Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-721/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil, üçüncü şəxs X1 vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X9, X2, X5 və X7) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Üçtəpə kəndində 0.51 ha torpaq sahəsinin üçüncü şəxs X1 adına verilməsinə dair xx.xx.2022-ci il tarixli, **********98 saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********81 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı1 və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər, vəkil əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 30 ilə yaxın müddətdə iddiaçıların faktiki istifadəsində olmasına baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq həmin sahəyə üçüncü şəxsin adına çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxs X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxsin vəkili X10 iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisələndirilən çıxarış Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında verilmiş Dövlət Aktına əsasən verilmişdir, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçılar hazırki iddia tələbi ilə üçüncü şəxslərin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmasını tələb etmişlər. İş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki:- -X8 adına verilmiş RX seriyalı ******* nömrəli, **********18 reyestr nömrəli xx.xx.2014cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003260 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-686 nömrəli Dövlət aktında göstərilən 0.433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. -İddiaçı1 adına verilmiş RX seriyalı ******* nömrəli, **********85 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003567 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 adına verilmiş RX seriyalı ******* nömrəli, **********18 reyestr nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003260 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı1 xx.xx.2014-cü il tarixli bölgü planı ilə satılmış sahənin koordinatları ona verilmiş çıxarış üzrə koordinatlarla üst-üstə düşür. -İddiaçı2 adına verilmiş RX seriyalı ******* nömrəli, **********75 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003873 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adına verilmiş RX seriyalı ******* nömrəli, **********85 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003567 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşdiyi müəyyən olundu. İddiaçı2 0.04 ha torpaq sahəsinin koordinatları xx.xx.2014-cü il tarixli bölgü planı ilə satılmış sahənin koordinatları ona verilmiş çıxarış üzrə koordinatlarla üst-üstə düşür. -**********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından tərəfimizdən aparılan araşdırma zamanı elektron baza materiallarına istinad edilmişdir. Belə ki, **********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, ayrı-ayrılıqda İddiaçı2 adına verilmiş RX seriyalı ******* nömrəli, **********75 reyestr nömrəli, xx.xx.2014cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003873 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.04 ha və İddiaçı1 adına verilmiş RX seriyalı ******* nömrəli, **********85 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003567 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olundu. -Ekspertiza baxışı zamanı iddiaçılardan İddiaçı2 iştirak etməmişdir. Bu səbəbdən də İddiaçı2 adına verilmiş RX seriyalı ******* nömrəli, **********75 reyestr nömrəli, xx.xx.2014cü il tarixli çıxarışa dair tərtib olunmuş AA-003873 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. -İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi 0.13 ha torpaq sahəsi **********76 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşmir. Belə ki, İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi 0.13 ha torpaq sahəsinin 0.0877 ha hissəsi **********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən olundu. -X6 **********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mövcud mübahisə halı səbəbindən faktiki olaraq istifadə edə bilmədiyini bildirdi. -**********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından aparılan araşdırma zamanı elektron baza materiallarına istinad edilmişdir. Araşdırma nəticəsində müəyyən olundu ki, elektron baza materiallarına istinadən **********81 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə koordinatları, "Torpağa mülkiyyət hüququna dair" JN-0611 nömrəli Dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə uyğundur. Göründüyü kimi iddiaçılar üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus torpaq sahələri ilə üst-üstə düşməsini əsas gətirərək, üçüncü şəxslərin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmasını tələb etsələr də mütəxəssis rəyi ilə bu arqument öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçılar həmin qeydin ləğv edilməsi ilə bağlı subyektiv hüquqa malik deyillər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-721/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-721/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver