Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-735/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.1966-cı il tarixli 13134 nömrəli orderinə əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən 2 otaqlı mənzil X5 və onun ailə üzvlərinə yaşamaq üçün verilmişdir.
2. X20 Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 3713 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki: 1) Gəncə “Gil-Torpaq” İstehsalat birliyinə məxsus olduğu 2394 mənzildən, 33459887 man. balans dəyərindən, 79843 kv. m. yaşayış sahəsindən, 126344 kv. m. ümumi sahədən ibarət 51 yaşayış evi mövcud qanun əsasında əvəzsiz olaraq Gəncə şəhər MTİTnin balansına keçirilsin /51 yaşayış evinin siyahısı sərəncama əlavə edilir/. 2) Tapşırılsın Gəncə "Gil - torpaq" İstehsalat birliyinin baş direktoru K.R.lbrahimov və Gəncə MTİT-nin rəisi A.İsgəndərova 51 yaşayış evinin təhvil-təslimini təmin etsinlər. 3) Gəncə "Gil - torpaq" İstehsalat birliyindən Gəncə MTİT-nin balansına təhvil verilən 51 yaşayış evindən 5 il müddətində aparılacaq təmir işlərinin maliyyə xərclərinin ödənilməsi Gəncə "Gil - torpaq" İstehsalat birliyinə tapşırılsın. 4) Tapşırılsın Gəncə MTİT-nin rəisi A.İsgəndərova Gəncə "Gil-torpaq" İstehsalat birliyinin təqdim etdiyi orderə əsasən yeni qəbul etdiyi 51 yaşayış evinin şəxsi hesab vərəqələrini açsın. 5) Hazırki sərəncamın icrasına nəzarət Gəncə Şəhər lcra Hakimiyyətinin başçısının İ müavini C.Sadıxova tapşırılsın. Qeyd: Sərəncamın 1-ci bəndində /51 yaşayış evinin siyahısı sərəncama əlavə edilir./ qeydi yazılsa da, həmin sərəncama heç bir sənəd əlavə edilməmişdir. X21 filialında mühafizə olunan Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzillərin Paylanması, Uçotu, İstismarı, Təmiri İdarəsi arxiv fondunun 1962 - 1966-cı illər üzrə mövcud orderləri yoxlanılmış Balabəyov (Balabekov) Vaqif Abdulla oğlunun adına order aşkar olunmamışdır.
3. Ölüm haqqında xx.xx.2004-cü il tarixli AZ-İ 082767 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.
4. Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2023-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi X4 adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X8 – (m/s ölüb); - X13 – (oğlu); - X9 (qızı); - İddiaçı (arvadı); - X7 – (qızı).
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-3/2-0184/2023 nömrəli arayışında göstərilmişdir ki, X8 xx.xx.1964-cü il tarixdən xx.xx.1967-ci il tarixədək Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində elektrik çilingəri işləmişdir.
6. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışında göstərilmişdir ki, İddiaçı, X10, X14, X11 və X3 şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında pasport qeydiyyatındadırlar.
7. Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-B- 1252//8/2023 nömrəli məktubunda göstərilmişdir ki, X21 Filialında mühafizə olunan Kirovabad şəhər X18 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1966cı il üzrə mövcud orderləri yoxlanılmış, X4 adına qeyd olunan ünvana dair order aşkar olunmamışdır. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmamışdır.
8. 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/189284-23 nömrəıli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1) İddiaçı – arvadı (xx.xx.1957); 2) X14 – qızı (xx.xx.1987); 3) X10 – qızı (xx.xx.1989); 4) X13 – oğlu (xx.xx.1998).
9. Balabəyova Hicran Abdulla qızı, X13, X10 və X14 xx.xx.2023-cü il tarixli ərizələrində qeydiyyatda olduqları Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
10. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-B-0076-8/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əlavə edilmiş Dövlət X12 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-B- 1252//8/2023 nömrəli arayışına əsasən vətəndaş X4 adına Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1966-cı il tarixli 13134 nömrəli orderi arxivdə öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
11. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli M-563 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, 7 nömrəli bina Birliyin balansında olan dövlət mənzil fonduna aiddir.
12. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi X4 adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X8 – (m/s ölüb); - X13 – (oğlu); - X9 (qızı); - İddiaçı (arvadı); - X7 – (qızı).
13. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-5-3/2-10/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətininn 1996-cı il 09 iyul tarixli 3713 saylı sərəncamı ilə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililəri Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatının balansına keçirilmişdir. Həmçinin, Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililərinin arxiv sənədləri qanunvericiliyə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsinə verilmişdir.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-174//8/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, filialda mühafizə olunan Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzillərin Paylanması, Uçotu, İstismarı, Təmiri İdarəsi arxiv fondunun 1965-1996-cı illərə aid mövcud orderləri yoxlanılmış, yuxarıda qeyd olunan ünvana dair Balabəyov (Balabekov) Vaqif Abdulla oğlunun adına order aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmadı.
15. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2025-ci il tarixli 5-1-1/2-138/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996 tarixli 3713 nömrəli sərəncamı ilə Gəncə “Gil-Torpaq” İstehsalat Birliyinin balansında olan 51 sayda yaşayış binası əvəzsiz olaraq Gəncə MTİT-nin balansına keçirilmişdir. 51 sayda yaşayış binasının mənzillərinin şəxsi hesab vərəqəsi order əsasında vətəndaşların adına açılmışdır. Hazırda həmin mənzillərin orderlərinin surətləri Birliyin mərkəzləşmiş mühasibatlığının elektron sistemində mövcud deyildir.
16. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi X4 adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X8 – (m/s ölüb); - X13 – (oğlu); - X9 (qızı); - İddiaçı (arvadı); - X7 – (qızı).
17. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2025-ci il tarixli 02 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1986-cı ildən bugünə kimi ünvan 2 ünvanında yaşayır. II. Məhkəmədə icraat
18. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanındakı mənzil 13 may 1966-cı il tarixli 13134 saylı orderlə Balabəyov Vaqifə məxsusdur. Balabəyov Vaqif həyat yoldaşıdır. Yoldaşı 2004-cü ildə rəhmətə getmişdir. Bildirir ki, yoldaşı öləndən sonra mənzildə o, yaşayıb, mənzildə qeydiyyatda durub bütün kommunal xərcləri ödəmişdir. Bildirir ki, onlar mərhum yoldaşının adına verilmiş orderi cavabdeh 3 saylı Ərazi İdarəsinə təqdim etsələr də oradan yenə onlara imtina məktubu vermişlər. Orderin arxivdə olmaması mənzilin dövlət qeydiyyatından keçməsinə imtina edilməsi üçün əsas ola bilməz. Onun ailəsinin mənzildə yaşamasını qonşuların iştirakı ilə tərtib edilmiş akt da təsdiq edir. İddia ərizəsinə əlavə etdiyi sənədlər, ərizələrlə də onun ailə üzvülərinin mənzilin onn adına qeydiyyata alınmasına razıdırlar. Ona görə də cavabdehin üzərinə Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 adına özəlləşdirilməsi vəzifəsi qoyulmalıdır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
23. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
24. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
25. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
26. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
29. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
30. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 10).
31. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.1966-cı il tarixli 13134 nömrəli orderi; - X20 Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 3713 nömrəli Sərəncamı; - Ölüm haqqında xx.xx.2004-cü il tarixli AZ-İ 082767 nömrəli şəhadətnamə; - Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2023-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışı; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-3/2-0184/2023 nömrəli arayışı; - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-B- 1252//8/2023 nömrəli məktubu; - 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/189284-23 nömrəli arayışı; - xx.xx.2023-cü il tarixli ərizələr; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-B-0076-8/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli M-563 nömrəli cavab məktubu; - xx.xx.2024-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarış; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-5-3/2-10/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-174//8/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2025-ci il tarixli 5-1-1/2-138/2025 nömrəli cavab məktubu; - xx.xx.2024-cü il tarixli **********318 (dövlət) nömrəli şəxsi hesabdan çıxarış; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2025-ci il tarixli 02 nömrəli arayışı.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
35. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X8 xx.xx.1964-cü il tarixdən xx.xx.1967-ci il tarixədək Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində elektrik çilingəri işləmiş və iş yerindən xx.xx.1966-cı il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən 2 otaqlı mənzil X5 və onun ailə üzvlərinə yaşamaq üçün verilmişdir. Daha sonra həmin mənzil Gəncə “Gil-Torpaq” İstehsalat birliyinə məxsus digər mənzillərlə birlikdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 3713 nömrəli Sərəncamı ilə əvəzsiz olaraq Gəncə şəhər MTİT-nin balansına keçirilmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzilin şəxsi hesab vərəqəsi X4 adına açılmışdır.
36. X8 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və vəfat edən tarixə onun ailə tərkibi oğlu X13, qızı – X9, qızı X7 və arvadı İddiaçı ibarət olmuşdur. Həmin şəxslər xx.xx.2023-cü il tarixli ərizələrində qeydiyyatda olduqları Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
37. İddiaçı və ailə üzvləri 1986-cı ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar.
38. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-B-0076-8/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əlavə edilmiş Dövlət X12 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-B- 1252//8/2023 nömrəli arayışına əsasən vətəndaş X4 adına Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1966-cı il tarixli 13134 nömrəli orderi arxivdə öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
39. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
41. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Maddə 73. Azərbaycan SSR-in və digər müttəfiq respublikanın ərazilərində yerləşən evlərdə yaşayış sahəsinin dəyişdirilməsi Dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir.
42. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
43. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur. Hazırkı işdə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.1966-cı il tarixli 13134 nömrəli orderi dublikat olaraq verilmişdir.
44. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan mənzilin özəlləşdirilməsi üçün əsas sənəd olan orderdə iddiaçının mərhum həyat yoldaşı X4 adının qeyd edilməsinə və bununla da mənzili özəlləşdirmə hüququ olan şəxs olmasına, habelə qanunda nəzərdə tutulmuş hüquqi sənədinin olmasına baxmayaraq, mənzil üzərində iddiaçının hüquqlarının qeydiyyatından imtinası əsaslı və qanuni olmamışdır.
45. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
46. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
47. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimata görə: Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
49. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzilin iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olmasını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
50. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva