-cu illərdə Şəmkir Balıq zavodunda işləmiş və əmək haqqı almışdır. -X4 Filialının xx.xx.2019-cu il tarixli, 332/3 nömrəli məktubundan görünür ki, Kirovabad təmir bazasının, "Azərenerji quruluşu" trestinin Nəqliyyat Kontoru" Azərenerji quruluşu" trestinin avtonəqliyyat müəssisəsinin, İstehsal-texnoloji komplektləşdirilməsi idarəsinin bazasının və Kirovabad şəhər 1 saylı a/kolonun arxiv sənədləri X4 Filialına təhvil verilməmişdir. -İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad təmir bazasında sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək "Azərenerji quruluşu" trestinin Nəqliyyat Kontoru" Azərenerji quruluşu" trestinin avtonəqliyyat müəssisəsində sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək İstehsal-texnoloji komplektləşdirilməsi idarəsinin bazasında 3-cü dərəcəli sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Kirovabad şəhər 1 saylı a/kolonunda, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Şəmkir Balıq zavodunda sürücü işləmişdir. -İddiaçı məxsus НЗ ******* nömrəli xx.xx.1974-cü il tarixli hərbi biletin surətindən görünür ki, sonuncu xx.xx.1974-cü il il tarixdən xx.xx.1976-cı il il tarixədək hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi müddətlər, eləcə də hərbi biletinə əsasənhərbi xidmət müddəti qəbul edilməklə ümumilikdə 11 il 01 ay 06 gün sığorta stajı təsdiq edildiyindən və ya fərdi hesabın sığorta hissəsində 8003,94 manat pensiya kapitalı müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında Şəmkir Balıq zavodunun 2000-2007-ci illərə dair əmək haqqı ödənişi kitablarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı 2000-2005-ci illərdə həmin zavodda işləmiş və əmək haqqı almış, həmçinin 2006-2007-ci illərə dair kitablarda iddiaçının adına rast gəlinməmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir . Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən əmək kitabçası əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd hesab olunur. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasını mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 il 5 ay 29 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 2 ay 6 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 5 ay 29 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 1 il 7 ay 6 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 4 il 10 ay 22 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1 il 1 ay 13 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 5 il 5 ay, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 6 il, 2000-2005-ci illər üzrə 6 il olmaqla ümumilikdə 28 il 2 ay 15 gün sığorta stajı yaranmış olur. Həmçinin hərbi xidmət müddəti də hesablandıqda iddiaçının ümumilikdə 30 il 2 ay 15 gün sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə qeyd edir ki, 2006-2007-ci illərə dair əmək haqqı kitablarında iddiaçının adına rast gəlinmədiyinə görə həmin illər onun sosial sığorta stajına daxil edilə bilməz. Göründüyü kimi yuxarıda qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur, ona görə də qeyd olunan müddətlər onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar