Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-734/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı dəbbə pulunun ləğv edilməsi və bank hesabına qoyulmuş sərəncamın götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-33-1600/2-003567/2023 nömrəli bildirişində qeyd olunan bəyannamələr üzrə hesablanmış dəbbə pulunun ləğv olunması və həmin bildiriş əsasında bank hesabına qoyulmuş sərəncamın götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən "Gömrük borcunun ödənilməsinə dair" 17 iyul 2023-cü il tarixli, 3-33-1600/2-003567/2023 nömrəli bildirişi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. Həmin bildirişlə bağlı gömrük borcunun yaranma müddəti və səbəblərinin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktub ünvanlanmışdır. Məktuba cavab olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən borc öhdəliyinin yaranması ilə bağlı cədvəl göndərilmiş və həmin cədvəldə borc öhdəliklərinin yaranma əsası kimi 2019-cu ilə dair 29 ədəd gömrük bəyannamələri üzrə dəbbə pulunun ödənilməməsi olmaqla, ümumilikdə 65441.34 (altmış beş min dörd yüz qırx bir manat, otuz dörd qəpik) manat dəbbə pulu hesablanmışdır. Borc öhdəliyinin yaranması ilə bağlı cədvəldə borc öhdəliyinin 2019-cu il tarixdən yarandığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qeyd olunan məktubuna cavab olaraq, 15 avqust 2023-cü il tarixli, 75/2023 nömrəli məktubla gömrük borcunun ödənilməsi tələbinin Gömrük Məcəlləsinə görə tələb hüququ müddətinin keçdiyi əsas kimi qeyd olunmuşdur. Lakin aidiyyatı orqan tərəfindən Gömrük Məcəlləsinin 224.1 və 247-ci maddələrinə istinad edilərək ümumi xarakterli məlumatlar qeyd olunmuşdur. Mübahisə predmetinə münasibətdə aidiyyəti orqan tərəfindən araşdırma aparılmamış, Gömrük Məcəlləsinin tələbləri gözlənilməmiş və hər hansı bir hüquqi əsaslandırma olmadan cavab verilərək, borcun ödənilməsi ilə bağlı inzibati aktı ləğv edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının malları 2017-ci ildə daxil olmuş və saxlanca verilmiş, lakin 4 ay keçməsinə baxmayaraq malı saxlancdan çıxarılmalı olduğu halda bunu etmədiyinə görə 4 ay keçdikdən sonra borc hesablanmışdır. 2019-cu ildə gömrük borcu ödənildiyinə görə mallar götürülmüş, lakin dəbbə pulu ödənilməmişdir. Həmin dəbbə pulu Maliyyə Nazirliyinin yoxlaması zamanı 2023-cü ilin mart ayında aşkar edilmişdir, ona görə də bu tarixdən sonra tələb edilmiş və bank hesabına sərəncam qoyulmuşdur. Həmçinin iddiaçının qeyd etdiyi 3 illik müddət gömrük ödənişlərinə şamil olunur, dəbbə puluna şamil edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 17 iyul 2023-cü il tarixli, 3-33-1600/2-003567/2023 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı MMC-dən cəmi 29 ədəd bəyannamə üzrə hesablanmış 65441.31 manat dəbbə pulunun ödənilməsi tələb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ildə Azərbaycan Respublikası ərazisinə mallar idxal etmiş və həmin malları müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirmiş, 2019-cu ildə gömrük borcunu ödəyərək malları təhvil almışdir. Cavabdeh iddiaçıya bildiriş göndərərək, müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirdiyi mallara görə dəbbə pulu hesablandığını bildirmiş və hesablanmış dəbbə pulunun məbləğləri barədə məlumatı iddiaçıya təqdim etmişdir. İddiaçı tələbin əsası kimi hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətin ötürülməsini göstərmişdir. Azərbaycan Respublikası Gömrük Məcəllənin:- 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2-ci maddəsinə əsasən dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3-cü maddəsinə əsasən dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4-cü maddəsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. 249-cu maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, cavabdeh orqanın gömrük ödənişləri ilə bağlı borcu, o cümlədən dəbbə pulunu 3 il ərzində tələb etmək hüququ vardır. İş üzrə araşdırılmış sübutlarla, həmçinin cavabdeh orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, dəbbə pulu 2019-cu il tarixli bəyannamələr üzrə hesablanmış və ilk dəfə 2023-cü ilin iyul ayında iddiaçıya müvafiq bildiriş göndərilmişdir. Odur ki, məhkəmə hesablanmiş dəbbə pulunun silinməsi və iddiaçının bank hesabına qoyulmuş sərəncamın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il tarixli 29 ədəd bəyannamə üzrə hesablanmış 65441.34 (altmış beş min dörd yüz qırx bir manat, otuz dörd qəpik) manat dəbbə pulunun silinməsi və həmin dəbbə puluna görə İddiaçın bank hesabına qoyulmuş sərəncamların (sərəncamın) götürülməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-734/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-734/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver