Məhkəmə qərarları › İş №2-1(114)-722/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-722/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-722/2023 01.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin (ev və torpaq) ona məxsus ½ hissəsinin ayrıca daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. ünvan 3şən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 2V-1-231 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən ½ hissədə X5, ½ hissədə X7 payları göstərilməklə X8 vərəsələri tanınmışlar. xx.xx.2011-ci il tarixdə tərtib edilmiş, 336-54 inventar nömrəli - ünvan 5 ünvanda yerləşən (hüquq subyektləri - X12 və X15) **********58-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, 0,0261 ha faktiki torpaq sahəsinin 0,00604 ha torpaq sahəsi üzərində bir mərtəbəli, ümumi sahəsi 38 kv.m olan “A” (19 kv.m) və “B” (19 kv.m) tikilisi vardır. Tikili “A”-da 34,3 kv.m; tikili “B”-də 83,3 kv.m, tikili “C”-də 5,7 kv.m qanunsuz tikilmişdir. Gəncə şəhəri 3 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-4-540 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X15 özünə məxsus ½ hissəni X9 bağışlamış, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə- 165 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X13 özünə məxsus ½ hissəni X1. ünvan 3şən fərdi yaşayış evi üzrə X5 ½ payı xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə, X4 ½ payı xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X12 xx.xx.2022-ci il tarixdə ünvan 3şən paylı mülkiyətində olan 0,0261 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa olunmuş ümumi sahəsi 38 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/2 hissəsini) iddiaçıya satmışdır. Müqavilə bağlanan zaman digər paylı mülkiyyətçi X11 fərdi yaşayış evinin X10 məxsus olan ½ hissəsini almaqdan imtina etmiş, həmin hissənin digər üçüncü şəxsə satılmasına etiraz etməmişdir. İddiaçının həmin əmlak üzərində paylı (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək ünvan 6 ünvanda yerləşən 0,0261 ha torpaq sahəsinin və fərdi yaşayış evinin sxematik bölgüsünün aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubla bildirmişdir ki, bölgü aparılan zaman torpaq sahəsinin sənəd üzrə olan ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyətin fərqli olduğu məlum olmuş, yaşayış evlərinin divarlarının biri ortaq olduğu, binanın kostruktiv cəhətdən bölünməsi mümkün olmadığı üçün bölgü aparılmamışdır. İddiaçı cavabdehə qarşı ünvan 3şən fərdi yaşayış evinin sxematik bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin (ev və torpaq) ona məxsus ½ hissəsinin ayrıca daşınma əmlak kimi dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ½ hissəsi mülkiyyətində olan ünvan 3şən evin sxematik bölgüsünün aparılmasını xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Səbəb də budur ki, guya torpaq sahəsinin sənəd üzrə olan ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyət fərqlidir. Əgər evin alqı-satqı salınmasında belə bir fərq var idisə, onda heç bir notariat kontorunda bu alqı-satqı aparılmazdı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2070/2023 nömrəli etirazında imtina əsaslarını təkrarlamış və Mülki Məcəllənin 146.2, 152.4, 220.3cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 7, 9, 11, 12.1-ci, Mənzil Məcəlləsinin 13.2-ci maddələrinə və cavabdehin Əsasnaməsinin 3.1.22-ci bəndinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpağa münasibətdə bölgü sxem əsasında aparılacağından icra olunacaqdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/3059 nömrəli ekspert rəyinə əsasən iddiaçının ½ hissə payının (A literli tikilinin) faktiki olaraq naturada digər tikililərdən təcrid şəkildə ayrıldığı, həmin tikiliyə küçədən ayrıca giriş-çıxış qapısının açıldığı, iddiaçının faktiki istifadəsində kommunal xidmət sahələrinin olduğu nəzərə alınaraq “A” literli tikilinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə araşdırmasının predmetini daşınmaz əmlakın texniki pasportu, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, cavabdehin imtinası, notariat işinin (daşınmaz əmlakın alqı-satqısı üzrə) təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2070/2023 etirazı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3059 nömrəli ekspert rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (sonradan-mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə iddiaçıya və üçüncü şəxsə məxsus olmuşdur; “A” literli tikili iddiaçıya, “B” literli tikili üçüncü şəxsə məxusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonrahüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İddiaçının payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması səlahiyyəti cavabdehə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə 2.1-ci bənddə qeyd edilmişdir ki, nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: 2.1.4. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat; 2.1.15. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı... Həmçinin 2.7-ci bəndə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə verilir. Normanın məzmununa görə daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mübahisəli əmlakdan payın ayrılmasının mümkünlüyü bağlı keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, **********58-10301 reyestr nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 38,0 kv.metr olan fərdi yaşayış evinin 1/2 pay hissəsi iddiaçının, 1/2 pay hissəsi isə üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Tərtib edilmiş texniki pasportda olan məlumatlardan məlum olur ki, tədqiq olunan mülk, bir mərtəbəli «A» və «B» literli fərdi yaşayış evindən, «C» literli köməkçi tikilidən ibarətdir. Həmçinin qeyd olunur ki, Texniki Pasportda olan məlumatlardan görünür ki, «A» literli tikilidə 2 saylı yaşayış otağı, 3 saylı mətbəx və 4 saylı örtülü eyvan, «B» literli tikilidə 2 saylı yaşayış otağı, 3 və 5 saylı örtülü eyvan, 4 saylı dəhliz, 6 saylı hamam və 7 saylı ayaqyolu tikililəri qanunsuz tikililərdir. Baxış zamanı, fərdi yaşayış evinin üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğu müəyyən edilmişdir. Baxış zamanı fərdi yaşayış evinin faktiki vəziyyəti, tikililərinin planlı yerləşməsi və digər göstəriciləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasporta uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, iddiaçının istifadəsində olan «A» literli fərdi yaşayış evinə baxış keçirilən zaman, fərdi yaşayış evinin daxilində əlavə tikinti işləri aparılaraq, əlavə sanitar-qovşağı və dəhliz tikilisi inşa olunduğu müəyyən edilmişdir. Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Mənzil - küçəyə, həyətə, dəhlizə, pilləkən meydançasına çıxış yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir. Qeyd olunur ki, yaşayış evlərinin və torpaq sahəsinin tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı- ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə və torpaq sahəsinə ayrı- ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan fərdi yaşayış evinin planlı yerləşməsini, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olduğunu, eyni zamanda fərdi yaşayış evinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, İddiaçı istifadəsində olan «A» literli tikilinin torpaq sahəsində yerləşən digər tikililərdən təcrid səkildə ayrıldığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin naturada ayrılması texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə istinadən mübahisəsi gedən fərdi yaşayış evinin naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hazırda isə, cavabdeh tərəfindən belə bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində (ev və torpaq) iddiaçıya məxsus hissədə ayrıca daşınmaz əmlak kimi ayrıca qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissədə ayrıca daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X3, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar