Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-711/2022 18.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi və əvvəlki illərin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşı tamam olduğu 05 noyabr 2012-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və almadığı illərin pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1960-cı il tarixdə Daşkəsən şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1978-ci ildə Daşkəsən rayonu ərazisindəki X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatında açıqda dağ-mədən işləri və yer səthində işləyən fəhlə işinə qəbul olunmuş, xx.xx.1988-ci ildə işi nəzarətçi usta işinə dəyişirilmiş, 1984-cü ildə hazırkı Gəncə Dövlət Universitetinin «Fizika riyaziyyat» fakültəsinin riyaziyyat müəllimi ixtisasına qiyabi şöbənin birinci kursuna qəbul olunub, 1989- cu ildə oranın tam kursunu bitirərək riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Daşkəsən rayon X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatından xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad olunaraq ixtisası üzrə Daşkəsən rayonunun Alunit-dağ qəsəbəsindəki tam orta məktəbə riyaziyyat müəllimi işinə qəbul olunmuşdur. Hal-hazırda da müəllim işləyir. Əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi onun xx.xx.1998-ci ildə 20 ildən artıq ağır işdə işləməsi barədə iş stajı olduğundan 1998-ci ildən güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, həmin vaxtı qadınlar üçün güzəştli şərtlərlə pensiya yaşı 52 olduğundan onun xx.xx.2012-ci il tarixdə 52 yaşı tamam olduğu vaxtdan ona şüzəştli şərtlərlə pensiya təyin edilməli və almadığı illərin pensiyası ona ödənilməlidir. O, hazırda 62 yaşına keçmiş, xx.xx.2012-ci il tarixdə 52 yaşı tamam olan vaxtda kimi ümumi il əmək stajı 34 il, bunun da 20 ildən artığını zərərli işdə, güzəştli şərtlərlə işdə işləmiş, pensiya almaq üçün həmin stajı kifayət edir. Ümumi iş stajı isə hazırda 44 il təşkil edir. Bu səbəbdən də o, sənədlərini toplayaraq ona qanunvericiliyin tələblərinə əsasən 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını nəzərə alıb onun 52 yaşı tam olduğu xx.xx.2012-ci il tarixdən ona güzəştli şətlərlə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Fillialı 19 oktyabr 2021-ci il tarixli, **********6 nömrəli məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Ona görədə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz hesab edilməli, ona əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 avqust 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il il tarixli, **********6 nömrəli imtina məktubu, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 02 nömrəli arayış, xx.xx.1989cu il tarixli, TB-İ 089355 nömrəli diplomun kserosurəti, NT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, əmr kitablarının surətləri və cavabdehin xx.xx.2022-ci il tarixli etirazı təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubunda xx.xx.1978-ci il tarixdə açılmış NT-İ № ******* nömrəli əmək kitabçasının araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığını, yəni əmək kitabçasının 1-ci səhifəsinin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqləndiyini, eyni zamanda əmək kitabçasının 6-7-ci səhifələrindəki 5-ci qeydin həmin tarixdə mövcud olmayan latın qrafikalı hərflərlə yazıldığını, həmçinin iddiaçının "xxxx" ASC-də işləməsinə dair şəxsi heyyət üzrə əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi üçün əmək stajının dəqiqləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının adına xx.xx.1978-ci il tarixdə açılmış NT-İ № ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsinin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqləndiyini, eyni zamanda əmək kitabçasının 6-7-ci səhifələrindəki 5-ci qeydin həmin tarixdə mövcud olmayan latın qrafikalı hərflərlə yazıldığını, həmçinin iddiaçının "xxxx" ASC-də işləməsinə dair şəxsi heyyət üzrə əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi üçün əmək stajının dəqiqləşdirilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olunmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1978-ci ildə işə qəbul olunaraq xx.xx.1998ci ilədək Daşkəsən rayonu ərazisindəki X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatında açıqda dağ-mədən işləri və yer səthində işləyən fəhlə işləməsi faktı inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən və təqdim edilmiş sənədlərlə təsdiq edildiyindən hazırkı iş üzrə pensiya hüququnun həyata keçirilməsi ilə bağlı iddiaçının adına xx.xx.1978-ci il tarixdə açılmış NT-İ № ******* nömrəli əmək kitabçasının, həmçinin iddiaçının "xxxx" ASC-də işləməsinə dair şəxsi heyyət üzrə əmr kitablarının və əmək haqqı cədvəllərinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından imtina üçün əsas olub-olmaması araşdırılmalıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, 4 işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun; 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan ncftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 20 il iş stajı olmalı, bu müddətin azı 10 ilini 1 nömrəli siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı 05 noyabr 2012ci il tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməkə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müədəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən rayon İcra hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş əmr kitablarının təsdiq edilmiş surətlərində, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 02 nömrəli arayışında və xx.xx.1978-ci il tarixdə iddiaçının adına açılmış NT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətində iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək «Daşkəsən rayonu ərazisindəki X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatında açıqda dağ-mədən işləri və yer səthində işləyən fəhlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısı, bölmə 35, səhifə 166, ümumi peşələr, təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar), xx.xx.1978-xx.xx.1998-ci illərdə (19 il, 11 ay, 15 gün) «Daşkəsən rayonu ərazisindəki X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatında açıqda dağ-mədən işləri və yer səthində işləyən fəhlə, həmçinin xx.xx.1998ci il tarixdən hal-hazıradək, yəni xx.xx.2022-ci il tarixədək Daşkəsən rayonunun Alunit-Dağ qəsəbəsi tam orta məktəbində riyaziyyat müəllimi işləməklə ümumilkdə 43 il 11 ay 3 gün əmək stajına malik olması, həmin dövrün 19 il 11 ay 15 gün müddətində işlədiyi iş 1 nömrəli Siyahıda göstərilən işlərə aid olması öz təsdiqini tapmışdır. «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının “XXXİİİ. Ümumi peşələr» bölməsində 23200000—13450 nömrəli kodda təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısında göstərilən işlərə aid olmuş, iddiaçının 43 il 11 ay 3 gün ümumi iş stajı olmuşdur ki, həmin dövrün 19 il 11 ay 15 gün (43 il 11 ay 3 gün) müddətində işlədiyi iş 1 nömrəli Siyahıda göstərilən işlərə aid olmuşdur. Məhkəmə «Əmək pensiyaları haqqında» Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının 52 yaşından (31 dekabr 2015-ci il tarixdən) əmək pensiyası hüququ yarandığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək «Daşkəsən rayonu ərazisindəki X1 (hazırkı Daşkəsən Filizsaflaşdırma ASC) Kombinatında açıqda dağmədən işləri və yer səthində işləyən fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçının pensiya hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-711/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-711/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver