Məhkəmə qərarları › İş №2-1(114)-73/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-73/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-73/2021 22.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X3, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) vurulmiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 10.03.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan tikililərin sökülməsi və torpaq sahəsinin bir hissəsinin əlindən alınması ilə əlaqədar ona vurulmuş zərərin əvəzində 375.000 (üç yüz yetmiş beş min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsi kəsişməsində yerləşən, ümumi sahəsi 3747 kv.m olan, ümumi tikinti sahəsi 306 kv.m və əlavə qurğulardan ibarət olan əmlak kompleksi 11.01.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışa və həmin tarixli **********77-12301 reyestr nömrəli texniki pasporta əsasən iddiaçıya məxsus olmuşdur. 10.04.2013-cü il tarixdə onun razılığı olmadan həmin əmlakın bir hissəsi həmin vaxt Cavabdeh başçısının, Rayon İcra Hakimiyyətinin başçılarının və icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdirinin rəhbərliyi ilə sökülmüşdür. Söküntüdən sonra iddiaçının şikayətlərindən sonra ona həmin sökülmüş əmlakın və onun altındakı torpaq sahəsinin kompensasiyasına və ya başqa torpaq sahəsi ilə əvəz edilməsinə söz verilsə də, ona şəhərətrafı ərazidən torpaq sahəsi təklif olunmuş, təklif olunan kompensasiya isə real zərərə uyğun olmamışdır. Bu səbəbdən aralarında razılıq əldə olunmamışdır. Gəncə şəhərinin abadlaşdırılması, yolun genişləndirilməsi adı ilə onun əmlak kompleksinin bir hissəsinin sökülməsi və torpağının bir hissəsinin yola və tikiləcək bazar ərazisinə qatılması ilə əlaqədar külli miqdarda maddi itkilərə, zərərə məruz qalmışdır. Belə ki, əmlak kompleksi 3747 kv.m torpaq sahəsi üzərində yerləşmişdir. Cavabdehin qanuna zidd söküntüsü nəticəsində həmin ərazinin 1369 kv.m torpaq sahəsi üzərində olan tikililəri sökülmüş və torpaq sahəsinin bir hissəsi, yəni 820.9 kv.m hissəsi genişləndirilən yol infrastrukturna qatılmışdır. Digər 581.1 kv.m sahə isə iddiaçının obyektinə qonşu ərazidə inşa edilən "xxxx" adlanan ticarət kompleksinin ərazisinə qatılmışdır. Nəticədə xüsusi mülkiyyətində olan 1369 kv.m torpaq sahəsinin əvəzinin ödənilməməsi və sökülmüş tikili və qurğuların dağıdılıb təyinatl itirməsi ilə əlaqədar həmin obyektlərdən əldə edəcəyi bir neçə illik mənfəətdən məhrum olmuşdur. Vurulmuş zərər a.ağıdakı qaydada hesablanmışdır:- 2013-cü ilin aprel ayından əvvəl texniki pasportda “A literi” altında yerləşən 3 otaqdan biri müdiriyyətin iş otağı olmaqla, digər iki otaqdan biri ev alqı-satqısı, digəri isə kompyuter xidməti üçün icarəyə verilmişdir. Hər icarəçi ayda 100 manat icarə haqqı vermişdir, “Ç literi” tikilidə yerləşmiş bir otaq televizor-radio təmiri üçün ayı 100 manata icarədə olmuşdur. Sonrakı 3 ədəd tikili təmir sexi kimi fəaliyyət göstərmiş, sexlərin də hər biri ayda 100 manata icarəyə verilmişdir. “D literli” tikilidə 4 ədəd avtomobil təmir sexi fəaliyyət göstərmiş, həmin sexlərin də hər biri 100 manata icarəyə verilmişdir. “C literli” tikilidə sahəsi 35 kv.m olan kafe fəaliyyət göstərmiş, icarəçi hər ay 200 manat icarə haqqı ödəmişdir. Həmin “C literli” tikilidə bundan əlavə 4 ədəd 35 kv.m ölçüdə müasir təchizatlı təmir sexləri fəaliyyət göstərmiş, həmin sexlərin hər biri ayda 200 manat icarə haqqı ödəmişdir. Bundan əlavə, həmin ərazidə 360 kv.m ölçüdə inşaat materialları anbarı da fəaliyyət göstərmiş, həmin anbarın icarəçisi ayda 300 manat icarə haqqı ödəmişdir. “C literli” tikilidə əlavə olaraq maşınların yuyulması üçün sex də fəaliyyət göstərmiş, o da ayda 100 manat icarə haqqı ödəmişdir. Söküntüdən əvvəl iddiaçının icarəyə verdiyi obyektlərnin ümumi icarə haqqı 2400 manat təşkil etmişdir. 2013-cü ilin aprel ayında icra hakimiyyətinin qanunsuz müdaxiləsindən sonra iddiaçı aylıq gəlirlərindən məhrum olmuşdur. 80 aya münasibətdə iddiaçı 192.000 manat gəlirdən qalaraq zərərə düşmüşdür. Bundan əlavə həmin tikililərin sökülməsi ilə əlaqədar malmaterial avadanlıqların bir hissəsi iddiaçıda qalsa da, əmlakın həmin hissəsinin sıradan çıxması ilə əlaqədar 100.000 manatdan artıq zərər dəymişdir. İddiaçı həmin zərərin miqdarını 50.000 manat hesablamaqla tələb edir. Qeyd olunduğu kimi, 581.1 kv.m sahə isə, iddiaçının obyektinə qonşu ərazidə inşa edilən "xxxx" adlanan ticarət kompleksinin ərazisinə qatılmışdır. Həmin ərazi şəhərin mərkəzi yerlərindən sayıldığından hazırda 1 kv.m torpaq sahəsinin dəyəri 150-200 manat miqdarındadır. İddiaçı isə 100 manatdan hesablayaraq 1369 kv.m torpaq sahəsinin qanunsuz olaraq əlindən aılınması ilə əlaqədar 136.900 manat zərərə məruz qalsa da, 135.000 manat tələb edir. İddiaçı hesab edir ki, ümumilikdə ona vurulmuş zərərin məbləği 375.000 manat təşkil edir və qeyd olunan məbləğ cavabdeh orqan tərəfindən ona ödənilməlidir. Məhkəmənin 04.06.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 22.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “qanunsuz əlindən alınmış 1369 kv.m torpaq sahəsinə görə 135000 manat, 662,7 kv.m tikililərin sökülməsinə görə 145800 manat, əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə isə 95000 manat pulun ödənilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun əmlakı Cavabdeh keçmiş rəhbəri Elmar Vəliyevin göstərişi ilə ŞİH-nin əməkdaşları tərəfindən sökülmüş, torpaq sahəsindən isə 1369 kv.m hissəsinin üstündəki tikililəri sökərək əlindən almışlar, həmin sahənin 820.9 kv.m hissəsi yol altında, qalan 581.1 kv.m hissəsi isə bazarın tikintisi altında qalmışdır. Sökülmüş əmlakın əvəzinə bacısı Q.Əmiraslanovaya 0.18 ha torpaq sahəsi ayrılması barədə sərəncam verilmiş, həmin sahədə ticarət obyekti tikmiş, lakin sərəncam qanunsuz olduğuna görə sahəni sənədləşdirə bilməmişdir. Onun sökülən əmlakının 45.6 kv.m hissəsi mülkiyyətindədir, qalan 662.7 kv.m hissəsi yalnız texniki pasporta işlənmişdir. Ümumiyyətlə ona məxsus olmuş obyektin 662.7 kv.m hissəsi sökülmüşdür, ekspert öz rəyində texniki səhvə yol vermişdir. İddiaçının vəkili X6 iddianı müdafiə etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi orqanda kompensasiya ödənilməsi ilə bağlı hər hansı normativ sənəd yoxdur. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə Bazar Store” MMC tərəfindən iddiaçıya məxsus sahədən istifadə edilmir, yəni bazarın yerləşdiyi ərazi ilə iddiaçıya məxsus sahə üst-üstə düşmür. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11.01.2013-cü il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən 0.3747 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompeksi (Liter-A və Liter-B qeyri-yaşayış sahəsi) üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə ŞİH Memarlıq və Tikinti şöbəsinin 16.01.2020-ci il tarixli, 06 nömrəli məktubundan görünür ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddiaçının müraciəti təmin edilməmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli, 10/2674 nömrəli ekspert rəyindən görünür ki, 11.01.2013-cü ildə tərtib edilmiş 11988 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportuna əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində İddiaçı məxsus 3747.0 m2 əmlak kompleksinin 1380.0 m2 hissəsinin söküldüyü müəyyən edilmişdir. -"xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 04.05.2021-ci il tarixli, 79 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı məxsus əmlak kompleksinə dair 11.01.2013-cü ildə tərtib edilmiş 11988 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş 0.3747 ha (3747.0 kv.m) torpaq sahəsinin 718.14 kv.m hissəsi sözügedən "xxxx" MMC-nin yerləşdiyi sahə və 593.80 kv.m hissəsi isə "xxxx" MMC-nin yerləşdiyi giriş yolunun yerləşdiyi sahə ilə üst-üstə düşür. -"xxxx" MMC-nin 18.08.2021-ci il tarixli, 277/Mİ/21 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus 1311 kv.m-lik torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 196.650 (bir yüz doxsan altı min altı yüz əlli) manat, sökülmüş 662.7 kv.m-lik tikilinin bərpası üçün tələb olunan xərc isə 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat olaraq müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsi kəsişməsində yerləşən, ümumi sahəsi 3747 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi tikintialtı sahəsi 306 kv.m olan (Liter-A 46 kv.m və Liter-B 315 kv.m) əmlak kompleksi 11.01.2013-cü il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olmuşdur. Bundan əlavə qeyd olunan torpaq sahəsində çıxarışda əks olunmayan, lakin 11.01.2013-cü ildə tərtib edilmiş 11988 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportunda təsvir edilmiş digər tikililər də mövcud olmuşdur (həmin tikililərə dair sənəd təqdim edilmədiyinə görə texniki pasportda ştrixlənmiş şəkildə qeyd olunmuşdur). 2013-cü il tarixdə şəhər ərazisində aparılan yenidənqurma işləri nəticəsində iddiaçıya məxsus əmlak kompleksinin bir hissəsinin sökülməsi və tikintinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yola və tikiləcək bazar ərazisinə qatılması ilə əlaqədar o, mülkiyyətindən məhrum olmuş və maddi zərərə məruz qalmışdır. Bu səbəbdən də o, cavabdehə müraciət edərək kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. İş üzrə verilmiş müvafiq mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmlak kompleksinə dair 11.01.2013-cü ildə tərtib edilmiş 11988 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportunda əks olunmuş 0.3747 ha (3747.0 kv.m) torpaq sahəsinin 718.14 kv.m hissəsi sözügedən "xxxx" MMC-nin yerləşdiyi sahə ilə və 593.80 kv.m hissəsi isə "xxxx" MMC-nin yerləşdiyi giriş yolunun yerləşdiyi sahə ilə üst-üstə düşür. Deməli həqiqətən də iddiaçı mülkiyyətində olmuş torpaq sahəsinin və üzərində inşa etdiyi əmlakın bir hissəsindən məhrum olmuşdur. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, iddiaçı qanuni istifadədəsində olmuş əmlakından məhrum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “torpaq” dedikdə mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və 18.08.2021-ci il tarixli, 277/Mİ/21 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus olmuş 1311 kv.m-lik torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 196.650 (bir yüz doxsan altı min altı yüz əlli) manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı dövlət ehtiyacları üçün alınmaya məruz qalmış onun qanuni istifadəsində olmuş 1369 kv.m torpaq sahəsinə görə 135000 manat kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia etmişdir. Lakin müvafiq mütəxəssis rəyindən də göründüyü kimi iddiaçının ümumilikdə 1311.94 kv.m torpaq sahəsi alınmanın təsirinə məruz qalmışdır. Həmçinin qeyd edilməlidir ki, mütəxəssis tərəfindən 1311 kv.m-lik torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun dəyəri 196.650 (bir yüz doxsan altı min altı yüz əlli) manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə 135000 manat kompensasiya tələb edildiyinə görə iddia tələb həddində təmin edilməli və torpaq sahəsinə görə 135000 (bir yüz otuz beş min) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan əlavə iş materialları ilə müəyyən olunmuşdur ki, alınmanın təsirinə iddiaçının torpaq sahəsi ilə yanaşı üzərində inşa edilmiş tikililərinin bir hissəsi də məruz qalmış, başqa sözlə torpaq sahəsində yerləşmiş 662.7 kv.m-lik tikili cavabdeh orqan tərəfindən sökülmüşdür. İş materialları ilə müəyyən olunmuşdur ki, həmin əmlak kompleksinin bir hissəsi (yalnız liter “A” və “B”) üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsi üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin qeyri-yaşayış sahəsindən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Məhkəmə hesab edir ki, mübahisəli qeyri yaşayış sahəsinin (ticarət obyektinin) iddiaçının mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasmın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafıq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Həmin maddədə göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Belə ki, «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X9rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmin qərarda həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və sökülmüş 662.7 kv.m-lik tikilinin bərpası üçün tələb olunan xərc 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat olaraq müəyyən edilmişdir. Qeyd olunan məbləğ iddiada tikili üçün tələb edilən məbləğlə eynilik təşkil etdiyinə görə məhkəmə tələbi həmin hissədə də əsaslı hesab edir. Tələbin əldən çıxmış fayda ilə əlaqədar vurulmuş zərərə görə 95000 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, tələb həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində sökülmüş tikililərin icarə obyekti kimi fəaliyyət göstərdiyini qeyd etsə də, bunu təsdiq edən müvafiq sübutları, başqa sözlə həmin obyektlərin fəaliyyəti ilə bağlı sənədləri və ya icarədar ilə bağlanmış müvafiq müqavilələri təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə təmin edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olmuş 1311 kv.m torpaq sahəsinə görə 135.000 (bir yüz otuz beş min) manat və həmin torpaq sahəsində mövcud olmuş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat pul olmaqla ümumilikdə 280.800 (iki yüz səksən min səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 29.03.2021-ci il tarixli, 10/2674 nömrəli ekspert rəyinin verilməsinə görə 100 (bir yüz) manat, 04.05.2021-ci il tarixli, 79 nömrəli mütəxəssis rəyinin verilməsinə görə 311 (üç yüz on bir) manat və 18.08.2021-ci il tarixli, 277/Mİ/21 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə 500 (beş yüz) manat dəyərində ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 1311 kv.m torpaq sahəsinə görə 135.000 (bir yüz otuz beş min) manat və həmin torpaq sahəsində mövcud olmuş qeyri-yaşayış sahəsinin bərpa edilməsinə görə 145.800 (bir yüz qırx beş min səkkiz yüz) manat olmaqla, ümumilikdə 280.800 (iki yüz səksən min səkkiz yüz) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesabına, 311 (üç yüz on bir) manat məbləğində pul tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ013501**********1944 SWİFT kod AİİBAZ2Z saylı hesaba və 500 (beş yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********2944, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar