Məhkəmə qərarları › İş №2-1(114)-734/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-734/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-734/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur,

2. ИТ-İ №0768735 nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əmək faəliyyəti dövrü olmuş, eyni zamanda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsizlik sığorta ödənişi ödənilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3.11.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajınız 25 ildən az (21 il 10 ay 4 gun (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1983-cü il. xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il xx.xx.1989xx.xx.1994-cü il va 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya taminatı üçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24904.66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur.

4. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli № 06-03 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci ildə № 96 nömrəli əmrlə "xxxx" ASC-yə 7 nömrəli Dəmirçi sexinə y/fəhlə vəzifəsinə qəbul edilib və xx.xx.2004-cü ildə 84 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilib.

5. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2-2344/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

6. Məhkəmə sorğusuna cavab olaraq Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13RA/1-44/2024 saylı məktubu və ona əlavə olunmuş arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixində 53-k nömrəli əmrlə Texnoloji Avtonəqiliyyat sexinə BeLAZ sürücüsü qəbul edilmiş, xx.xx.2011-ci il tarixində 75-k nömrəli əmrlə müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli 62-k nömrəli əmrlə "xxxx" ASC-nin Texnoloji Avtonəqiliyyat sexinə Belaz-75131 a/m sürücüsü peşəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli 01-k əmrlə əmək müqaviləsinə xitam verilmişdir.

7. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-25714/2024 nömrəli cavab məktubu və ona əlavə olunmuş sənədlərin surətində göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə Bakı Elektroştamp" Açıq Səhmdar Cəmiyyəti (VOEN **********) barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VOEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ1029, ünvan 1r ki, "xxxx" ASC-nin (VOEN **********) fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir.

8. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-19033/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 217 nömrəli sərəncamı ilə "Bakı Kondisioneri" X3 Bakı "Elektroştamp" təcrübə zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmiş və səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında (xx.xx.2001-ci il vəziyyətinə) İddiaçı adı qeyd edilməmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 1 mart 2013-cü il tarixli 06-03 nömrəli arayışında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində fəhlə vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq həmin müəssisə haqqında Dövlət arxivində və Dövlət Arxivinin Bakı filialında hər hansı məlumat olmadığı bildirilib. Bu səbəbdən də sözügedən dövrdə əmək fəaliyyəti ilə məşğul olub-olmadığı müəyyən etmək mümkün olmadığı üçün həmin dövrü iş stajını daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, ümumi iş stajı 25 ildən az (23 il 9 ay 4 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il, 9 ay işsizlikdən sığorta ödənişi və 2006-2024-cü illər üzrə cəmi 10 il 4 ay)) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapıtalı cəmi 35162,81 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli №052 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı təqdim etdiyi 06-03№-li arayışa əsasən "xxxx" ASC zavodunun arxivində ona aid heç bir sənəd tapılmamışdır. II. Məhkəmədə icraat

11. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-ci ildən xx.xx.2024-cü ilə kimi "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində yarı fəhlə işləməsinə dair yeni əmək kitabçasında qeyd olunmamış stajın tanınması və pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə doğulmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə vəzifəsində işləmiş, 84 nömrəli əmrinə əsasən öz xahişı ilə işdən azad edilmişdir. Lakin bu, onun əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı pensiya təyin olunması barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2141/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-532/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2141/2023 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-421/2024 nömrəli qərardadı iddia tələbi mümkün sayılmamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-381/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-421/2024 saylı qərardadının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsi, hazırki iddia tələbinin "xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dəyişdirilməsi qərara alınmışdır.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilərək, iddia tələbi "xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

21. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - ИТ-İ №0768735 nömrəli əmək kitabçası; - "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli № 06-03 nömrəli arayışı; - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48-4/2-2344/2023 saylı cavab məktubu; - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13RA/1-44/2024 saylı məktubu və ona əlavə olunmuş arxiv arayışı; - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-25714/2024 nömrəli cavab məktubu; - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-19033/2024 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli imtina məktubu; - Bakı Elektroştamp" ASC-nin xx.xx.2025-ci il tarixli №052 nömrəli arayışı; Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əmək faəliyyəti dövrü olmuş, eyni zamanda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işsizlik sığorta ödənişi ödənilmişdir. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli № 06- 03 nömrəli arayışında İddiaçı xx.xx.2002-ci ildə № 96 nömrəli əmrlə "xxxx" ASC-yə 7 nömrəli Dəmirçi sexinə y/fəhlə vəzifəsinə qəbul edilməsi və xx.xx.2004-cü ildə 84 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi göstərilmişdir.

33. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və cavabdeh iddiaçının ümumi iş stajının 25 ildən az olması və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilməklə pensiya təyinatından imtina edilmişdir.

34. Cavabdeh orqan iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il əmək fəaliyyəti dövrlərini, 9 ay işsizlikdən sığorta ödənişinin ödənildiyi müddəti və 2006- 2024-cü illər üzrə fərdi şəxsi hesabında kapital qeydə alındığı cəmi 10 il 4 ayı onun sosial sığorta stajına daxil etmiş, 2006-2024-cü illərdə fərdi şəxsi hesabında kapital qeydə alınmayan dövrləri və xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASCdə işlədiyi illəri sosial sığorta stajına daxil etməmiş və iddiaçının sosial sığorta stajını 23 il 9 ay 4 gün kimi müəyyən etmişdir.

35. İddiaçı hazırda xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASC-də işlədiyi illəri sosial sığorta stajına daxil edilməməsini mübahisələndirir.

36. Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

38. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

39. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması;

40. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

41. İddiaçı tələbini dəyişdirirək, 60 yaşdan deyil, xx.xx.2023-cü il tarixdən pensiya təyin edilməsini xahiş edir.

42. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin imtinasının əsaslarını iddiaçının ümumi stajının 25 ildən az olması, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı təşkil edir.

43. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərtin ödənilmədiyi müəyyən edilir.

44. Belə ki, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli № 06-03 nömrəli arayışında İddiaçı xx.xx.2002-ci ildə № 96 nömrəli əmrlə "xxxx" ASC-yə 7 nömrəli Dəmirçi sexinə y/fəhlə vəzifəsinə qəbul edilməsi və xx.xx.2004-cü ildə 84 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi göstərilsə də, həmin əmək fəaliyyətinin iddiaçının əmək kitabçasında qeyd edilməməsi (iddiaçının bütün əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmişdir) və "xxxx" ASC-nin verdiyi xx.xx.2025-ci il tarixli №052 nömrəli arayışında İddiaçı təqdim etdiyi 06-03№-li arayışa əsasən "xxxx" ASC zavodunun arxivində ona aid heç bir sənəd tapılmamasının qeyd edilməsi həmin arayışın mötəbərliyini və iddiaçının həmin fəaliyyətini şübhə altına alır.

45. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

46. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

49. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Maddə 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Maddə 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

50. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.

51. Hazırki işdə iddiaçının əmək kitabçasında onun bütün əmək fəaliyyəti dövrləri tam şəkildə ardıcıl olaraq qeyd edilmiş, lakin xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASC-də işlədiyi illər qeyd olunmamışdır.

52. İddiaçı həmin halı həmin dövrdə əmək kitabçasını itirməsi ilə əsaslandırsa da, məhkəmə bunu inandırıcı və ağlabatan qəbul etmir, ona görə ki, əmək kitabçası 2002- 2004-cü illərdə itmiş olsaydı, iddiaçının xx.xx.2006-cı ildən sonrakı fəaliyyət dövrləri də qeyd edilməzdi, yaxud, iddiaçı 2006-cı ildə əmək kitabçasını yenidən tapmış idisə, 2013-cü ildə 06-03 saylı arayışı almaq əvəzinə, əmək kitabçasına bu barədə qeydləri yazdırardı.

53. Eyni zamanda, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli № 06-03 nömrəli arayışında İddiaçı xx.xx.2002-ci ildə № 96 nömrəli əmrlə "xxxx" ASC-yə 7 nömrəli Dəmirçi sexinə y/fəhlə vəzifəsinə qəbul edilməsi və xx.xx.2004-cü ildə 84 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilməsi göstərilsə də, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli №052 nömrəli arayışında İddiaçı təqdim etdiyi 06-03№-li arayışa əsasən "xxxx" ASC zavodunun arxivində ona aid heç bir sənəd tapılmadığı qeyd edilmişdir.

54. Ona görə də, cavabdeh orqan həmin müddəti nəzərə almamaqda haqlı olmuşdur.

55. Bununla da müəyyən edilmişdir ki, iddiaçının ümumi sığorta stajı tələb olunan 25 ildən azdır.

56. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapıtalı cəmi 35162,81 manat təşkil etmişdir.

57. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur.

58. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

59. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar