Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-714/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 2851 kv.m torpaq sahəsinə görə icarə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (üçüncü şəxslər “X5 Kəməri” şirkəti və “X1” MMC) tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı xx.xx.2013-cü il tarixdə AA007562 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-542/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və BP Exploration (Shah Deniz) Limited as Operator of: X4 LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 nömrəli qətnaməsi ilə cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-542/2022 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi – cavabdehlər Cavabdeh və BP Exploration (Shah Deniz) Limited as Operator of: X4 LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ü il tarixli 2(102)-449/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
5. İddiaçı 2851 kv.m torpaq sahəsinə görə görə icarə müqaviləsinin bağlanması ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh orqan isə hərəkətsizlik göstərərək, müraciətə rəsmi qaydada cavab verməmişdir.
6. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2020-ci il tarixli 15/M-059 nömrəli mütəxəssis rəyindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX ******* saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşür.
7. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Vüqar Musayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX 0149593saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 ha torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi ilə üst-üstə düşür.
8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 5-79/2-2-5/289/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tovuz rayonu Əyyublu kənd sakini İddiaçı 2022-ci ilin iyul ayından rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin onunla icarə müqaviləsi bağlanmamışdır.
9. Məhkəmənin sorğusuna “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X5 Kəmərinin layihə-smeta sənədləri X5 Şirkətinə məxsusdur. Qeyd edilən sənədlər konfidensial xarakter daşıdığından onların üçüncü tərəflərə açıqlanması X5 Şirkətinin səhmdalarının razılığı olmadan mümkün deyil. “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti X5 Kəmərinin operatoru vəzifəsini xx.xx.2020-ci il tarixindən etibarən "xxxx" MMC-yə ötürmüşdür.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 3733/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli 15/M-059 nömrəli mütəxəssis rəyi hazırlanarkən Əyyublu kəndinin islataha dair kompleks yerquruluşu layihəsinə və X5 Kəmərinin layihəsinə istinad edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən və reyestr nömrəsi **********73 olan xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin üstüstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdehnə və BP Exploration (Şah Dəniz Limited as Operator of: X4 LTD-yə qarşı qaldırmış olduğu 104000 (bir yüz dörd min) manat maddi zərər və 5000 (beş min) manat mənəvi zərər olmaqla, bütövlükdə 109000 (bir yüz doqquz min) manat pulun (keçən dövrlər üçün) tutulub ona verilməsi və ona məxsus olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 Kəmərinin keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində icarə müqaviləsinin cavabdehlərlə onun arasında bağlanması öhdəliyinin onların (cavabdehlərin) üzərinə qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)- 542/2022 saylı qətnaməsində Tovuz rayonun Əyyublu kəndində yerləşən, RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X6 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1924 saylı rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh BP Exploration (Şah Dəniz Limited as Operator of: X4 LTD tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 saylı qətnaməsində də həmin halın öz təsdiqini tapmışdır. İstər ilkin iddiasının qaldırılmasına qədər, istərsə sonrakı dövrlərdə cavabdehə qarşı rəsmi ərizələrlə müraciət edərək RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X6 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsinə görə aralarında icarə müqaviləsinin bağlanmasını və icarəyə götürüləcək torpaq sahəsinə görə birdəfəlik ödənilməli olan müvafiq kompensasiyanın ona verilməsini təklif etmişdir. Ancaq cavabdeh ərizələrini rəsmi olaraq qəbul etməsinə baxmayaraq müraciətinə heç bir yazılı cavab verməmiş, təklifinə qarşı hərəkətsizlik göstərmişdir. Ona görə cavabdehə qarşı RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X6 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.metrə qədər hissəsinə görə cavabdəhlə aralarında icarə müqaviləsinin bağlanmasına qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məlum iddianı qaldırmalı olmuşdur.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-357/2023 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-553/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-19114)-357/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. III.İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinə dair hərəkətsizlik göstərilmişdir.
18. Cavabdehin yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “BP Eksploreyşn (Şah Dəniz) Limited” as Operator of: X4 LTD adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2024-cü il tarixli qərardadla isə “BP Eksploreyşn (Şah Dəniz) Limited” as Operator of: X4 LTD-nin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X5 Kəməri” şirkəti və “X2” MMC adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh və isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Üçüncü şəxslərin də nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər.
25. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı işə əvvəlki baxış zamanı (xx.xx.2023-cü il tarixdə) məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X5 Kəmərinin layihəsi çəkilərkən vətəndaş ilə müqavilə bağlanmamışdır. Həmin vaxtda vətəndaş tərəfindən müraciət olunmamışdır. Artıq həmin layihə bitdiyindən vətəndaş ilə icarə müqaviləsinin bağlanmasını məqsədə müvafiq hesab etmirlər. Odur ki, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
27. İş apellyasiya məhkəməsində baxılması üçün qayıtdıqdan sonra ikinci baxış zamanı cavabdeh orqanın iddiaya dair hər hansı münasibəti məhkəməyə daxil olmamışdır.
28. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
29. İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
30. İddiaçı iclas zamanı bildimişdir ki, boru kəməri yerin altı ilə çəkilmişdir. Yəni, torpaq sahəsinin üzərindən boru xətti keçmir, buna baxmayaraq, borunun diametri çox böyük olduğundan və yüksək təzyiqli qaz keçdiyindən həmin torpaqdan istifadə, orada əkin işlərinə icazə verilmir, bununla da torpaq sahəsindən faktiki məhrum edilmişdir. Torpaq sahəsi mülkiyyətində və sahibliyində olsa da, faktiki olaraq istifadəsində deyildir və istifadəsi mümkün deyildir. O, boru xətti çəkilənədək həmin torpaq sahəsində kartof əkərək, qazanc əldə edirdi. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-542/2022 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1845/2022 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ü il tarixli 2(102)-449/2023 nömrəli qərarı; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2020-ci il tarixli 15/M-059 nömrəli mütəxəssis və xx.xx.2020-ci il tarixli ekspert rəyləri; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 5-79/2-2-5/149/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 5-79/2-2-5/289/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin xx.xx.2024-cü il tarixli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-ü il tarixli 3-21-3-37/2-3733/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ona məxsus 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşdüyünü əsas gətirərək, torpaq sahəsinin üst-üstə düşən 2851 kv.m hissəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh orqan isə müraciətini cavablandırmamışdır. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
34. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 5-79/2-2-5/289/2023 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Tovuz rayonu Əyyublu kənd sakini İddiaçı 2022-ci ilin iyul ayından rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin onunla icarə müqaviləsi bağlanmamışdır.
35. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
36. Belə ki, məhkəmə İddiaçı ona məxsus 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hal İddiaçı mübahisəli torpaq sahəsinə dair mülki iddiasına baxılan zaman əldə edilmiş xx.xx.2020-ci il tarixli 15/M-059 nömrəli mütəxəssis və xx.xx.2020-ci il tarixli ekspert rəyləri ilə təsdiq edilir. Belə ki, hər iki rəylə müəyyən edilmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX 0149593saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 ha torpaq sahəsinin koordinatları ilə X5 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi ilə üst-üstə düşür.
37. Həmin mütəxəssis rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verildiyinə görə məhkəmə tərəfindən həmin orqana üst-üstə düşmə halının hansı sənədlər əsasında müəyyən edilməsinə dair sorğu verilmiş və İdarənin xx.xx.2024-ü il tarixli 3-21-3-37/2-3733/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli 15/M-059 nömrəli mütəxəssis rəyi hazırlanarkən Əyyublu kəndinin islataha dair kompleks yerquruluşu layihəsinə və X5 Kəmərinin layihəsinə istinad edilmişdir.
38. Göründüyü kimi, X5 Kəmərinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən keçməsi artıq iş materialları ilə öz təsdiqini tapmışdır.
39. Cavabdeh orqan da bu halı təkzib edən hər hansı dəlil barədə bildirməmiş, sənəd təqdim etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında işə X5 Kəmərinin layihəsi çəkilərkən iddiaçı ilə müqavilə bağlanmadığını bildirmiş və bunun səbəbini vətəndaşın müraciətinin olmaması ilə izah etmişdir.
40. Halbuki, torpaq sahəsinin dövlət ehtiyaclarına alınmasına dair qəra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməlidir.
41. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər; Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 449/2023 nömrəli qərarında kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: “Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 aprel 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışda əksini tapmış 0.37 ha torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən X5 Kəməri keçir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, torpaq sahəsi hal-hazırda da İddiaçı özünün sahibliyində və istifadəsindədir. Belə olan halda, torpaq sahəsinin dövlət ehtiyaclarına alınması kompensasiyası İddiaçı ödənilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində boru xətti keçir və işə əlavə olunmuş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, icarə haqqında müqavilədən və layihə üzrə kompensasiya məbləğinin hesablanması haqqında cədvəldən (1-ci cild səh. 56, 2-ci cild seh. 362, 363) görünür ki, iddiaçı ilə qonşu torpaq sahəsinin mülkiyyətçilərinə boru xəttinin keçməsinə görə kompensasiya ödənilmiş və torpaq sahəsi icarəyə götürülmüşdür. Torpaq sahəsinin X5 Kəməri Şirkətinin (X3 Company Limited) xeyrinə yüklü olması xx.xx.2016-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə, qonşu torpaq sahəsinin mülkiyyətçilərinə kompensasiya ödənildiyi halda iddiaçıya kompensasiya ödənilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır”.
43. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda olan mülkiyyətçi ilə icarə müqaviləsini Cavabdeh Əyyublu İƏD üzrə nümayəndəsi imzalamışdır.
44. Məhkəmə tərəfindən Cavabdehnə dəfələrlə (xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə) sorğular göndərilərək, X5 Kəmərinin Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahələrindən keçən hissəsi üzrə digər mülkiyyətçilərlə icarə müqavilələrinin bağlanıb-bağlanmaması, müsbət halda bütün icarə müqavilələrinin təsdiqli surətlərinin, habelə X5 Kəmərinin Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahələrinə düşən hissəsinin hansı layihə-smeta sənədləri əsasında müəyyən edilməsi barədə ətraflı məlumatın (bu barədə sənədlər əlavə edilməklə) məhkəməyə təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamış, həmçinin təqdim edilməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verilməmişdir (bu səbəbdən cavabdeh orqan məhkəmə qərardadı ilə cərimə də olunmuşdur).
45. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən boru xəttinin keçməsi və bununla bağlı ona kompensasiyanın ödənilməməsi artıq işin mübahisəsiz halıdır.
46. Məhkəmə qeyd edir ki, ddiaçıya məxsus torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən X5 Kəməri keçməsi isə onun torpaq sahəsinin həmin hissəsindən istifadə etməsini mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh orqan arasında həmin 2851 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə müvafiq qərar qəbul edilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
48. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 Kəmərinin keçdiyi 2851 kv.m-ə qədər hissəsinə dair İddiaçı Mehdi oğlu ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva