Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-71/2024 13.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X3) qarşı fərdi yaşayış evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl rayonu, Toğana kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınaraq, bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsinə dair AA003399 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəd tərtib edilmişdir.
2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən, Göygöl rayonu Toğanalı bələdiyyəsi mülkiyyətində olan 0.02 ha torpaq sahəsini 49 il müddətinə iddiaçının istifadəsinə vermişdir.
3. İddiaçı sözügedən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və həmin evin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sözügedən fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilərək, bildirilmişdir ki, aparılan araşdırma zamanı üzərindəki hüquqların qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin bir hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt olunmuş torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 193 metr kənarda yerləşdiyi müəyyən edilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,03 ha, faktiki olaraq 0,07 ha, fərdi yaşayış evinin ümumi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 92,2 kv.m, faktiki olaraq 92,1 kv.m, yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 48,8 kv.m, faktiki olaraq 49,4 kv.m, köməkçi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 43,4 kv.m, faktiki olaraq 42,7 kv.m, açıq eyvanın hüquqmüəyyənedici sənəd üzrə 49,9 kv.m, faktiki olaraq 44,0 kv.m olduğu müəyyən edilmişdir. Yaşayış evinin bir hissəsinin zəbt torpaq sahəsində (bələdiyyəyə məxsus torpaq sahəsi) inşa olunduğu, Necas proqramında sənəd əsasında torpaq sahəsinin tamamilə başqa yerdə yerləşdiyi qeyd edilmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış və tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı inşa etdirdiyi fərdi yaşayış evi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0.03 ha torpaq sahəsi AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin sərhədləri daxilində inşa edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə AA003399 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, iddiaçının faktiki istifadə sahəsinin koordinatları ilə AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar arasında 193.0 metr məsafə fərqi vardır. Fərdi yaşayış evinin yerləşdiyi, faktiki ölçüsü 0.093 ha olan həyətyanı torpaq sahəsinin 0.022 ha hissəsi X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə, 0.071 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi sahə 97.0 kv.m, eyvanın yerləşdiyi sahə isə 41.0 kv.m təşkil edir. Fərdi yaşayış evinin yerləşdiyi sahəsinin 25.0 kv.m hissəsi, eyvanın yerləşdiyi sahənin isə 11.0 kv.m hissəsi X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsində, fərdi yaşayış evinin 72.0 kv.m hissəsi, eyvanın isə 30.0 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir.
6. Məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-178A (KOD ********) nömrəli şəhadətnaməyə əsasən X5 və X2 mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş, X5 həmin 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2007-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış və sonuncuya bu barədə xx.xx.2008-ci il tarixli **********57 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrarən mütəxəssis rəyinin alınması qərara alınmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-8634/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1-ci və 2-ci suallar əvvəlki rəydə cavablandırılmışdır. Qərardadda qoyulmuş 3-cü sualın cavablandırılması mümkün deyildir. Belə ki, sualda qeyd olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə və həmin müqavilə əsasında icarəyə verilmiş 0,02 ha torpaq sahəsinin və AN-İ ******* nömrəli alğısatqı müqaviləsi ilə satılmış 0,03 ha torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X və Y) və uzunluq məsafələri) əks olunmuş cizgi planı daxil olmuş mülki iş materiallarında və arxiv sənədlərində mövcud deyildir.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrarən mütəxəssis rəyinin alınması qərara alınmış və tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi ilə, mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli MH Seriyalı ******* nömrəli Çıxarışın AA 003399 nömrəli planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi arasında 193.0 metr məsafə fərqi var. Yəni ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi, xx.xx.2008-ci il tarixli MH Seriyalı ******* nömrəli çıxarışın AA 003399 nömrəli planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində yerləşmir. xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqviləsində qeyd olunan 0.02 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud deyildir. xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqviləsində qeyd olunan 0.02 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, faktiki istifadə sahəsinin müqavilədə göstərilən sahə ilə eynilik təşkil edibetməməsi halının araşdırılması mümkün deyildir. Vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 0.022 ha hissəsi, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsində qeyd olunan və torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış JN-178A(KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Toğanalı kəndində yerləşən MH seriyalı ******* nömrəli çıxarış əsasında mülkiyyətində olan 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Toğanalı kəndində mülkiyyətində 0.03 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə dair MH seriyalı, ******* nömrəli çıxarış var. Qeyd olunan torpaq sahəsi 1981-ci ildən onların mülkiyyətində olmaqla, onlar qeyd olunan tarixdən həmin torpaq sahəsində yaşayış evi tikərək yaşayırlar, həmin yaşayış evinə kommunal sayğaclar quraşdırılıb və bütün kommunallardan istifadə edir. Torpaq sahəsi 32 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair bütün sənədlər tam olaraq qanunidir. O, aidiyyəti üzrə yaşayış evinə dair çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. İmtinaya səbəb kimi guya fərdi yaşayış evinin bir hissəsinin mülkiyyətində olan torpaq sahəsindən kənarda, zəbt olunmuş torpaq sahəsində inşa edildiyi, həmçinin sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 193 metr kənarda yerləşdiyi qeyd edilir. Göründüyü kimi imtina qanunsuz və əsassız olmaqla həmdə gülüncdür. İmtinada qeyd olunur ki, evin bir hissəsinin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi qeyd olunur, eyni zamanda da qeyd olunur ki, faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında 193 metr fərq var. Onda belə çıxır ki, onun evinin uzunluğu 193 metrdir. Göründüyü kimi onun hüquqlarını həyata keçirmək üçün başqa variantı yoxdur, ona görə də məhkəməyə müraciət etmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və X3 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
22. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş X5 və X2 iştiraklarına xitam verilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin orqanın məhkəməyə yazılı etirazı daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).
25. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2008-ci il tarixli AA003399 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Fərdi yaşayış evinin lisenziyası; - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə; - xx.xx.2022-ci il tarixli müayinə aktı; - Torpağın mülkiyyətə verilməsinə dair JN-178A KOD 50810018 nömrəli şəhadətnamə; - 13.08.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-464/2023 nömrəli imtina məktubu; - Mütəxəssis rəyləri. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınaraq, bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsinə dair AA003399 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəd tərtib edilmişdir. İddiaçı sözügedən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və həmin evin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla sözügedən fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilərək, bildirilmişdir ki, aparılan araşdırma zamanı üzərindəki hüquqların qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin bir hissəsinin mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt olunmuş torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 193 metr kənarda yerləşdiyi müəyyən edilmişdir.
31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını əsaslı sayır.
32. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,03 ha, faktiki olaraq 0,07 ha, fərdi yaşayış evinin ümumi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 92,2 kv.m, faktiki olaraq 92,1 kv.m, yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 48,8 kv.m, faktiki olaraq 49,4 kv.m, köməkçi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 43,4 kv.m, faktiki olaraq 42,7 kv.m, açıq eyvanın hüquqmüəyyənedici sənəd üzrə 49,9 kv.m, faktiki olaraq 44,0 kv.m olduğu müəyyən edilmişdir. Yaşayış evinin bir hissəsinin zəbt torpaq sahəsində (bələdiyyəyə məxsus torpaq sahəsi) inşa olunduğu, Necas proqramında sənəd əsasında torpaq sahəsinin tamamilə başqa yerdə yerləşdiyi qeyd edilmişdir.
33. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış və tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı inşa etdirdiyi fərdi yaşayış evi xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0.03 ha torpaq sahəsi AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin sərhədləri daxilində inşa edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə AA003399 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, iddiaçının faktiki istifadə sahəsinin koordinatları ilə AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar arasında 193.0 metr məsafə fərqi vardır. Fərdi yaşayış evinin yerləşdiyi, faktiki ölçüsü 0.093 ha olan həyətyanı torpaq sahəsinin 0.022 ha hissəsi X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə, 0.071 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi sahə 97.0 kv.m, eyvanın yerləşdiyi sahə isə 41.0 kv.m təşkil edir. Fərdi yaşayış evinin yerləşdiyi sahəsinin 25.0 kv.m hissəsi, eyvanın yerləşdiyi sahənin isə 11.0 kv.m hissəsi X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsində, fərdi yaşayış evinin 72.0 kv.m hissəsi, eyvanın isə 30.0 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir.
34. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsinin təxminən 0.01 ha (70 kv.m) hissəsinin bələdiyyə mülkiyyətinə düşməsi onlara məlum olduğundan həmin torpaq sahəsini almaq məqsədilə bələdiyyəyə müraciət etmiş və bələdiyyə ilə arasında 0.02 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. X5 və X3 isə 0.03 ha torpaq sahəsini aldıqları şəxslərdir.
35. Bu əsasla məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrarən mütəxəssis rəyinin alınması qərara alınmış və əvvəlki qərardadda qoyulan 1 və 2-ci suallar təkrarlanmaqla yanaşı, 3-cü sual - əvvəlki mütəxəssis rəyində iddiaçının inşa etdirdiyi fərdi yaşayış evinin yerləşdiyi, faktiki ölçüsü 0.093 ha olan həyətyanı torpaq sahəsinin 0.022 ha hissəsinin X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə, 0.071 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edildiyi nəzərə alınaraq, 0.071 ha bələdiyyə torpağının torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə əsasında iddiaçının icarəsinə verilmiş 0.02 ha torpaq sahəsi ilə, 0.022 ha torpaq sahəsinin isə AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi ilə iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi müəyyən edilməsinə dair sual da qoyulmuşdur.
36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8634/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1-ci və 2-ci suallar əvvəlki rəydə cavablandırılmışdır. Qərardadda qoyulmuş 3-cü sualın cavablandırılması mümkün deyildir. Belə ki, sualda qeyd olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə və həmin müqavilə əsasında icarəyə verilmiş 0,02 ha torpaq sahəsinin və AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi ilə satılmış 0,03 ha torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X və Y) və uzunluq məsafələri) əks olunmuş cizgi planı daxil olmuş mülki iş materiallarında və arxiv sənədlərində mövcud deyildir.
37. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydə alınaraq, bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsinə dair AA003399 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəd tərtib edilmişdir. Həmin plan və ölçü sənədində 0.03 ha torpaq sahəsinin koordinatları və uzunluq məsafələri qeyd edilmişdir. Bələdiyyənin qərarı ilə icarəyə verilmiş 0.02 ha torpaq sahəsinin en və uzunluğu qeyd edilmişdir.
38. Odur ki, yuxarıdakı mütəxəssis rəyində iddiaçının inşa etdirdiyi fərdi yaşayış evinin yerləşdiyi, faktiki ölçüsü 0.093 ha olan həyətyanı torpaq sahəsinin 0.022 ha hissəsinin X6 və X2 adına tərtib olunmuş JN-178A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə, 0.071 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edildiyi üçün, məhkəmə 0.071 ha bələdiyyə torpağının torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilə əsasında iddiaçının icarəsinə verilmiş 0.02 ha torpaq sahəsi ilə və 0.022 ha torpaq sahəsinin isə AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi məqsədilə təkrar mütəxəssis rəyinin alınması qərara alınmış və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi ilə, mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli MH Seriyalı ******* nömrəli Çıxarışın AA 003399 nömrəli planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi arasında 193.0 metr məsafə fərqi var. Yəni ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi, xx.xx.2008-ci il tarixli MH Seriyalı ******* nömrəli çıxarışın AA 003399 nömrəli planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində yerləşmir. xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsində qeyd olunan 0.02 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud deyildir. xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsində qeyd olunan 0.02 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, faktiki istifadə sahəsinin müqavilədə göstərilən sahə ilə eynilik təşkil edib-etməməsi halının araşdırılması mümkün deyildir. Vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 0.022 ha hissəsi, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsində qeyd olunan və torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış JN-178A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir.
39. Eyni zamanda, məhkəmə ikinci mütəxəssis baxışı zamanı sözügedən torpaq sahəsinə gedərək, mütəxəsisslə birlikdə yerində müayinə keçirmişdir. Həmin müayinə zamanı Toğanalı bələdiyyəsinin sədri X9 xx.xx.2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsində qeyd olunan 0.02 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış, cizgi-plan və yaxud Torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmədiyini bildirmiş, eyni zamanda həmin 0.02 ha torpaq sahəsinin yerini, koordinatlarını göstərə bilməmişdir.
40. Müayinə zamanı, habelə ortofoto görüntü ilə müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatları onun faktiki yerləşmə vəziyyəti ilə uyğunluq təşkil etmir. Lakin, hətta həmin koordinatlar uyğunluq təşkil edəcəyi halda belə, fərdi yaşayış evi 0.03 ha torpaq sahəsində inşa edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi sahə 0.093 ha təşkil edir və digər subyektlərin mülkiyyətində olan torpaq sahəsini əhatə edir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
42. Göründüyü kimi, həm İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin AA003399 nömrəli plan və ölçü sənədində göstərilən koordinatları onun faktiki yerləşmə vəziyyəti ilə uyğunluq təşkil etmir, həm də fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.071 ha hissəsi üzərində bələdiyyənin, 0.022 ha hissəsi üzərində isə üçüncü şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu hal, iddianın rədd edilməsinə əsas verir.
43. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva