Məhkəmə qərarları › İş №2-1(114)-710/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-710/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-710/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı məxsus xx.xx.N985-ci il tarixli NZ № ******* nömrəli hərbi biletdə onun xx.xx.N3-cü il tarixdən xx.xx.N6-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Gədəbəyin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi, habelə xx.xx.N6-cı il tarixli 36 nömrəli əmrlə ehtiyata buraxıldığı qeyd edilmişdir.

2. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 4/3-74N5 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N8ci il tarixli 9/2-4303 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N768 nömrəli və xx.xx.2023-cü il tarixli N848 nömrəli cavab məktublarında bildirilmişdir ki, N nömrəli hərbi hissədən fərarilik etmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N08 nömrəli əmrilə (əsas: §-N0, səh- 32N, sıra-42) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və V tabor komandirinin sərəncamına göndərilmişdir. V tabor komandirinin təqririnə əsasən, sıravi İddiaçı uzun müddət fərarilik etdiyinə görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 28N nömrəli əmrilə (əsas: §-4, səh-37, sıra- N3N) bütün təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. V taborun ştatdan kənar əsgəri, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 nömrəli əmrilə (əsas: §-22, səh-4, əmrdə vəzifəsi göstərilməmişdir) bərpa edilərək bütün təminatlara qoyulmuş və V taborda vəzifəyə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli 26 nömrəli əmrinə əsasən, sıravi İddiaçı xidmətini başa çatdırdığına görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrilə (əsas: §-2, səh-5N, sıra-N57) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilərək Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edirlər ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

4. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-4303 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən fərarilik etmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli N08 nömrəli əmrilə (əsas: §-N0,səh- 32N,sıra-42) hərbi hissəyə qəbul edilərək şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 5-ci tabur komandirinin sərəncamına göndərilmişdir. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli 26 nömrəli əmrinə əsasən Şəmkir RHK-nın çağırışçısı, sıravi İddiaçı xidmət müddəti başa çatdığı üçün N nömrəli hərbi hissə komandirinin N fevral N6-cı il tarixli N nömrəli əmrilə (əsas: §-2,sıra- N57) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN379/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı N4-cü ilin iyun ayından N6-cı ilin fevral ayına kimi N nömrəli hərbi hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2604 nömrəli cavab məktubunda bildirilmişdir ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N5-ci il tarixli 02 nömrəli əmrində 0N dekabr N4-cü il tarixdən, xx.xx.N5-ci il tarixli 027 nömrəli əmrində xx.xx.N5-ci il tarixdən, xx.xx.N5-ci il tarixli 062 nömrəli əmrində xx.xx.N5-ci il tarixdən, xx.xx.N5-ci il tarixli 094 nömrəli əmrində xx.xx.N5-ci il tarixdən, xx.xx.N5-ci il tarixli 0N23 nömrəli əmrində xx.xx.N5-ci il tarixdən və xx.xx.N5-ci il tarixli 0N69 nömrəli əmrində 0N oktyabr N5-ci il tarixdən 0N dekabr N5-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş əməliyyatları bölgəsi hesab edilməsi qeyd olunmuşdur.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N858 nömrəli cavab məktubuna əlavə edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N08 nömrəli əmrindən çıxarışdan görünür ki, başqa (hissə) hərbi hissələrdən fərarilik etmiş və N7N nömrəi hərbi hissə tərəfindən qəbul edilmiş əsgər və çavuşların (sıravi İddiaçı) briqadanın şəxsi heyətinin siyahısına daxil edilərək bütün təminatlarla təchiz edilməsi və V tabor komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 28N nömrəli əmrindən çıxarışdan görünür ki, V tabor komandirinin təqririnə əsasən əsgər İddiaçı Nərimn oğlunun uzun müddət fərarilik etdiyinə görə, bütün növ təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınması əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Nərimn oğlunun (V tabor ştatdan kənar) bərpa edilərək, bütün təminatlarla təchiz olunması və V taborda vəzifəyə təyin edilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 nömrəli xx.xx.N6-cı il tarixli əmrinə əsasən xidmətini başa çatdırdığına görə əsgər İddiaçı briqadanın şəxsi heyətinin siyahısından və bütün təminatlardan azad edilərək göstərilən HK-ların sərəncamına göndərilməsi əmr edilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx N967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra N6 noyabr N985-ci il tarixli, N92 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən 30 noyabr N987-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N987-ci il tarixli, 239 nömrəli əmrlə hərbi xidmətdən təxris olunmuşdur. N980-ci ilin sonlarından N4-cü ilin may ayına kimi davam edən Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Belə ki, 20 noyabr N3-cü ildən xx.xx.N6-cı ilə kimi sıravi atıcı olaraq hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdə olduğu müddətdə Birinci Qarabağ müharibəsi dövründə Gədəbəy rayonunun müdafiəsində iştirak etmişdir. O, Vətən müharibəsində iştirak etmişdir. Hətta, müharibədən sonra da 07 fevral N6-cı ilə kimi hərbi xidmətdə olmuşdur. O, həqiqətən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü olmuşdur. Lakin, 2000-ci ildən sonra onun müharibə veteranı olmağı barədə sənədləri ləğv edilmişdir. Döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 4/3-74N5 nömrəli məktubda bildirilmişdir ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın xx.xx.20N8-ci tarixli iclasında baxılmış barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli, 9/2-4303 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona Müharibə veteranı adının və vəsiqəsnin verilməsindən imtina edilmişdir. Lakin, ona məxsus NZ ******* saylı hərbi biletdə 20 noyabr N3-cü ildən xx.xx.N6-cı ilə kimi sıravi atıcı olaraq hərbi xidmətdə olduğu və Gədəbəy rayonunun müdafiəsində iştirak etdiyi qeyd edilmişdir. Göstərilən xüsusatlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N4 mart 20N8-ci il tarixli 9/2-4303 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. XN Məhkəməsinin sorğusuna əsasən Mərkəzi Arxivin 26 oktyabr 2023-cü il tarixli N848 nömrəli arayışdan görünür ki, iddiaçı N nömrəli hərbi hissədən fərarilik etmiş və N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli N08 nömrəli əmrilə şəxsi heyətinin siyahısına daxil edilmişdir. N2 may N4-cü il tarixədək iddiaçının xidməti barədə arxiv arayışları ilə təsdiq edilmir. İddiaçının döyüş əməliyyatların aparıldığı dövrdə hərbi xidməti barədə məlumat olmadığından ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın Müdafiə Nazirliyi tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçı "Müharibə veteranı" statusu almaq üçün onun N2 may N4-cü il tarixədək hərbi hissənin tərkibində xidmət etməsi sübut etməlidir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun N2 may N4-cü ilədək hərbi xidməti faktı öz təstiqini tapmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.N985-ci il tarixli NZ № ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-74N5 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N768 nömrəli və xx.xx.2023-cü il tarixli N848 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-4303 nömrəli arxiv arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN379/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2604 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N08 nömrəli, xx.xx.N4-cü il tarixli 28N nömrəli, xx.xx.N5-ci il tarixli 355 nömrəli və xx.xx.N6-cı il tarixli N nömrəli əmrlərindən çıxarışlar. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 4/3-74N5 nömrəli məktubu ilə imtina məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2- 4303 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

25. Məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız saymaqla, hesab edir ki, iddiaçı tələbində haqlıdır.

26. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N08 nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və V tabor komandirinin sərəncamına göndərilmişdir. V tabor komandirinin təqririnə əsasən uzun müddət fərarilik etdiyinə görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 28N nömrəli əmrilə bütün təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. V taborun ştatdan kənar əsgəri, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 nömrəli əmrilə bərpa edilərək bütün təminatlara qoyulmuş və V taborda vəzifəyə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli 26 nömrəli əmrinə əsasən, sıravi İddiaçı xidmətini başa çatdırdığına görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilərək Şəmkir RHK-nın sərəncamına göndərilmişdir.

27. Həmçinin, iddiaçıya məxsus xx.xx.N985-ci il tarixli NZ № ******* nömrəli hərbi biletdə onun xx.xx.N3-cü il tarixdən xx.xx.N6-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində Gədəbəyin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi, habelə xx.xx.N6cı il tarixli 36 nömrəli əmrlə ehtiyata buraxıldığı qeyd edilmişdir.

28. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

29. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

32. Cavabdeh orqan İddiaçı hərbi hissəni özbaşına tərk etmə faktının olmasını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

33. Halbuki, əvvəla, İddiaçı fərarilik etməsinə görə onun barəsində cinayət işi başlanılmamışdır. məhkəmənin sorğusuna Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN379/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı N4-cü ilin iyun ayından N6-cı ilin fevral ayına kimi N nömrəli hərbi hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İkinci tərəfdən isə, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 nömrəli əmrilə (əsas: §-22, səh-4, əmrdə vəzifəsi göstərilməmişdir) xidmətə bərpa edilərək bütün təminatlara qoyulmuş və V taborda vəzifəyə təyin olunmuşdur. Daha sonra isə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli 26 nömrəli əmrinə əsasən, sıravi İddiaçı xidmətini başa çatdırdığına görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N nömrəli əmrilə (əsas: §-2, səh-5N, sıra-N57) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilərək Şəmkir RHK-nın sərəncamına göndərilmişdir.

34. İddiaçı xidmətini davam etdirdiyi dövrdə - xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları bölgəsi olmuşdur (Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2604 nömrəli cavab məktubu).

35. Göründüyü kimi, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir.

36. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur.

37. Cavabdeh orqanın imtinasının yeganə əsası onun hərbi hissəni özbaşına tərk etmə faktıdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 nömrəli əmrindən çıxarışdan məlum olur ki, İddiaçı Nərimn oğlunun (V tabor ştatdan kənar) bərpa edilərək, bütün təminatlarla təchiz olunması və V taborda vəzifəyə təyin edilməsi əmr edilmişdir.

38. Yəni, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş olsaydı belə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 355 əmri ilə onun bütün növ təminatların bərpa edilməsi əmr edilmiş və iddiaçı xidmətini davam etdirərək, Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından səfərbərliyə çağırılmış 25 yaşdan yuxarı və iki ildən artıq xidmət etmiş hərbi qulluqçuların, matrosların, və çavuşların ehtiyata buraxılması haqqında xx.xx.N6-cı il tarixli 26 saylı əmri əsasında N7N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 37 №-li əmri ilə ehtiyata buraxılmışdır.

39. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar