Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-732/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmək arzusunda olmasını nəzərə alıb, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilib Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə bərpa olunması tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmək arzusunda olmasını nəzərə alıb, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilib Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə bərpa olunmasını və eyni zamanda həmin iddia ərizəsi ilə buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək bildimişdir ki, N saylı hərbi hissənin xx.xx.2020ci il tarixli əmri verilməmişdən bir gün əvvəl xidmət etdiyi hərbi hissədə şərəf məhkəməsi keçirilmiş, həmin şərəf məhkəməsində onun xidmətdə qalması məqsədə müvafiq hesab olunmamışdır. Mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli əmr ona elə həmin gün təqdim olunub. O, həmin əmri xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağdam rayon şöbəsinə təqdim edərək qeydiyyata alınmışdır. Odur ki, buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosessual müddətin bərpa edilməsi barədə iddiaçının dəlillərini araşdırıb, hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəmə iclasında ötürülmüş müddətin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olduğunu qeyd etsə də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilən zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 05 nömrəli, xx.xx.2020-ci il tarixli 06 nömrəli qərarlarında, habelə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məlumatlarında məhkəmələrə ünvanlanmış ərizələrin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə heç bir qadağa nəzərdə tutulmamış, əksinə fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilmələri tövsiyə olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatı ilə Gəncə şəhəri inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə xx.xx.2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayıt verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd edilənlər məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı müddətin ötürülməsini əsaslandıran tutarlı halları və sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilib Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə bərpa olunması barədə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 24 və 80-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilib Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə bərpa olunması tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilsin və iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr., 105) Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-732/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-732/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver