Məhkəmə qərarları › İş №2-1(114)-718/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-718/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-718/2020 17.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X6 X7 Goranboy rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X6 X7 Goranboy rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1972-1973-cü illərdə Goranboy rayonu Qızılhacılı kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin müəssisə 1998-ci ildən fəaliyyət göstərmir, binası da sökülüb, 1994-cü ildən sonra həmin müəssisədən əmək haqqı almamışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, 1993-1998-ci illəri şöbə nəzərə almır, çünki arxivdə aparılan araşdırmaya görə iddiaçı xx.xx.1993-cü il tarixdə məzuniyyətə çıxmış, lakin geri qayıtması barədə əmr, eləcə də 1993-1998-ci illər üzrə əmək haqqı alınması barədə məlumat tapılmamış və əmək kitabçasında 1998-ci ildə işdən çıxması barədə əmrin nömrəsi qeyd edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1972-1973-cü illərdə Goranboy rayonu Qızılhacılı kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 22 il 10 ay 12 gün sığorta stajı, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 2 il 14 gün hərbi xidmət müddəti və arxiv arayışına əsasən 1972-1973-cü illər üzrə 6 ay olmaqla ümumilikdə 25 il 4 ay 26 gün sığorta stajı qeydə alınmışdır. Lakin qeyd olunan müddətlərdən iddiaçının 1972-1973-cü illərdə Qızılhacılı kolxozunda olan iş stajı və xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Goranboy Aqrotexservis ATSC-də işlədiyi müddət cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı qeyd olunur ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixdək Goranboy Aqrotexservis ATSC-də işləməsi ona məxsus əmək kitabçasında qeyd olunsa da, onun həmin müəssisədə işlədiyi müddətin arxivdə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə məzuniyyətə çıxmış, lakin geri qayıtması barədə əmr, eləcə də 1993-1998-ci illər üzrə əmək haqqı alınması barədə məlumat arxivdə aşkar edilməmiş və əmək kitabçasında 1998-ci ildə işdən çıxması barədə əmrin nömrəsi qeyd edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı 1994-cü ildən sonra həmin müəssisədən əmək haqqı almadığını etiraf etmişdir. Bu səbəbdən iddiaçıya məxsus əmək kitabçası həmin hissədə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun 1972-1973-cü illərdə Qızılhacılı kolxozunda olan iş stajı sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X6 X7 Goranboy rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar