Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-711/2025 02.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux Rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə X6 0,11 ha torpaq sahəsi verilmiş (dövlət aktında 0,19 ha qeyd edilmiş daha sonra 0,11 ha oxunması qeyd edilmişdir), bu barədə JN 760F nömrəli, 50700048 kodlu dövlət aktı tərtib edilmişdir. Samux Rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə verilmiş torpaq sahəsinin qaiməsi sertifikatına əsasən torpaq sahəsinin ölçüsü 1134,5 kv.m; bonitet balı 100-dür. xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Samux rayonu Sərkar kəndində yaşayan X9 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN 760F KOD 50700048 saylı Samux Rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə verilmiş 0,19 hektar həyətyanı torpaq sahəsini 1800 AYM bağlamış, həyətyanı torpaq sahəsinin xərci İddiaçı tərəfindən ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu,Sərkar kəndində yerləşən 0,11 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bu barədə AA№010821 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı Samux rayonu, Sərkar kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2519/2024 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, ərizəyə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-760F saylı şəhədətnamənin “Həyətyanı sahənin qaiməsi” (sertifikatı) hissəsində ümumi sahəsinin 1134.5 kv.m olduğu qeyd edilmişdir. “Həyətyanı sahənin qaiməsi” (sertifikatı) hissəsi əsas götürülərək xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına olan seriya RX, nömrə 0127604, reyestr nömrəsi **********4 olan hüquqların dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və pasportda həyətyanı torpaq sahəsi 0,11 ha deyil, 0.19 ha göstərilməsi barədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, o, 14 noyabr 2006-cı il tarixdə alqı-satqı yolu ilə Samux rayonu Sərkar kəndində anası X4 0,19 ha həyətyanı torpaq sahəsi almış, həmin torpaq sahəsini alqı- satqısı xx.xx.2006-cı il tarixdə Samux rayon Dövlət Notariat Kontorunda aparılmışdır.Sonra yəni,xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsindən çıxarış çıxartdırmışdır.Ancaq həmin çıxarışda və pasportunda həyətyanı torpaq sahəsi 0,19 ha deyil, 0,11 ha göstərilmişdir.Halbuki, anası Vəsilədən həyətyanı torpaq sahəsini alarkən Dövlət Aktında həyətyanı torpaq sahəsi 0,19 ha göstərilmişdir.O,çıxarışda düzəliş edilib torpaq sahəsinin 0,11 ha deyil 0,19 ha qeyd edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdim. 3 saylı Gəncə Ərazi İdarəsindən mənə xx.xx.2024cü il tarixli 3-21-33/2-2519/2024 saylı məktubla cavab verərək bildirdilər ki,"Torpağa mülkiyyət hüququna dair "JN-760F saylı şəhədətnarnənin "Həyətyanı sahənin qaiməsi" (sertifikatı) hissəsi əsas götürülərək xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi çıxarış tərtib edilmişdir.Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Cavabdeh orqan iddiaya qarşı xx.xx.2024-cü il tarixli etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə Samux rayonu, Sərkar kəndində yerləşən 0,19 ha torpaq sahəsinə dair X5 adına 760 F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Ərazi İdarəsinin arxiv qovluğunda saxlanılan 760 F saylı Şəhadətnamə üzərində 0,19 ha ifadəsinin 0,11 ha kimi oxunmasına dair düzəliş edilmişdir. Qeyd olunan düzəliş imza və AR DT və XK-nin Samux rayon şöbəsinin möhürü ilə təsdiq olunmuşdur. Şəhadətnamənin həyətyanı sahəsinin qaiməsi (sertifikatı) hissəsində ümumi sahə 1134,5 kv.m qeyd olunmuşdur. Samux Rayon DNKnun 14.11,2006-cı il tarixli, 4Ə-648 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X2 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə verilmiş (760 F, KOD 50700048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) 0,19 ha həyətyanı torpaq sahəsini İddiaçı bağışlamışdır. AR ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş 0,11 ha torpaq sahəsinin planı İddiaçı tərəfindən imzalanmış və öz iradəsi ilə düzgünlüyünü ifadə etmişdir. Samux rayonu, Sərkar kəndində yerləşən 0,11 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış əsasında 0,11 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vətəndaş İddiaçı Samux rayonu, Sərkar kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, ərizəyə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-760F saylı şəhədətnamənin “Həyətyanı sahənin qaiməsi” (sertifikatı) hissəsində ümumi sahəsinin 1134.5 kv.m olduğu qeyd edilmişdir. “Həyətyanı sahənin qaiməsi” (sertifikatı) hissəsi əsas götürülərək xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Ərizənin icrasının təmin olunması məqsədiylə və JN-760 F saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamənin işlənməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin surətinin Ərazi İdarəsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** nömrəli aiddiyyəti üzrə xidməti məlumat göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli xidməti məlumata cavab olaraq Mərkəzin arxivində Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarının aşkar edilmədiyi bildirilmiş və Samux rayonu, Sərkar kəndində yerləşən torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X7 adına qeyd edilmiş hissədən çıxarışların surəti Ərazi İdarəsinə göndərilmişdir. Qeyd olunan çıxarışda aktın nömrəsi 760, həyətyanı torpaq sahəsi 0.1600, zəbt torpaq sahəsi 0.1900, faktiki torpaq sahəsi G - 0.1140, F - 0.1134, ümumi torpaq sahəsi 0.2574, mülkiyyətçiyə verilən torpaq sahəsi 0.2574 kimi qeyd olunmuşdur. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinə müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək faktiki istifadə etdiyi 0,15 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək təmin olumamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı alqı-satqı yolu ilə anası X4 0,19 ha həyətyanı torpaq sahəsi aldığını həmin torpaq sahəsini alqı- satqısının Samux rayon Dövlət Notariat Kontorunda aparıldığını, lakin çıxarışda və pasportunda həyətyanı torpaq sahəsi 0,19 ha deyil, 0,11 ha göstərildiyini bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma, o cümlədən tədqiq olunmuş dövlət aktına əlavə olunmuş torpaq sahəsinin qaimə-sertifikatı ilə müəyyən edilmişdir ki, X6 0,11 ha torpaq sahəsi verilmişdir və "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının 0,19 ha qeyd edilsə də,aşağı hissəsində 0,11 ha oxunması qeyd edilmişdir və möhürlə təsdiq edilmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ onun faktiki istifadə etdiyi 0,15 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-711/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-711/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver