Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-739/2020 02.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Həsənova Zeytun Barı qızının vəkili İsgəndərov Fuad İnqilab oğlunun iştirakı ilə, İddiaçı Həsənova Zeytun Barı qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxslər Qarayeva Pərvanə Alim qızı, Quluyeva Zərqələm Alim qızı, Cabbarova Elnarə Alim qızı, Hümbətəliyev Alim Cabbar oğlu və Hümbətəliyev Vaqif Alim oğlu) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Həsənova Zeytun Barı qızı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə 03.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Qarayeva Pərvanə Alim qızının, Quluyeva Zərqələm Alim qızının, Cabbarova Elnarə Alim qızının, Hümbətəliyev Alim Cabbar oğlunun və Hümbətəliyev Vaqif Alim oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 79 mənzil 16 ünvanında pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 79 mənzil 16 Həsənova Zeytun Barı qızının mülkiyyətindədir. O həmin mənzili alqı-satqı vasaitəsi ilə almışdır. Evi alandan sonra iddiaçıya məlum olmuşdur ki, evin köhnə sahibləri Qarayeva Pərvanə Alim qızı, Quluyeva Zərqələm Alim qızı, Cabbarova Elnarə Alim qızı, Hümbətəliyev Alim Cabbar oğlu və Hümbətəliyev Vaqif Alim oğlu həmin evdə qeydiyyatda qalıblar. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması onun əlavə komunal xərclərin ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili İsgəndərov Fuad İnqilab oğlu iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri və qohumlarıdır, iddiaçı ilə qohumluq əlaqələri yoxdur. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -1519020788 qeydiyyat nömrəli, 07.10.2019-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 79, mənzil 16 xüsusi mülkiyyət hüququ əsasında Həsənova Zeytun Barı qızının adına qeydiyyata alınmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” 28.01.2020-ci il tarixli 3214761 nömrəli arayışın surətindən görünür ki, Qarayeva Pərvanə Alim qızı, Quluyeva Zərqələm Alim qızı, Cabbarova Elnarə Alim qızı, Hümbətəliyev Alim Cabbar oğlu və Hümbətəliyev Vaqif Alim oğlu Gəncə şəhər, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 79, mənzil 16 ünvanında qeydiyyatdadır. -Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 01.02.2020-ci il tarixli, 120-2173H-3220 nömrəli məktubun məzmunundan görünür ki, Qarayeva Pərvanə Alim qızı, Quluyeva Zərqələm Alim qızı, Cabbarova Elnarə Alim qızı, Hümbətəliyev Alim Cabbar oğlu və Hümbətəliyev Vaqif Alim oğlu Gəncə şəhər, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 79, mənzil 16 ünvanından qeydiyyatdan çıxarılmasının müvafiq məhkəmə qətnaməsi əsasında həyata keçirildiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhər, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 79, mənzil 16 tam mülkiyyət hüququ əsasında Həsənova Zeytun Barı qızının adına qeydiyyata alınmışdır. Belə olan halda mülkiyyətçinin və ya əmlak hüququ sahibinin ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin həmin yaşayış sahəsində qeydiyyatda qalması əmlak sahibinin mənafeyinə toxunur. Həmçinin məhkəmə qeyd edir ki, mövcud qanunvericiliklə qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmamışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qarayeva Pərvanə Alim qızının, Quluyeva Zərqələm Alim qızının, Cabbarova Elnarə Alim qızının, Hümbətəliyev Alim Cabbar oğlunun və Hümbətəliyev Vaqif Alim oğlunun Gəncə şəhər, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 79, mənzil 16 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-739/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-739/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver