Məhkəmə qərarları › İş №2-1(114)-715/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-715/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-715/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, cavabdeh X2 X1 Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının Goranboy rayon xidmət şöbəsinə qarşı işlə təmin olunma üçün tədbirlər görülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının Goranboy rayon xidmət şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, işlə təmin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, işsiz şəxs kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən bu günə qədər nə qədər kvotanın ayrılması barədə arayışın tələb olunması və işsiz kimi qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən yaranmış boş iş yerləri ilə bağlı hansı səbəbə görə işlə təmin olunmamasının müəyyən olunaraq araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq quruma göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hərbi xidmət dövründə döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlərə görə 2-ci qrup əlil olaraq ordu sıralarından ehtiyata buraxılmışdır. Müvafiq sahədə qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək X2 fəaliyyət istiqamətləri kimi göstərilmişdir. Bu nəticəyə gəlinir ki, cavabdehlər iddiaçının bilavasitə işlə təmin edilməsi öhdəliyini daşıyır. İş üzrə məhkəmənin iddianın mümkünsüz sayılması barədə xx.xx.2023-cü il tarixli qərardadından şikayətə apellyasiya icraatında baxılarkən iddiaçının ilkin iddianın “işlə təmin olunma üçün tədbirlər görülməsi” barədə iddiaya dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və həmin əsasla qeyd olunan qərardad ləğv edilmişdir. Cavabdeh X2 X1 Filialının nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, təmsil etdiyi qurum iddiaçının işlə təmin edilməsi üçün qanunla müəyyən edilmiş bütün tədbirləri görmüşdür. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan:- -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, iddiaçı Goranboy rayon Məşğulluq Mərkəzinə dəvət olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən Goranboy rayon Mədəniyyət Evində direktor (390 manat) iş yerinin olduğu barədə məlumat verilmiş, lakin iddiaçı ixtisasına uyğun dövlət qulluğu üzrə işlə təmin olunmasını bildirmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, iddiaçıya Goranboy rayonu Mədəniyyət Evində direktor vəzifəsinə göndəriş verilmiş, lakin işəgötürən tərəfindən ixtisas uyğunsuzluğu olduğundan işə qəbul edilməmişdir. Bundan əlavə ona "xxxx" MMC-də nəzarətçi vəzifəsi təklif olunmuş, lakin iddiaçını iş rejimi qane etməmişdir. İddiaçı ali təhsil tələb edən işlə təmin olunmaq istəmişdir, Mərkəz tərəfindən tələb olunan ixtisasa uyğun işlər olmadığından onu işlə təmin etmək mümkün olmamışdır. Gələcəkdə iş yeri yaranacağı halda iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 X8 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən “Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) Əmək və Məşğulluq altsistemindəki vakansiya bankında yerləşdirilən vakansiyalar haqqında məlumat verilmiş, iddiaçı yalnız "xxxx" MMC-də sosial işçi vəzifəsində işlə təmin olunmaq istədiyinizi bildirmişdir, hazırda arzuladığı sahə üzrə vakansiya bankında vakansiya olmadığı bildirilmişdir, əlavə olaraq sosial rifahın və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə “e-sosial.az" internet portalı vasitəsilə Nazirliyin MEİS-in Əmək və Məşğulluq altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. Qeyd olunanlarla əlaqədar məhkəmə aşağıdakı normativ aktları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 1.1 bəndinə əsasən X5 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin nizamnamənin 2-ci bəndinə əsasən müvafiq sahənin inkişafını təmin etmək, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək, işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək X2 fəaliyyət istiqamətləri kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” qaydasının 3-cü hissəsinə əsasən müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edir. İşəgötürən tərəfindən "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edilməsi halları işə qəbul etməkdən imtina kimi qiymətləndirilir. Sosial müdafiyəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddətində məlumat vermək şərtilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləri tərəfindən müəssisələrə göndəriş verilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə, işəgötürənlər 5 gün müddətində şəhər, rayon məşğulluq mərkəzlərinə və ya “DOST” mərkəzlərinə məlumat verməlidirlər. Qeyd olunan normaların sistematik təhlilindən o nəticəyə gəlinir ki, cavabdeh işaxtaranların bilavasitə işlə təmin etmək öhdəliyi daşımır, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsində vasitəçilik edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh qurum tərəfindən 1 neçə dəfə iddiaçıya müxtəlif vəzifələr üzrə göndəriş verilmiş, onlardan biri üzrə işəgötürən tərəfindən ixtisas uyğunsuzluğu olduğundan işə qəbul edilməmiş, digəri üzrə isə iddiaçını iş rejimi qane etmədiyindən, eləcə də iddiaçı ali təhsil tələb edən işlə təmin olunmaq istədiyindən müraciətinin müsbət həll edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçının işlə təmin edilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun bütün tədbirlər görülmüşdür. Odur ki, cavabdehlərin üzərinə bu sahədə əlavə hansısa tədbirlərin görülməsi öhdəliyinin qoyulması tələbi mümkünlük şərtlərinə cavab vermir. Həmçinin qeyd olunur ki, ilkin iddia hazırki iddia ilə dəyişdirilmiş olsa da belə yenilənmiş iddia mahiyyət, məzmun və həyata keçirilməli olan hərəkətlər baxımından ilkin iddia ilə eynilik təşkil edir və cavabdeh qurumlar tərəfindən iddiaçının maraqlarına uyğun olan bütün hüquqi tədbirlər görülmüşdür. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının Goranboy rayon xidmət şöbəsinə qarşı işlə təmin olunma üçün tədbirlər görülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar