Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-730/2023 17.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2022-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 631-05/15 nömrəli məktubu bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 6.2 və 6.7-ci bəndlərinə uyğun olaraq atalığın müəyyən edilməsi hər iki valideyinin iştirakı və razılığı ilə həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 1.8-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər. İddiaçının övladının atalığının müəyyən edilməsi haqqında akt qeydinin (27 nömrəli xx.xx.2022 tarixli) ləğv edilməsi və uşağın atasının X1 qeyd edilməsi səlahiyyəti xaricindədir və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmişdir) iddia ərizəsi ilə, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 nömrəli, xx.xx.2020-ci il tarixli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X10 2015-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmiş, birgə yaşayış dövründə xx.xx.2016-cı təvəllüdlü X11 adlı bir övladı dünyaya gəlmişdir. Uşaq anadan olduğu zaman Elşad Bəşirov iddiaçı ilə birlikdə qeydiyyat şöbəsinə getmədiyi üçün iddiaçı uşağına doğum haqqında şəhadətnaməni atalı kimi ala bilməmişdir. Aralarında olan mübahisələr nəticəsində ayrı yaşadığı zamanlarda Ağcabədi Rayon Məhkəməsinə atalığın müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 xx.xx.2016-cı il tarixdə doğulmuş X4 atası olması faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçı övladına atalı kimi doğum haqqında şəhadətnamə almışdır. Daha sonra iddiaçı Bərdə rayon sakini X12 ilə 2018-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Nemət Qasımov ilə ailə həyatı qurduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü övladının doğum haqqında şəhadətnaməsi və atalığın müəyyən olunması haqqında şəhadətnamə dəyişilmiş və övladının doğum haqqında şəhadətnaməsində ata qrafası X12 , soyadı və ata adı isə X8 olaraq qeyd edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü övladına Ağcabədi rayon Xocavənd kənd icra nümayəndəliyi tərəfindən 29 mart 2020-ci il tarixli AZ- İV№408149 saylı doğum haqqında şəhadətnaməsi, Cavabdeh tərəfindən isə 17 fevral 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçının isə həmin doğum haqqında şəhadətnamənin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin kim tərəfindən və necə alınmasından heç bir məlumatı olmamışdır. Halhazırda X12 həbsdədir. İddiaçı 29 mart 2020-ci il tarixli AZ-İV№408149 saylı doğum haqqında şəhadətnaməsi və 17 fevral 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin akt qeydinin ləğv edilməsinə dair Cavabdehnə müraciət etmiş , orda isə qanun üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 37-05/13 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-13-229/2023 nömrəli məktublarla işə iştirakı olmadan baxılmasını xahiş etmiş və iddia ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 6.14 bəndinə əsasən (doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt geydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır) uşağın atasının X1 qeyd edilməsi səlahiyyətiz xaricindədir. Məhkəməyədək aparılmış inzibati araşdırma materiallarına əsasən bildiririk ki, Ağcabədi rayon məhkəməsi xx.xx.2018-ci il tarixdə X10 barəsində X4 atası olması faktını müəyyən edib. Lakin vətəndaş İddiaçı, dediyinə görə bilməməzdikdən Ağcabədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini Ağcabədi rayon Qeydiyyat şöbəsində icra etdirməmişdir və uşaq X2 (öz aralarında nikahı olmayan valideyinlərdən doğulmuş uşaq kimi) qalmışdır. Sonradan İddiaçı X12 ilə nikaha daxil olmuş və onunla birgə ərizə ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 6.14 bəndinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən öz aralarında nikahı olmayan valideynlərdən doğulmuş uşaq X11 barəsində atalıq müəyyən etdirmişlər. Cavabdeh Akt qeydinin ləğv olunmasına etiraz etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 və X10 iştirakı zəruri olan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: xx.xx.2018-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 468 nömrəli arayışa əsasən X11 xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, bu barədə xx.xx.2016-cı il tarixdə Ağcabədi rayonu, Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 44 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Uşağın atası X14, anası X9r. xx.xx.2016-cı il tarixli, 44 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X5 ata qrafasında X14 qeyd olunmuş, daha sonra xx.xx.2020-ci il tarixli cavabdehin rəyi əsasında ata qrafasında düzəliş edilərək (xətt çəkilərək qırağında yazılmışdır) X12, uşağın soyadı Qasımov, ata adı isə Nemət kimi göstərilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən verilmiş AZ-İİ seriyalı 334419 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən X12 ilə X15 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 365416 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş X6 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 27 nömrə ilə qeyd aparılmışdır. Atalığı müəyyən etmək haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, atalığı müəyyən etmək haqqında qeydin əsasları valideynlərin birgə ərizəsi olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-1010/2018 nömrəli qətnaməsi ilə X3 xx.xx.2016-cı il tarixdə doğulmuş X4 atası olması faktı müəyyən edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə icra olunması üçün Ağcabədi rayon qeydiyyat şöbəsinə göndərilmişdir. Ağcabədi rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-205/2023 nömrəli məktubuna əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)- 1010/2018 nömrəli qətnaməsi xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuşdur. Uşağın valideynləri (ata və ya ana) qeydiyyat şöbəsinə müraciət etmədiyi üçün qətnamə icra olunmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.6-cı bəndinə əsasən uşaq aralarında nagah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. 6.14-cü bəndinə əsasən doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X11 xx.xx.2016-cı il tarixdə aralarında nikah olmayan valideynlərdən doğulsa da, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağın atalığı müəyyən edilmişdir. Lakin uşağın valideynlərdən biri "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 6.6-cı bəndinə əsasən müvafiq qeydiyyat şöbəsinə müraciət etmədiyi üçün məhkəmə qaydasında müəyyən edilmiş akt qeydi icra edilməmişdir. Daha sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, Nemət Qasımovun və İddiaçı ərizələrini əsas götürməklə cavabdeh qurum atalığın müəyyən edilməsi barədə akt qeydi tərtib etmişdir. Halbuki, cavabdeh qurum inzibati orqan kimi ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı, bütün halları aydınlaşdırmalı, doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalı idi. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olduğundan həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X7 xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 27 nömrəli atalığın müəyyən olunması barədə akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-730/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-730/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver