Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-738/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hospitalının 12699/2020 nömrəli Xəstəlik tarixindən çıxarış-epikrizində diaqnoz “Partlayış travması, Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Nitq pozğunluğu, Hepatomatoz İ dərəcə” kimi qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ileə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.
3. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Stasionar xəstənin tibb kartasından xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi olmalarla F07.0” kimi qeyd edilmişdir.
4. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-36/3-441/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Qarabağ- Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdə "Qapalı kəllə-beyin travması, boyun əzilməsi" diaqnozu ilə Füzuli Rayon Mərkəzi xəstəxanasına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Kürdəmir rayon mərkəzi xəstəxanasına təxliyyə edilmişdir.
5. 082 nömrəli hərbi hissənin Travma haqqında xx.xx.2023-cü il tarixli 317 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” kimi müəyyənləşdirilmişdir.
6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli çıxarışlarında diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
7. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2016 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı aiınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” kimi qeyd edilmişdir.
8. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-698/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən "F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu" diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatdadır.
9. İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
10. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni xx.xx.2023-cü i tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir.
11. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında növbəti dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir.
12. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun xx.xx.2024-cü il tarixdə əlavə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-1690/2024 nömrəli qərar qəbul edilmişdir.
13. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1464 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” aşkar olunur. II. Məhkəmədə icraat
14. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuşdur və xx.xx.2015-ci ildə Hərbi Xidmətə çağırılmışdır və 2017-ci ilin yanvarında tərxis olmuşdur. 2-ci Qarabağ uğrunda müharibə başlanarkan o, hərbi xidmətə çağırılmış və ön dyüşlərdə iştirak etmişdir. İlkin olaraq Cəbrayıl rayonu istiqamətlərində döyüşlərdə xx.xx.2020-ci ildə yaralanmışdır və o zaman o 02.10.-xx.xx.2020-ci il tarixlərində Xocavənd RMX PHŞ-də göstərilmişdir. Qeyd edir ki, Qarabağ uğrunda döyüşlər zamanı xx.xx.2020-ci ildə o ilkin xəsarət alamışdır və müalicəsi Xocavənd MRX də olmuş və bu barədə xx.xx.2020-ci tərtib edilmiş " Stasionar Xəstənin tibb kartında" qeyd edilmişdir. Həmçinin XMX-nin 02 №li, xx.xx.2021-ci il tarixli "X12"da xəsarət almağı öz təsdiqini tapmışdır. İkinci dəfə Qarabağ uğrunda döyüşlər zamanı xx.xx.2020-ci ildə döyüşlər zamanı yaxınlığında mərmi parlaması nəticəsində ağır xəsarət almışdır və o zaman onu ilkin olaraq Fizuli Rayon Mərkəzi Xəstəxanasında ilkin müaliciə etmişlər və " Stasionar Xəstənin tibb kartında" qeyd edilmişdir. Sonradan, onun aldığı xəsarət ağır olduğundan onu Daxili İşlər Nazirli X6 göndərilmişdir və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi müalicə almışdır və bu barədə 1269/2020 №-li X8-Epikriz tərtib edilmişdir. AR Daxili İşlər Nazirli X5 1269/2020 №-li Xəstəlik tarixindən Çıxarış-Epikrizdə ona" Partlayış travması, Qapalı-kəllə beyin travması, Baş-beyin silkələnməsi, Nitq pozğunluğu" diaqnozu qoyulmuşdur. Eyni zamanda onda "Hepatit" xəstəliyinin olduğu müşahidə edilmişdir. Qeyd edir ki, onun xəstəliyi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2078 №-li xəstəlik haqqinda şəhadətnamədə aşağıdakılar göstərilmişdir: 2-ci Qarabağ uğrunda döyüşlər başlayanda o, hərbiçi kimi Ordu sıralarına hərbi xidmətə çağırılmışdır və Azərbayan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatı zamanı xx.xx.2020-ci il tarixində yaxınlıqda mərmi partlaması nəticəsində yaralanmışdır və o zaman ona ilk tibbi yardım 02.10.-xx.xx.2020-ci il tarixlərində Xocavənd RMX PHŞ-də göstərilmişdir. Həmin vaxtı onun aldığı xəsarət üzrə "Sağ burun arxa səthinnin orta 1/3 -nin yumşaq toxumalarının odlu silah-kor qəlpə yarası diaqnozu ilə əlaqədar stasionar müalicədə olmuşdur. Aldığı xəsarətdən müalicə aldıqdan sonra təkrar ordu sıralarına göndərilmişdir. Döyüş zonasından təxliyyə edilərkən avtomaşın qəzası olmuş və o zaman boyun fəqərələrinin ciddi əzilməsi xəsarəti almışdır. Lakin buna baxmayaraq, döyüş əməliyyatlarını davam etdirmişdir. xx.xx.2020-ci ildə döyüş əməliyyatı zamanı yaxınlığında mərmi partlaması nəticəsində travma almışdır və o zaman ona ilkin tibbi yardım göstərilmiş, sonrakı müalicəsi Fizuli Rayon Mərkəzi Xəstəxanasında 01.11-03.11..2020-ci ildə almışdır. Onun aldığı xəsarətlər üzrə: QKBT. Boyunun əzilməsi", (74/1 Neli xx.xx.2022 ci il tarixli arayış) Diaqnozu olmuşdur. 03.11.-xx.xx.2020-ci ildə Kürdəmir RMX PHŞ-də mənə "Boyun fəqərələrinin posttravmatik osteoxondrozu, Zərbə dalğası nəticəsində astenik vəziyyət. Loqonevroz. Sağ budun arxa səttinin zədələnməsi" diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci ildə Daxili Qoşunların hospitalında "Partlayış travması, Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Nitq pozğunluğu. Hepatosteatoz 1-ci dərəcəli" diaqnozu ilə stasionar müalicə olunmuşdur. (x/t 1269/2020). Ona görə də xx.xx.2020-ci il tarixdə QHHK-da və 29.122.2020-ci tarixdə HHK-da şəhadətləndirilərək hərbi xidmətə müvəqqəti yararsız edilməsi barədə qərarlar verilmişdir. xx.xx.2021-ci il tarixdə HHK-da şəhadətləndirilərək "Partlayış travması" (xx.xx.2020-ci il) keçirilmiş X14 travması, baş beyinin slkələnməsidən sonrakı qalıq, kəkələmə əlamətləri ilə » "Sağ budun yumşaq toxumalarının olu silah kər qəlpə yaralanmasına görə (xx.xx.2020) aparılmış, qəlpələrin xaric edilməsi cərrahi əməliyyatlardan sonrakı tam bərkimiş dəri çapığı" diaqnozu ilə hərbi xitmətə yararlıdır qərarı verilmişdir. 04.03.-06.04. 2022-ci il və 16.08.xx.xx.2022-ci tarixlərdə "Bel oma fəqərələrinin ostexonddrozu, L5-S1 arxa səthinin yumşaq toxumalarının kər qəlpə yaralanmasına görə aparılmış qəlpələrin xaric edilməsindən (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı ş Keçirilmiş QKBT-nin qalıq əlaməti, yungül kəkələmə. Kürəyin əlvan dəmirovu". (x/t-335/2022, 1032/2022) diaqnozu ilə stasionar müalicələrdə, xx.xx.2022-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-da "Bel fəqərələrin degenerativ dəyişiklik. L5-S1 fəqərələrarası diskin sağtərəfli, kökcük ağrı sindromu" diaqnozu ilə ambulator müayinədə olmuşdur". xx.xx.2022-ci ildə Respublika Diaqnostika Mərkəzində "BERA" Müayinəsindən keçmişdir və səl ağır xəstəlik müəyyən edilmişdir. xx.xx.2022-ci ildə X9 Tomoqrafiya müayinəsindən keçmişdir və nəticə olaraq qeyd edilmişdir ki, L5-S1 diksində posterosentral-sağ posterolateral herniasiya (6 mm), sağ sinir kökünə və bir qədər də dural kisənin sağ yarısına kompressiya; -L3-L4 diskində anulyar qabarma; Sağ oma -qalabirləşməsinin sakral və ilikral səthlərində S3 səviyyəsind: ödem əlamətləri (infalamtor proses nəzərindən klinik-laborator korrlyasiya məsləhətdir) diaqnozu üzrə müalicə almağı bildirilmişdir. xx.xx.2022-ci ildə Nevroloq müayinəsində olmuşdur və Qarabağ döyüşlərində aldığı xəsarətlər təsdiq edilmiş və müalicə almağı məsləhət bilinmşdir. Ona görə də o, uzun müddət müalicəyə başlamış və həkimlərin yazdıqları reseptlər üzrə dərman qəbul etmişdir. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixli - "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolma tutmaları" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən-zahirən gərgindir. Bələdliyi saxlanılıb. Əhval ruhiyyəsi aşağıdır, baş ağrılarından, yuxusuzluqlardan əhval-ruhiyyəsinin enməsindən, münaqişəyə meyillikdən, yuxusunun pozulmasından şikayət etdiyini qeyd emişlər. Ona görə onun xəstəliyinin şiddətli olması nəzərə alınaraq ona əlillik təyin edilməsi üçün sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiayasında olmuşdur və ona “hərbi əməliyyatlar zamanı olunmuş qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalar, Nitqin pozulması mülayim dərəcədə kəkələmə, Dərinin çapıqlanmış vəziyyəti və fibrosu. Dəqiqləşdirilmiş qarışıq konduktiv və neyrosensor tipli, ağır, sağ və sol qulaqda eşitmə çətinliyi. Onurğanın dəqiqləşdirilmiş osteoxondrozu, onurğanın dəqiqləşdirilməmiş osteroxondrozu. Bel və digər şöbələrin fərəqələrarası disklərin radikuləpatiyası". Diaqnoz əlillik təyin etmir. Ona görə də o, müalicəsini davam etdirmişdir. AR Müdafiə Nazirliyi 082 №-li Hərbi-Hissənin 317 №li xx.xx.2023-cü il tarixli "X11 əsasən xx.xx.2020-ci il tarixində "Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması. xx.xx.2020-ci ildə "X14 travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyasının enməsi, qıcolmalarla, Nitq pozulması, mülayim dərəcədə kəkələmə göstərilmişdir. AR Tibbi ərazi bölmələrini idarəetmə birliyi" Publik Hüquqi şəxs "Füzuli rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-36/3-441/2023 saylı Arayışda "İddiaçı Vətən müharibəsi zamanı xx.xx.2020ci ildə X14 Tavması, Boyun Əzilməsi xəsarət almış, Füzuli rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci ildə Kürdəmir rayon mərkəzi xəstəxanasına təxliyyə edilmişdir". AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixli "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolma tutmaları" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən-zahirən gərgindir. Bələdliyi saxlanılıb. Əhval ruhiyyəsi aşağıdır, baş ağrılarından, yuxusuzluqlardan əhval-ruhiyyəsinin enməsindən, münaqişəyə meyillikdən, yuxusunun pozulmasından şikayət etdiyimi qeyd emişlər. Bərdə Rayon Xəstəxanasının Ambulator Kitabçasından (xəstəlik tarixindən) Çıxarışa əsasən o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi müalicə almışdır, lakin onun xəstəliyi nisbətən sakitləşməmişdir. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixdə Professor F.İsmayılovun müayinəsində olmuşdur. "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolma tutmaları, intihar fikrləri ilə" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən bələdliyi bütün növlərdə saxlanılıb, Ünsiyyətə həssas daxil olur., Suallara qısa, əsəbi cavablar verir, Baş ağrılarından, əsəblilikdən əziyyət çəkir. Qıcolma tutmaları qeyd olunur, əhval-ruhiyyəsi dəyişkəndir. Emosional labildir. Hallusinator sayıqlama pozuntuları qeyd olunmayır. Yaddaş zəifləyib. Yuxusu pozulub, Tənqidi Formaldır. AR SN "Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi şəxs 2016 №li xx.xx.2023-cü il tarixli "X4 "rəyində Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0 diaqnozu qoyulmuşdur. Bərdə Rayon Xəstəxanasının Ambulator Kitabçasından (xəstəlik tarixindən) Çıxarışa əsasən o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi müalicə almışdır, xəstəliyi müalicə olunmamışdır. Ona görə ona əlillik təyin edilməsi üçün təkrar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiayasına müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiayası onun xəstəliyinə formal yanaşmış və guya "onun xəstəliyi üzrə diaqnozu təsdiqlənmədiyi üçün qərar qəbul edilmişdir". Eyni zamanda onun təkrar müalicə almağı məsləhət olunmuşdur. Ona görə o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək onun xəstəliyinin müalicə oluna biləcəyi barədə arayış verilməsi üçün sorğu ilə müraciət olunaraq xahiş olunmuşdur. AR "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi şəxs, Bərdə Rayon Mərkəzi X10 şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 28/2-698/2024 saylı məktubunda xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixindən "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu" diaqnozu ilə Bədə Rayon Mərkəzi Xəstəxanasının Poloklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında "olduğu bildirilmişdir. Qarabağ uğrunda döyüşlər zamanı aldığı xəsarətlər onun əmək fəaliyyət göstərməyinə imkan vermir. Onun yaşamağı üçün sağlam olmağı vacibdir. Lakin xəstə olduğundan o heç yerdə işləyə bilmir. Eyni zamanda, cavabdeh onun xəstə olmağını və müalicəsinin mümkün olmamasını bildiyi halda, ona əlillik təyin etmir. Hazırda bütün müalicə müəsssisələri, xəstəxanalarda onun psixi xəstəliyi təsdiq olunduğu və ona qoyulmuş diaqnozu təsdiq edildiyi halda, hansı əsaslara görə ona 4 ildir ki, müalicı olunmağını bildirir. Əgər onun xəstəliyinin mpvcud olması faktları onu müayinə edən professorlar tərəfindən təsdiq edildiyi halda, cavabdeh ona əlillik təyin etməməsi tamamilə qanunsuzdur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi 25 dekabr 2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
22. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Üzvi (hərbi əməliyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. 3) Bərdə rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması (01,11.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi. gicolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10957539 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2016 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv lunksiyaların enməsi, anamnezində qicolma tutmaları, intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11528686 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənsəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, yuxusuzluqdan, yuxuda qarabasmaların olmasından, əsəbləşərkən qıcolma tutmalarından, danışığın çətinləşməsindən şikayətlənmişdir. Zahirən gərgin, verilən sualları sakit səslə cavablandırmış, ünsiyyət zamanı arabir kəkələmə elementləri müşahidə edilmiş, düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi-etioloji faktor öz təsdiqini tapmır. Səxsiyyətin spesifik cizgilərinin qabarması müşahidə olunur. Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və X13 üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri'nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s, məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddis tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.
33. İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
34. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni xx.xx.2023-cü i tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir.
35. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında növbəti dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir.
36. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun xx.xx.2024-cü il tarixdə əlavə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-1690/2024 nömrəli qərar qəbul edilmişdir.
37. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1464 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” aşkar olunur.
38. İddiaçının əsas diaqnozu – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
40. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
42. Həmin Əlavə:
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
43. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X14 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35- 60% aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
44. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
47. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva