Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-725/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X22, X17 və X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı, X22, X17 və X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı **********58-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində 14 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X4 1/6 hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, ünvan 1 kəndində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçılar X22, X17 və X12 hər birinin 1/5 pay hissəsi üzrə mülkiyyət hüququnun, həmin torpaq sahəsinin 2/5 pay hissəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 57.9 kv.m fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüququnun qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı ilə ünvan 1 kənd sakini X6 fərdi yaşayış evi tikmək üçün 1798.63 kv.m torpaq sahəsi verilmiş, sonuncunun adına xx.xx.2010-cu il tarixli 356 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 kəndində 0.18 ha torpaq sahəsi üzərində X10, X22, X17, X23 və X4 ümumi birgə mülkiyyət hüquqları, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evi üzərində isə X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli 2V-371 reyestr nömrəli şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X5 verilmiş **********58-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X5 məxsus ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 57.9 ha olan fərdi yaşayış evi, ƏMDK yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X5 verilmiş **********158-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 kəndində 0.18 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində X22, 1/6 hissəsi üzərində X17, X23, 1/6 hissəsi üzərində X4, 2/6 hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüquqları, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İddiaçı adına 13.1.2018-ci il tarixli 20789 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.
6. İddiaçı **********58-10301 reyestr nömrəli çıxarışda hüquq sahibinin adının artıq yazılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-A-01xx-xx/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd olunan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın arxiv sənədləri araşdırılmış və müəyyən olunmuşdur ki, həmin çıxarış Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı əsasında ləğv olunmuş DTXK-nin Ağdam rayon şöbəsi tərəfindən tərtib olunmuş adlı siyahı və xx.xx.2010-cu il tarixli A 212946 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hazırlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən (Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır) ********** nömrəli çıxarışda düzəlişin edilməsi ərazi idarəsinin səlahiyyəti xaricindədir.
7. Ağdam rayonu Təzəkənd kəndində mülkiyyətçilər barədə siyahıdan çıxarışda X13, İddiaçı, X22, X17, X18 və X4 adlarına 0.18 ha torpaq sahəsi qeyd edilmiş, lakin X4 adının üzərindən xətt çəkilərək, “səhvən düşüb, qonşudur” qeydi yazılmışdır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X15 xx.xx.2024-cü il tarixli 02 nömrəli cavab məktubunda bildirilmişdir ki, X28 Filialında saxlanılan Nəmirli (Təzəkənd) kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2009-2010-cu illərə aid təsərrüfatbaşına uçot kitabları yoxlanılmış lakin X4 adı X13 və İddiaçı təsərrüfatlarında qeydiyyata alınmamışdır. Ayrı təsərrüfat kimi də qeydiyyata alınması aşkar olunmamışdır.
9. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2- 214/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş ünvan 1 kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) çıxarışlardan görünür ki, Mərkəzin arxivində saxlanılan ünvan 1 kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma siyahısında yalnız X7 adı mövcuddur. Elektron siyahısında isə həm X7 həm də X4 adları qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Ağdam rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 441-05/13 nömrəli cavab məktubunda bildirilmişdir ki, mərhumə vətəndaş X2 rayonu, Təzəkənd kəndində qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə ünvan 1 kəndində vəfat etmişdir, xx.xx.2019-cu il tarixdə 18 nömrə ilə Ağdam rayonu Nəmirli İ/N-də ölümü qeydə alınmışdır.
11. Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyəti başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-31-11/2-33-24 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 kəndində qeydiyyatda olmuş mərhum X16 həyat yoldaşı X11 təsərrüfatında olmuş, 09 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-9278/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.2019-cu ildə vəfat etmiş 1927-ci il təvəllüdlü X7 ölümünün Ağdam rayonunun Nəmirli icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Həmçinin bildirilir ki, X4 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair məlumat aşkarlanmadı. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.18 ha torpaq sahəsi üzərindəki ümumi sahəsi 57.9 kv.m ibarət yaşayış sahəsindən X4 adının qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
14. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışına əsasən ona, X22, X17, X23 və X8 Ağdam rayon Təzəkənd kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 57,9 kv.m olan mənzili onların birgə mülkiyyətlərinə verilmişdir. Ancaq həmin çıxarışda adı göstərilən X4 adı texniki səhv nəticəsində göstərilib. Belə ki, həmin şəxsin onların ailə təsərrüfatlarına heç bir aidiyyatı yoxdur. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 saylı Ərazi idarəsinə müraciət edərək Ağdam rayonu Təzəkənd kəndi ərazisində 0.18 ha torpaq sahəsi üzərində yerləşən üumi sahəsi 57,9 kv.m yaşayış sahəsindən çıxarışda adı göstərilən X4 adının qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd edilir ki, həmin çıxarış Ağdam rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu İ tarixli, 03 saylı qərarı əsasında ləğv olunmuş DTXK-NİN Ağdam rayon şöbəsi tərəfindən tərtib olunmuş adlı siyahı və xx.xx.2010-cu il tarixli, AN 212946 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hazırlandığı üçün dövlət qeydiyyatından çıxarılmasından imtina edilmiş və bunun üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Yuxarıda qeyd edilən sübutlara əsaslanaraq cavabdeh təşkilatın bu Azərbaycan Respublikası MM-nin imtinasını əsassız və qanunsuz hesab edir. Ona görə də hesab edir ki, qanuni əsaslarla sahibliyində və istifadəsində olan Ağdam rayonu Təzəkənd kəndi ərazisində 0,18 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 57,9 kv.m yaşayış sahəsindən adı göstərilən X4 çıxarışdan adının çıxarılması vəzifəsi cavabdeh X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi X24 iddiaçılar X22, X17, X23 və İddiaçı adından ərizə təqdim edərək, ünvan 1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 57.9 kv.m yaşayış sahəsinə dair daşınmaz əmlakın reyestrində 14 dekabr 2018-ci il tarixdə aparılmış dövlət qeydiyyatına düzəliş edilərək, X4 adının mülkiyyətçilər siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. Daha sonra iddiaçılar İddiaçı, X22, X17 və X23 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, **********58-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində 14 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X4 1/6 hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, ünvan 1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi üzərində iddiaçılar X22, X17 və X12 hər birinin 1/5 pay hissəsi üzrə mülkiyyət hüququnun, həmin torpaq sahəsinin 2/5 pay hissəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 57.9 kv.m fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüququnun qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
24. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-4502/2023 nömrəli qərardadı ilə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
26. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçılar isə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
27. Məhkəmə AR İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçıların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
29. Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı; - xx.xx.2010-cu il tarixli 356 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli 2V-371 reyestr nömrəli şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - 13.1.2018-ci il tarixli 20789 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-A-01xx-xx/2023 nömrəli imtina məktubu; - Ağdam rayonu Təzəkənd kəndində mülkiyyətçilər barədə siyahıdan çıxarış; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X15 xx.xx.2024-cü il tarixli 02 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2- 214/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş ünvan 1 kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) çıxarışlar; - Məhkəmənin sorğusuna Ağdam rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 441-05/13 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyəti başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-31-11/2-33-24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli 3-16-5/4-13-9278/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı ilə ünvan 1 kənd sakini X6 fərdi yaşayış evi tikmək üçün 1798.63 kv.m torpaq sahəsi verilmiş, sonuncunun adına xx.xx.2010-cu il tarixli 356 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 kəndində 0.18 ha torpaq sahəsi üzərində X10, X22, X17, X23 və X4 ümumi birgə mülkiyyət hüquqları, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evi üzərində isə X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və İddiaçı onun qanun üzrə vərəsəsi kimi tanınmışdır.
33. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 kəndində 0.18 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində X22, 1/6 hissəsi üzərində X17, X23, 1/6 hissəsi üzərində X4, 2/6 hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüquqları, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
34. Hazırkı mübahisə ünvan 1 kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata X14 adlı şəxsin mülkiyyətçilər sırasından çıxarılması barədə düzəliş edilməsi ilə bağlıdır.
35. Belə ki, İddiaçı **********58-10301 reyestr nömrəli çıxarışda hüquq sahibinin adının artıq yazılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-A-01xx-xx/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd olunan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın arxiv sənədləri araşdırılmış və müəyyən olunmuşdur ki, həmin çıxarış Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı əsasında ləğv olunmuş DTXK-nin Ağdam rayon şöbəsi tərəfindən tərtib olunmuş adlı siyahı və xx.xx.2010-cu il tarixli A 212946 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hazırlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən (Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır) ********** nömrəli çıxarışda düzəlişin edilməsi ərazi idarəsinin səlahiyyəti xaricindədir.
36. Məhkəmə mübahisə ilə bağlı sorğular nəticəsində əldə etdiyi sənədlərlə müəyyən etmişdir ki, Ağdam rayonunun Təzəkənd kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid subyekt siyahısında X3 ailə üzvü qismində X22, X17, X23 və İddiaçı ilə yanaşı, X4 adı qeyd edilmişdir. X1 təsərrüfatında X14 adda şəxs ailə üzvü kimi qeydə alınmamış, həmin adda şəxs ünvan 1 kəndində qeydiyyatda olmamış və yaşamamışdır. ünvan 1 kəndində qeydiyyatda olmuş mərhum X16 həyat yoldaşı X11 təsərrüfatında olmuş, 09 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. Eyni zamanda, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.2019-cu ildə vəfat etmiş 1927-ci il təvəllüdlü X7 ölümünün Ağdam rayonunun Nəmirli icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Həmçinin, X4 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair məlumat aşkarlanmamışdır.
37. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
38. Göründüyü kimi, ünvan 1 kəndində aqrar islahat aparılan zaman X14 adlı şəxs həmin kənddə yaşamamış, qeydiyyatda olmamış, habelə iddiaçıların ailə üzvləri olmamışdır.
39. Məhkəmə araşdırmaları ilə müəyyən edilir ki, ümumiyyətlə, bu adda şəxs faktiki olaraq fiziki şəxs olaraq mövcud olmamışdır. Görünür ki, islahat zamanı həmin şəxsin adları texniki səhv olaraq X3 təsərrüfatında qeyd edilmiş, daha sonra isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmişdir.
40. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda mülkiyyətçilər siyahısında X4 adının qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə aparılmış qeydiyyata düzəliş edilməsində iddiaçılar haqlıdır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
43. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesba edir ki, iddia tələbi təmin edilməli, **********58-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində 14 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X4 1/6 hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, ünvan 1 kəndində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçılar X22, X17 və X12 hər birinin 1/5 pay hissəsi üzrə mülkiyyət hüququnun, həmin torpaq sahəsinin 2/5 pay hissəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 57.9 kv.m fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüququ qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. **********58-10301 reyestr nömrəli daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində 14 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata X4 1/6 hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hissədə düzəliş edilməklə, ünvan 1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi üzərində iddiaçılar X22, X17 və X12 hər birinin 1/5 pay hissəsi üzrə mülkiyyət hüququnun, həmin torpaq sahəsinin 2/5 pay hissəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 57.9 kv.m fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva