Məhkəmə qərarları › İş №2-1(114)-720/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-720/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-720/2022 26.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.N0.N993-cü il tarixindən Ağstafa RHKdan hərbi səfərbəliyə çağrılaraq N sayl hərbi hissəyə göndərilmiş, Qazax rayonun Ermənistanla həmsərhəd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fevral-mart ayları xəstə olduğu üçün xəstəxanada müalicə olmuş, müalicədən sonra aprel, may, iyun, iyul aylarına kimi 6-cı motoatıcı batalyonunda xidmət etmişdir. 30.07.N994-cü il tarixindən N-ci MAT-a ezam olunmuş, Xidmətini N-ci motoatıcı batalyonda davam etmişdir. Yuxarı yaş həddi olduğu üçün N994-cü ilin noyabr ayında N-ci batalyondan tərxis olmşdur. Arxiv arayışında 6-cı taborda 30.07.N994-cü il tarixinə kimi xidməti haqqında məlumat var. Həmin tarixdən N-ci MAT-a ezam olunduğundan N-ci taborda xidməti haqqında heç bir məlumat verilməmişdir. Mərkəzi Arxiv qərəzli olaraq N-ci taborda xidməti haqqında olan arxiv arayışını ona vermir. Halbuki, N-ci taborun pul təminatı kitabında adı qeyd olunmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 23.N2.202N-ci il tarixli, 4/3-2368 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, hərbi xidməti tam təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə dair N5.02.2022-ci il tarixli, NN/546 nömrəli yazılı etiraz göndərərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2N.N0.202N-ci il tarixli 4/2-N336 nömrəli və 03.N2.202N-ci il tarixli, 4/2-2N00 nömrəli arayışlarına əsasən iddiaçının N994-cü ilin fevral-mart aylarında hərbi xidməti tam təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiayata buraxılmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 23.N2.202N-ci il tarixli, 4/3-2368 nömrəli imtina məktubu, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi bilet, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2N.N0.202N-ci il tarixli 4/2-N336 nömrəli və N8.0N.2022-ci il tarixli, 4/2-236 nömrəli arayışları, cavabdehin N5.02.2022-ci il tarixli, NN/546 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan NZ ******* nömrəli hərbi biletdə hərbi hissəyə daxil olduğu tarix, hərbi hissənin siyahısından çıxarılma tarixi, müvafiq əmr barədə müvafiq qeyd mövcud deyildir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N8.0N.2022-ci il tarixli, 4/2-236 nömrəli Arxiv arayışında göstərilmişdir ki, X3 N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “A”, səh.-39, sıra-447; qeyd: məlumatda soyadı “Aşırov” yazılmış, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) xx.xx.N960-cı il təvəllüdlü İddiaçı 27.N0.N993-cü il tarixdə Ağstafa RHK-dan çağırılması və komandirin N oktyabr N993-cü il tarixli 0NN №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Ağstafa RHK-dan səfərbər edilmiş, atıcı qumbaraatan, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 0NN №-li əmrilə (əsas: səh.-277; qeyd: əmrdə soyadı “Aşırov” yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N8 fevral N994-cü il tarixli 48 №-li əmrində (əsas: §4, sıra-2; qeyd: əmrdə atasının adı yazılmamış, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 6-cı MAT-un hərbi qulluqçusu Mahir Aşurovun həbs edildiyinə görə N8.02.N994-cü il tarixdən briqada haubvaxtasının ərzaq təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.2, “yanvar N994”, sıra 65; qeyd: məlumatda soyadı “Aşırov” yazılmışdır) 2-ci ehtiyat taburunun hərbi qulluqçusu, qumbaraatan köməkçisi, sıravi İddiaçı yanvar N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.36, “mart N994”, sıra 65, qeyd: məlumatda soyadı “Aşırov” yazılmış, atasının adı tam yazılmamışdır) fevral N994-cü il tarixdə 6-cı MAT-un hərbi qulluqçusu, atıcı qumbaraatan köməkçisi, sıravi İddiaçı Z. oğlunun adı qeyd olunmuşdur. Lakin qarşısında “qaçqın” yazılmışdır və məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.4, “fevral N994”, sıra 66, qeyd: məlumatda soyadı “Aşırov” yazılmış, atasının adı tam yazılmamışdır) mart N994-cü il tarixdə 6-cı MATun hərbi qulluqçusu, atıcı qumbaraatan köməkçisi, sıravi İddiaçı Z. oğlunun adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.59, “aprel-may N994”, sıra 66, qeyd: məlumatda soyadı “Aşırov” yazılmış, atasının adı tam yazılmamışdır) 6-cı MAT-un hərbi qulluqçusu, atıcı qumbaraatan köməkçisi, sıravi İddiaçı Z. oğlunun aprel N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.59, “aprel-may N994”, sıra 67) 6-cı MAT-un hərbi qulluqçusu, atıcı qumbaraatan köməkçisi, sıravi XN may N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. =2= N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: fond 44, siy. 2, sax. vah.7, “iyul N994”, sıra 67) 6-cı MAT-un hərbi qulluqçusu, atıcı qumbaraatan köməkçisi, sıravi XN iyun N994- cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. 30.07.N994-cü il tarixdən N-ci MAT-a ezam olunduğuna görə sıravi X3 N №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli 203 №-li əmrilə (əsas: § N, səh.-4N, sıra NN; qeyd: əmrdə vəzifəsi göstərilməyib) 6-cı taburun ərzaq təminatından çıxarılaraq N-ci MAT-un ərzaq təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin avqust-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində XN xidməti, hərbi hissənin avqust- noyabr N994-cü il tarixli əsgər heyətinə X2 pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən XN xidməti barədə N6.04.202N-ci il tarixli 9/2-3N96 №-li məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin ünvanına, 2N.N0.202N-ci il tarixli 4/2-N336 №-li məktubla vətəndaşın ünvanına, 03.N2.202N-ci il tarixli 4/2-2N00 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ətraflı cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 23.N2.202N-ci il tarixli, 4/3-2368 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədərə Müdafiə Nazilriyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N7.N2.202N-ci il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar verilmədiyindən təqdim etdiyi sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 2N.N0.202N-ci il tarixli 4/2-N336 nömrəli və 03.N2.202N-ci il tarixli, 4/2-2N00 nömrəli arayışlarına əsasən N994-cü ilin fevral-mart aylarında hərbi xidməti tam təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hər hansı sübut aşkarlanmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti N05) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar