Məhkəmə qərarları › İş №2-1(114)-72/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-72/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-72/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı “Sahil” Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və qeyri yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı, X2 və X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 mülkiyyətində olan Bərdə şəhəri, Tərtər çayı hövzəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 2992 kv.m olan inzibati otaqlardan ibarət “Sahil” Kooperativinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 02 saylı qərarı ilə Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" kooperativinin fəaliyyəti üçün 10.000 kv.m torpaq sahəsi ayrılaraq mərhum X5 verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əhaliyə Məişət Xidməti Nazirliyi Bərdə rayon Əhaliyə Məişət Xidməti İstehsalat idarəsinin nəzdində “Sahil” Kooperativinin nizamnaməsi təsdiq edilmiş və Fazil Rzayev həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddia ərizəsinə əlavə edilmiş qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, obyekt 1989-1990-cı ildə tikilmiş və tikinti altı sahəsi 1050 kv.m təşkil etmişdir. İnzibati bina 6 (altı) otaqlı, köməkçi bina 4 otaqlı və anbar binası 1 otaqlı olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 16 saylı tikinti obyektinin istismarına icazə məktubundan görünür ki, tikintinin həcmi 2992 kv.m olmuşdur. Qeyd edilir ki, iddiaçılardan İddiaçı mərhum X11 ilə xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1975-ci il tarixdə Afaq, xx.xx.1976-cı il tarixdə Nurlana və xx.xx.1980-ci ildə Xəqani anadan olmuşdur. X11 xx.xx.2001-ci ildə, X8 isə xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018- ci il tarixli, 171/2018 saylı məktubundan görünür ki, X3 birinci növbə vərəsələri İddiaçı və X8 olmuşdur. X15 miras əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişdir. Bərdə şəhər İcra nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 1248 saylı arayışından görünür ki, X11 vəfat etdikdən sonra onun ailə üzvləri İddiaçı, X10 və X2 qalmışlar. Bildirilir ki, “Sahil” kooperativinə məxsus 1 ha torpaq sahəsi və onun üzərində yerləşən 2992 kv.m olmaqla inzibati otaqlardan X11 vəfat etdikdən sonra istifadə etmiş və vergiləri, sosial ödəmələri və kommunal xərcləri də daim iddiaçılar ödəmişlər. Qeyd edək ki, Bərdə rayon ərazisində Tərtər çayının kənarında “Sahil” kooperativinin istifadəsində olan 1.0 ha sahibkarlıq torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binasının sənədləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçılar İddiaçı, X6 və X10 əsl iddiaçı “Sahil” kooperativi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2370/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bərdə şəhəri, Tərtər çayı hövzəsində yerləşən 1 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 2992 kv.m olan qeyri-yaşayış binası üzərində “Sahil” Kooperativinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-196/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2370/2022 saylı qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 13 yanvar 2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin inin xx.xx.2000-ci il tarixli, 458 nömrəli arxiv çıxarışından görünür ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 27 nömrəli qərarı ilə “Sahil” Kooperativinin nizamnaməsi təsdiq edilmiş və koorperativə torpaq sahəsinin ayrılmasının təmin edilməsi rayonun baş memarına tapşırılmışdır. -surəti işə əlavə edilmiş Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin sədri və digər şəxslərin birgə iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “Sahil” kooperativinə istehsalat bazası tikmək üçün Bərdə şəhərində qum-çınqıl karxanasına gedən dəmir yol xəttinin şimal tərəfində 1,0 ha torpaq sahəsinin ayrılması məsləhət görülmüşdür. -surəti işə əlavə edilmiş Bərdə RİHB-nin Aparatı Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2013-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, Bərdə şəhəri Tərtər çayı sahilində Bərdə rayon X9 İcraiyyə Komitəsinin 31 yanvar 1989-cu il tarixli 2 saylı qərarı ilə 1,0 ha istifadəsinə verilmiş torpaq sahəsində tikintisinə “Sahil” kooperativində icazə verilmiş tikili və qurğuların faktiki vəziyyətinə Bərdə RİH-nin Memarlıq və Tikinti Şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və istismara yararlı olduğu müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 16 nömrəli “Tikinti obyektinin istismarına İcazə”-dən görünür ki, Bərdə şəhəri Tərtər çayı hövzəsində “Sahil” kooperativi tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin istismarına Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" QSC-nin Bərdə stansiyasının xx.xx.2019-cu il tarixli, 04 nömrəli arayışından görünür ki, X4 məxsus « Sahil » kooperativinin 1,0 (bir) ha torpaq sahəsi X16 mühafizə zolağının kənarındadır. -surəti işə əlavə edilmiş X7 İdarəsinin xx.xx.2019-cu il tarixli, 110 nömrəli arayışından görünür ki, X4 məxsus “Sahil” kooperativinin 1,0 (bir) ha torpaq sahəsi Tərtər çayının mühafizə zolağından kənardadır. -surəti işə əlavə edilmiş "xxxx" ASC-nin X1 xx.xx.2019-cu il tarixli, 208 nömrəli arayışından görünür ki, X4 məxsus “Sahil” kooperativinin 1,0 (bir) ha torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin qoruq zonasına düşmür. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinnin xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********714100 saylı məktubdan görünür ki, məlumatuçot bazasına əsasən "Sahil" Kooperativinin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Odur ki, sorğuda qeyd edilən məlumatların təqdim olunması mümkün deyildir -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 02 saylı qərarı ilə Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" koperativinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd ("kadastr planı", "Torpaq sahəsinin planı və ölçüsü çıxarış.) məhkəmə məktubuna əlavə edilmədiyindən, təqdim edilmiş ərazinin baş planı sənədinə və iddiaçı tərəfindən naturada sərhədləri göstərilən və faktiki istifadə edilən 1.24 ha torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 02 saylı qərarı Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən « Sahil » Kooperativinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd ("Kadastr planı", "Torpaq sahəsinin planı və ölçüsü çıxarış) məhkəmə məktubuna əlavə edilmədiyindən, təqdim edilmiş ərazinin baş planı sənədinə və iddiaçının tərəfindən naturada sərhədləri göstərilən və faktiki istifadə edilən 1.24 ha torpaq sahəsinin, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin, TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid tikinti altı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 02 saylı qərarı ilə Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" Kooperativinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd ("kadastr planı", "Torpaq sahəsinin planı və ölçüsü çıxarış) məhkəmə məktubuna əlavə edilmədiyindən, təqdim edilmiş ərazinin baş planı sənədinə və iddiaçının tərəfindən naturada sərhədləri göstərilən və faktiki istifadə edilən 1.24 ha torpaq sahəsinin, TEKUİS məlumat bazasına əsasən digər hər-hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" kooperativinin fəaliyyəti üçün 10.000 kv.m torpaq sahəsinə və eyriyaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyənədici sənədlər, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyətinin orqanının qərarı, sahəseçmə aktı, ləğv edilmiş DT və XK-nin Bərdə rayon şöbəsi və RİH-nin memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi, memarlıq və tikinti şöbəsinin rəyi, ləğv edilmiş DT və XK-nın Tərtər rayon şöbəsi tərəfindən hazırlanmış "Torpaq sahəsinin planı və ölçüsü" sənədi təqdim olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən "Sahil" koperativinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd ("kadastr planı", "Torpaq sahəsinin planı və ölçüsü çıxarış.) məhkəmə məktubuna əlavə edilmədiyindən, təqdim edilmiş ərazinin baş planı sənədinə və iddiaçı tərəfindən naturada sərhədləri göstərilən və faktiki istifadə edilən 1.24 ha torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aiddir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/916 nömrəli ekspert rəyindən də görünür ki, Bərdə rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 02 saylı qərarı Bərdə şəhəri Tərtər çayı hövzəsində yerləşən « Sahil » Kooperativinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd ("Kadastr planı", "Torpaq sahəsinin planı və ölçüsü çıxarış) məhkəmə məktubuna əlavə edilmədiyindən, təqdim edilmiş ərazinin baş planı sənədinə və iddiaçının tərəfindən naturada sərhədləri göstərilən və faktiki istifadə edilən 1.24 ha torpaq sahəsinin, TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı “Sahil” Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və qeyriyaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar