Məhkəmə qərarları › İş №2-1(114)-71/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-71/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-71/2021 15.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı (üçüncü şəxs X4) çıxarışların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdən Ağdam rayonunun 4 yol adlanan ərazisində Tərtər-Hindarx avtomobil yolunun 17-ci kilometrliyində ailəsini dolandırmaq üçün baytarlıq apteki inşa etmiş və həmin aptekdə baytar-həkim kimi fəaliyyət göstərir. 2020-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, X4 aptekin yerləşdiyi torpaq sahəsinə dair əsassız çıxarışlar almışdır. Kənd bələdiyyəsi həmin torpaq sahəsini satışa çıxaran vaxt iddiaçını xəbərdar etməmiş, ona məxsus tikilini nəzərə almamış və nəticədə qanunsuz alqı satqı olmuşdur. İddiaçı üçüncü şəxsin adına verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı DƏDRX-nin 7 saylı X8 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 nömrəli qərarı ilə X2, sonuncu torpaq sahəsinə mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixdə çıxarış əldə edərək sahəni notarial alqı-satqı yolu ilə xx.xx.2015-ci il tarixdə X1 və sonuncu hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli çıxarışı əldə etmişdir. Məhkəmə iddia ilə bağlı ilkin olaraq onu qeyd edir ki, iddiaçı üçüncü şəxsin adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışda əks olunmuş torpaq sahəsinin ona məxsus olmasını iddia etsə də, həmin sahənin ona məxsus olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Başqa sözlə iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, mübahisələndirilən xx.xx.2015-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş hüquqi sənəd (bələdiyyə qərarı) qüvvədə olduğu halda həmin qərar əsasında verilmiş çıxarışın ləğv edilməsi iddianın mümkünlülük şərtlərinə cavab vermir. Həmçinin iddia ərizəsinin nəticə hissəsində xx.xx.2018-ci il tarixli çıxarışın da ləğv olunması tələb edilmiş, lakin həmin sənəd iddia ərizəsinin məzmununda şərh olunmamış, iddiaçı məhkəmə iclasına gələrək bununla bağlı məlumat verməmiş, habelə əldə edilmiş sənədlərdən görünür ki, üçüncü şəxsin adına belə bir çıxarış verilməmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı (Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 nömrəli qərarı) mübahisələndirmək əvəzinə həmin qərar əsasında verilmiş çıxarışı mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7rşı çıxarışların ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar