Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-736/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X12, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6, Üçüncü şəxs X19 və üçüncü şəxslərin vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X24) qarşı qeydin ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 65/11, 5 saylı mənzilin özəlləşdirilməsinə dair qəbul edilmiş inzibati aktın, özəlləşdirmənin hüquqi nəticəsi olaraq daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19 və X24 üçüncü şəxs qismində iş üzrə icraata zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 Yolu İdarəsində işlədiyinə görə ona Dəmir Yol İdarəsinin 3 nömrəli mülki distansiyası tərəfindən ünvan 3 verilmişdir. 1962-ci ildə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür. 60 ildən çoxdur ki, həmin evdə yaşayır. X39 2004-cü ildə vəfat etmişdir. Həmin mənzilin orderində onun ərinin adı olmuş və o evdə pasport qeydiyyatında yalnız iddiaçı olmuşdur. Gəncə 1 saylı notariat kontorunun qanunsuzluğu nəticəsində xx.xx.2004-cü il tarixli, 7E-9-9330 nömrəli razılıq ərizəsinə əsasən mənzil X8 adına özəlləşdirilmiş və ona xx.xx.2004-cü il tarixli 21632 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil özəlləşdirilərkən Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 99 nörməli arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3299 nömrəli arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3295 nömrəli forma 2 arayışı, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 7E-9-9330 saylı reyestrdə təsdiq edilmiş razılıq ərizəsi və Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli, 42 nömrəli çıxarışı əsas götürülmüşdür. Mənzil özəlləşdirilərkən saxta sənədlərdən istifadə edilmiş və onun hər hansı razılığı olmamışdır. Həmin mənzildə pasport qeydiyyatında olmağı və faktiki yaşamağı istifadə hüququnun olmasını ehtiva etməklə, qeyd olunan mənzilə əvəzsiz qaydada mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 11 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X25 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Həmçinin iddaçı İddiaçı əlavə olaraq ünvan 3 oğlu X8 adına özəlləşdirilərkən buna razılıq verdiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11 ünvanında yerləşən 5 saylı mənzil Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 99 nömrəli arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3299 nömrəli arxiv arayışı, Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3295 nömrəli forma-2 arayışı (qeydiyyatda olanlar: X17, X26, X19 (1992-ci il təvəllüdlü) və X24 (1998-ci il təvəllüdlü), X13 etibarnamə üzrə nümayəndəsi X27 tərəfindən imzalanmış Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 7E-9-9330 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizəsinə, Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli, 42 nömrəli qərarından çıxarışına əsasən (ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 44.5 kv.m, köməkçi sahəsi 40.6 kv.m, 3 yaşayış otağı) X8 adına qeydiyyata alınaraq sonuncunun adına xx.xx.2004-cü il tarixli, 21632 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-2586 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 1/2 hissəsi X14 və 1/2 hissəsi X18 bağışlanmış, onların adlarına payları göstərilməklə xx.xx.2019-cu il tarixli, **********55-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Üçüncü şəxs X19 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onların nənəsi, X3nun arvadıdır. Hələ evlənməmişdən əvvəl o zamankı Dəmir Yol İdarəsi tərəfindən X3nun istifadəsinə ünvan 1 ünvanında yerləşən sahəsi 15,2 kvm olan mənzil verilmişdir. X3 ilə nənəsi İddiaçı birgə nikahlarından 1963-cü ildə atası Bəhram, 1965-ci ildə Eldar, 1968-ci ildə Elxan və 1972-ci ildə Xadicə adlı övladları doğulmuşlar. Ailə tərkibi artıqdan sonra babası İbrahim Cəlilovun istifadəsinə verilmiş mənzilin sahəsi artırılaraq 30,0 kv.m olmuş, həmçinin mənzilin nömrəsi 7-dən 05a-ya dəyişdirilmişdir. 1990-cı ildə atası X17 anası X26 ilə ailə qurmuş və babası İbrahim Cəlilovun istifadəsində olan Sofulu küçəsi, ev 65 mənzil 5a ünvanından çıxaraq Dəmir Yol İdarəsinə məxsus digər mənzilə, yəni Sofulu küçəsi ev 65/11, mənzil 5 ünvanına köçmüşdür. Onlar həmin mənzildə doğulmuş və orada böyümüşdür. Atasından sonra əmiləri Eldar və Elxan da babası İbrahim Cəlilovun istifadəsində olan mənzildən çıxmışdır. Beləliklə, mənzildə babası İbrahim Cəlilovun ailə üzvləri olaraq İddiaçı və qızları Xədicə Cəlilova qalmışdır. X3 vəfat etdikdən sonra sonuncunun istifadəsində olan Sofulu küçəsi, ev 65, mənzil 5а ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqəsi iddaçının adına keçirilmiş və özəlləşdirilərək 2003-cü ilin dekabr ayında sonuncunun adına qeydiyyata alınmışdır. xx.xx.2006-cı il tarixli 4Ə-1-187 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil iddiaçı tərəfindən X1. Təxminən 2000-ci ildə atası ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2003-cü ildə nənəsi, iş üzrə iddiaçı öz mənzilini öz adına özəlləşdirdikdən sonra atasına təklif etmişdir ki, atası da öz istifadəsində olan Sofulu küçəsi, ev 65/11, mənzil 5 ünvanında yerləşən mənzili özəlləşdirsin. X37 Rusiyada işlədiyi üçün mənzilin onun adına özəlləşdirilməsini iş üzrə iddiaçıya həvalə etmiş və bununla bağlı ona etibarnamə göndərmişdir. İddiaçı atasının ona verdiyi etibarnamədən istifadə edərək özünün xüsusi mülkiyyətində mənzili ola-ola öz mənzilindən qeydiyyatdan çıxaraq, atasının istifadəsində olan mənzildə yaşamaya-yaşamaya xx.xx.2004-cü il tarixdə əvvəlcə mənzilə qeydiyyata düşmüş, təxminən 1 ay sonra isə, yəni xx.xx.2004-cü ildə isə mənzili atasının adına özəlləşdirmişdir. 2019-cu ilədək mənzildə əlavə tikililər inşa edilərək, ümumi sahəsi 70,40 kv.m çatdırllmışdır. xx.xx.2019-cu ildə atası X17 vəfat etmişdir. X37 hələ sağlığında mülkiyyətində olan Sofulu küçəsi, ev 65/11, mənzil 5 ünvanında yerləşən mənzili onlara bağışlamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, həyat yoldaşı X11 Dəmir Yol İdarəsinin 3 nömrəli mülki distansiyası tərəfindən ünvan 2 ünvanında yerləşən mənzil verilmişdir. Bu doğru deyil. Belə ki, qeyd etdiyi kimi, babasına Dəmir Yol İdarəsinin 3 nömrəli mülki distansiyası tərəfindən Atatürk prospekti (əvvəlki Sofulu küçəsi) ev 65/11, mənzil 5 ünvanında yerləşən mənzil deyil, Sofulu küçəsi (indiki Atatürk prospekti) ev 65, 7 saylı, 15,0 kv.m sahəsi olan mənzil verilmiş, sonradan həmin mənzil 30,0 kv.m genişləndirilmiş və mənzilin nömrəsi 7-dən 5a-ya dəyişdirilmişdir. Həmin mənzili də İddiaçı özəlləşdirərək 2006-cı ildə Anar Abbasova satmışdır. xx.xx.2004-cü ildə atasının adına özəlləşdirilmiş mənzil isə babası İbrahim Cəlilova verilmiş mənzil deyil, 1990-cı ildən atasın özünün və ailə üzvləri olaraq onların istifadəsində olan Sofulu küçəsi, ev 65/11, mənzil 5 ünvanında yerləşən, sahəsi 44,5 kv.m olan mənzildir. İddiaçının həmin mənzilə heç bir aidiyyəti olmamışdır, iddiaçı mənzilin kirayəçisi olan X37un ailə üzvü kimi qeyd edilməmişdir, o yalnız atasının ona mənzilin özəlləşdirilməsi üçün göndərdiyi etibarnamədən istifadə edərək 2004-cü ilin avqust ayında, atasının məlumatı olmadan qeydiyyata düşmüşdür. Göründüyü kimi iddiaçının atasının adına özəlləşdirilmiş və hazırda mübahisə predmetinə çevirdiyi mənzillə heç bir əlaqəsi yoxdur. Belə olan halda İddiaçı mənzilin özəlləşdirilməsini mübahisələndirmə ə subyektiv. hüququ, belə oxdur. Onu da qeyd etmək istəyirik ki, həmin 65 saylı evdə təkcə babam İbrahim Cəlilovun deyil, atam Bəhram Cəlilovun və babamın anası X15 da istifadəsində 5 saylı sahəsi 15,2 kv.m olan mənzil olmuş, həmin mənzil də sonradan əmim Eldar Cəlilovun adına qeydiyyata alınaraq, hazırda 5b saylı mənzildir və sahəsi 45,2 kv.m-dir. Bundan başqa iddiaçı qeyd edir ki, mənzil özəlləşdirilərkən saxta sənədlərdən istifadə edilmiş, onun hər hansı razılığı olmamışdır, mənzildə qeydiyyatda olması və faktiki yaşaması onun istifadə hüququnun olmasını ehtiva etməklə, qeyd edilən mənzilə əvəzsiz qaydada mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bununla bağlı qeyd etmək istəyirik ki, mənzil özəlləşdirilərkən heç bir saxta sənəddən istifadə edilməmişdir. Mənzilin əsas kirayəçisi X37 olmuşdur. Kirayə müqaviləsi dövlət orqanı ilə X37 arasında bağlanmışdır. Əsas kirayəçinin ailə üzvləri isə anası və onlar olmuşdur. İddiaçı həmin mənzildə faktiki yaşamayıb. Belə ki, iddiaçının özünə məxsus, X39dan qalmış mənzili var idi. Həmin mənzil 2006-cı ildə Anar Abbasova satılanadək iddiaçı faktiki olaraq orada yaşayıb. Pasport qeydiyyatına isə mənzil özəlləşməmişdən 1 ay əvvəl düşmüşdür. Belə olan halda onun mənzilə hər hansı hüququ yaranmır və buna görə mənzilin özəlləşməsinə hər hansı razılığı tələb olunmur. Bir də ki, mənzil özəlləşdirilən zaman atası, ümumiyyətlə, Azərbaycanda olmayıb, atasının ona vermiş olduğu etibarnamə əsasında özəlləşdirmə üçün dövlət orqanına iddiaçı özü müraciət etmişdir. İddiaçının atasının adından çıxış edərək mənzilin atasının adına özəlləşdirilməsi üçün müraciət etməsi onun iradə ifadəsini əks etdirir və artıq iddiaçının bu özəlləşməyə razı olduğunu göstərir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ½ hissədə X14, ½ hissədə isə X18 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. -işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X5 şəhəri, Atatürk prospekti, ev 65/11, mənzil 5-i, ½ hissəsini X14, ½ hissəsini isə X18 bağışlamışdır. -işə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, 3295 nömrəli forma-2 arayışından görünür ki, ünvan 3-də X17, X26, X19 və X24 daimi qeydiyyatda olmuşdur. -işə əlavə edilmiş Dəmir Yolu İdarəsi 3 nömrəli mülki tikinti distansiyasının 9 nömrəli evlər idarəsinin xx.xx.2004-cü il tarixli, 3299 nömrəli arxiv arayışından görünür ki, ünvan 3in şəxsi hesab vərəqəsi X8 adına açılmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10423/2023 nömrəli məktubundan görünür ki, ünvan 3a İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2003-cü il tarixli, 22866 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-1-187 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 xx.xx.2006-cı il tarixli, 22866 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-C-0068-8/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğvini tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı üçüncü şəxslərin nənəsidir. Sonuncunun mərhum ərinin, yəni X10 istifadəsinə Gəncə şəhəri Sofulu küçəsi (hazırda Atatürk prospekti), ev 65, mənzil 5a və daha sonra ünvan 3 ünvanları verilmişdir. X16 vəfat etdikdən sonra sonuncunun istifadəsində olmuş Atatürk prospekti, ev 65, mənzil 5а ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqəsi iddaçının adına keçirilmiş və özəlləşdirilərək 2003-cü ilin dekabr ayında iddiaçının adına qeydiyyata alınmış, iddiaçı isə həmin mənzili X2. ünvan 3-in şəxsi hesab vərəqəsi üçüncü şəxslərin atası X8 adına açılmış və sonuncunun adına xx.xx.2004-cü il tarixli, 21632 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli 4Ə-2586 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin 1/2 hissəsi X14, 1/2 hissəsi X18 bağışlanmış, onların adlarına payları göstərilməklə xx.xx.2019-cu il tarixli, **********55-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində ünvan 3-in özəlləşdirilməsinə heç bir razılıq vermədiyini qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında sözügedən mənzil özəlləşdirilərkən razılığı olduğunu bildirmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan görünür ki, iki ayrı mənzil mövcuddur (ünvan 3 və Gəncə şəhəri, Atatürk prospekti, ev 65, mənzil 5a). Hazırda mübahisələndirilən qeyd isə mərhum X8 ünvan 3-i övladlarına bağışlaması nəticəsində aparılmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X19 qızı) qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X24) qarşı qeydin ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X24) qarşı qeydin ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-736/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-736/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver