Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-719/2022 08.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın sonluğunun dəyişdirilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bayramoğlu” soyadının “Bayramov” soyadı kimi dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə dəqiqləşmə barədə ərizə təqdim edərək “Bayramoğlu” soyadının “Bayramov” kimi düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Bayramoğlu” soyadının sonluğuna dəyişiklik edilərək “Bayramov” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzəriə qoyulmasını xahiş etmiş, Məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1973-cü ildə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1973-cü ilin sentyabr ayının 03 günündə 2781№ ilə qeyd edilmişdir. Ancaq Gəncə şəhər Nigah evinin əməkdaşlarının səhvi ucbatından onun soyadı Bayramov deyil, Bayramoğlu kimi qeyd olunmuşdur. Onun atası- X6 da soyadı Bayramov kimi qeyd olunmuşdur. Bu səhvlik ucbatından sənədləşmə işlərində çətinlik çəkir. Valideyinlərinin və Nigah evinin əməkdaşlarının səhvinə görə əbəs yerə əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189, 190, 191 və 192-ci maddəsində vətəndaşların adı, soyadı və ata adını dəyişdirmək hüququ öz əksini tapmışdır. Soyadının dəyişdirilməsi ilə əlaqədar olaraq cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, 89 nömrəli imtina məktubunda bildirmişdir ki, onun soyadının “Bayramoğlu” soyadından “Bayramov” soyadına qaytarılması imkan xaricindədir. Məhkəmə baxış iclasında iddiaçı dəqiqləşmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 476 nömrəli məktubla məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, 2781 nömrəli doğum haqqında akt qeydi, cavabdehin xx.xx.2021-ci il tarixli, 89 nömrəli imtina məktubu, Ədliyyə Nazirliyi X1 Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, 05/2-10245/13 nömrəli məktubu, Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-248/13 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materiallarına əlavə edilmiş, İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, 2781 nömrəli doğum haqqında akt qeydində Bayramoğlu (sözügedən qeyddə soyadın ilkin foması “Bayramov” kimi qeyd olunub) İlham Zakir oğlunun atası qrafasında X9, anası qrafasında isə X2 göstərilmişdir. Ədliyyə Nazirliyi X1 Reyestri Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/2-10245/13 nömrəli məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən İddiaçı soyadının, adının, ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-248/13 nömrəli məktubunda İddiaçı barəsində xx.xx.1973-cü il tarixdə, 2781 saylı doğum haqqında akt qeydində soyadı xx.xx.2016-cı il tarixdə “Bayramoğlu” soyadına düzəliş edilmiş və AZ-lll 579121 nömrəli doğum haqqında şəhadətnamə verildiyi və onun soyad sonluğuna düzəlişlə bağlı sənədlər Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən hazırlandığı üçün həmin sənədlər Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində saxlanıldığını qeyd etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, İddiaçı soyad sonluğu “Bayramov” dan “Bayramoğlu” na dəyişdirilmiş və xx.xx.2016-cı il tarixli, AZ-ll 138182 seriyalı nikah haqqında şəhadətnamə verilmişdir. Soyad sonluğunun dəyişdirilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyindən sənədlər məhv edilmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir Həmin Müddəaların 3-cü bəndinə əsasən X1 qeydindəki səhvlər düzəldikdə X1 qeydində dəyişikliklər aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı” Qaydasının 1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi : Maddə 158.1. X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları: Bənd 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Bənd 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Bənd 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Bənd 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Bənd 5.5. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər X1 qeydi başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. Bənd 5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa 3 iş günü müddətində göndərilir. Bənd 5.7. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluğa müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. Bənd 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. Bənd 5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluqda olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X1 Reyestri Xidmətinə bildiriş göndərir. Bənd 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda soyad sonluğunun dəyişdirilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyindən sənədlər məhv edildiyini qeyd etsə də, Qaydaların 6.29-cı bəndində qeyd olunmuşdur ki, adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Qaydalarda soyad sonluğunda valideynlərin soyadı nəzərə alınmalı olduğu qeyd olunmasa da qanunvericiliyin mövqeyi valideynlərin soyadı ilə uyğun olması istiqamətindədir. Belə ki, Qaydaların 4-cü bəndinə görə, Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Bundan başqa İnsan Hüquqlarının və X5 X3 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin Konvensiyanın 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Ad və soyad seçilməsi məsələsində İnsan Hüquqlarının və X5 X3 8-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi ilk dəfə 1990 ildə Burghartzm İsveçrəyə qarşı işində araşdırılmışdır. Məhkəmə həmin işdə aydın şəkildə göstərmişdir ki, bu hüquq 8-ci maddədə birbaşa göstərilmədiyinə baxmayaraq, şəxsin adı soyadı onun kimliyini (indentifikasiyasmı) müəyyənləşdirən və ailəsi ilə əlaqəli məsələ olduğu üçün şəxsi və ailə həyatının tərkib hissəsidir. Məhkəmə müəyyən etmişdir ki, müəyyən növ şikayət ərizələri ilə bağlı məhkəmə icraatları hər zaman hər hansı iddia irəli sürən şəxsin iddianı sübuta yetirməsi prinsipinin qəti surətdə tətbiqini tələb etmir və Konvensiyanın 34-cü maddəsi çərçivəsində təsis edilmiş fərdi şikayət sisteminin effektiv fəaliyyəti üçün dövlətlərin şikayətlərin düzgün və səmərəli şəkildə baxılması üçün bütün zəruri imkanları təmin etməsi son dərəcə vacibdir (Bazorkina Rusiyaya qarşı, § 170;X10rşı, §253). Ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyini iddia etdiyi halda, ərizəçinin həm effektiv, həm də əlçatan olan hüquq müdafiə vasitəsindən istifadə etmədiyini sübut etmək yükü hökumətin üzərinə düşür(Dalia Fransaya qarşı, §38; MakFArleyn İrlandiyaya qarşı). Hər hansı belə hüquq müdafiə vasitəsinin əlçatanlığı qanunda və praktikada kifayət qədər təsdiq edilməlidir (Verniyo Fransaya qarşı). Buna görə də, bu hüquq müdafiə vasitəsinin ölkədaxili qanunvericilikdə açıq-aydın əsası olmalıdır(Skavuzzo-Hager və başqaları İsveçrəyə qarşı (qər.); X7rşı, §117, Sürmeli Almniyaya qarşı, § §110-12). Hüquq müdafiə vasitəsi ərizəçinin şikayəti ilə bağlı vəziyyətin aradan qaldırılması imkanına təmint verilməlidir və işin müsbət şəkildə həll olunması ehtimalı ağlabatan xarakter daşımalıdır(Skoppola İtaliyaya qarşı (No2), §71). Mövcud olduğu deyilən hüquq müdafiə vasitəsinin inkişafı və alçatanlığı, o cümlədən tətbiq dairəsi aydın müəyyən edilməli, praktika və ya presedent hüquqla təsdiqlənməli və tamamlanmalıdır (Mikolayova Slovakiyaya qarşı, § 34). Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, “Bayramoğlu” soyadının sonluğuna “Bayramov” kimi düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “Bayramoğlu” soyad sonluğuna “Bayramov” kimi düzəliş edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının “Bayramoğlu” soyadının sonluğuna dəyişiklik edilərək “Bayramov” kimi düzəliş edilməsi vəzifəsi cavabdeh Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-719/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-719/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver