Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-739/2025 03.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Üçüncü şəxslər X8 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X8, X6, X9, X10, X11 və X3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1772 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5349/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1963-cü il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.1984-cü il təvəllüdlü X11 və xx.xx.1985-ci il təvəllüdlü X1 şəhəri, Təbriz küçəsi, ev 79A ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxslər X8, X6, X9, X10, X11 və X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 167 nömrəli cavab məktubunda bildirilmişdir ki, X8, X6, X9, X10, X11 və X3 ünvan 1 ünvanında faktiki yaşadıqları müəyyən edilmişdir.
5. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9561/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Kirovabad şəhər 1 saylı Dövlət notariat kontorunun xx.xx.1954-ci il tarixli, 23588 reyestr nömrəli tikinti müqaviləsi və Baş memarın xx.xx.1954-cü il tarixli layihəsinə əsasən əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına qeydiyyata alınaraq xx.xx.1989-cü il tarixli 2725 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X7 vərəsəsi X4 oğlunun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi üzrə yeni qaydalarla ünvanı Gəncə şəhəri, Təbriz prospekti, giriş 225 kimi göstərilməklə X7 adına xx.xx.2024-cü il tarixli, **********41-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən Arayış verilmişdir. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1986-cı il tarixli, 2-3-350 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X15 tərəfindən İddiaçı bağışlanmışdır. Lakin Ərazi İdarəsinin Daşınmaz əmlakla bağlı "Qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabı"nda və arxiv qovluğunda İddiaçı adına həmin evə dair qeydiyyat vəsiqəsinin verilməsi barədə hər hansı bir məlumat (qeyd) və sənəd aşkar olunmamışdır. ünvan 3 ilə Gəncə şəhəri, Təbriz prospekti, giriş 225 eyni ünvan göstəricilərinə malik, lakin fərqli əmlaklar olmaqla bir-biri ilə əlaqəsi olmadığı müəyyən edilmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 2007, Gəncə şəhəri, Təbriz prospekti, giriş 225) ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə X7 adına qeydə alınmışdır.
7. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 268 nömrəli cavab məktubunda bildirilmişdir ki, X5 ünvan 1 ünvanında faktiki yaşamadığı müəyyən edilmişdir.
8. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1956-cı il təvəllüdlü X16, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı və xx.xx.1990-cı il təvəllüdlü X2 şəhəri, Təbriz küçəsi, ev 79a (Yeni qaydalarla: AZ 2007, Gəncə şəhəri, Təbriz prospekti, giriş 225) ünvanında qeydiyyatdadırlar. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X8, X6, X9, X10, X11 və X3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Buna dair 1772 nömrəli Qeydiyyat vəsiqəsilə onun yuxarıda qeyd olunan evə dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, X8, X6, X9, X10, X11 və X12 onun mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Hazırda üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır və onların ona məxsus evdə qeydiyyatda saxlanılmaları ələvə komunal xərclər ödənilməsinə səbəb olmaqla, hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunan halla bağlı Cavabdehnə müraciət etsə də, cavabdehin xx.xx.2024-cü il tarixli 3-13-57 /2-V-9265/11/24 saylı məktubu ilə ona bildirilmişdir ki, üçüncü şəxslərin müvafiq ünvandan qeydiyyatdan çıxarılması "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Odur ki, cavabdeh inzibati orqan tərəfindən müraciətinin müsbət həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III.İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
13. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
14. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X6, X9, X10, X11 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya və üçüncü şəxslərə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır.
23. Üçüncü şəxslər X14 və X12 məhkəmə iclasına gəlmişlər, iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
24. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. Üçüncü şəxslər X8 və X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1772 reyestr nömrəli qeydiyyat vəsiqəsi; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5349/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 167 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9561/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 268 nömrəli cavab məktubu; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı. - Elektron Məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1772 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5349/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1963-cü il təvəllüdlü X8, xx.xx.2012ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.1987-ci il təvəllüdlü X10, xx.xx.1984-cü il təvəllüdlü X11 və xx.xx.1985-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatda olduqları göstərilmişdir.
30. Həmin arayış əsasında iddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
31. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
33. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
34. Lakin məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslər məhz iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda deyillər. Belə ki, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9561/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Kirovabad şəhər 1 saylı Dövlət notariat kontorunun xx.xx.1954-ci il tarixli, 23588 reyestr nömrəli tikinti müqaviləsi və Baş memarın xx.xx.1954-cü il tarixli layihəsinə əsasən əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına qeydiyyata alınaraq xx.xx.1989-cü il tarixli 2725 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X7 vərəsəsi X4 oğlunun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi üzrə yeni qaydalarla ünvanı Gəncə şəhəri, Təbriz prospekti, giriş 225 kimi göstərilməklə X7 adına xx.xx.2024-cü il tarixli, **********41-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən Arayış verilmişdir. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1986-cı il tarixli, 2-3-350 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X15 tərəfindən İddiaçı bağışlanmışdır. Lakin Ərazi İdarəsinin Daşınmaz əmlakla bağlı "Qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabı"nda və arxiv qovluğunda İddiaçı adına həmin evə dair qeydiyyat vəsiqəsinin verilməsi barədə hər hansı bir məlumat (qeyd) və sənəd aşkar olunmamışdır. ünvan 3 ilə Gəncə şəhəri, Təbriz prospekti, giriş 225 eyni ünvan göstəricilərinə malik, lakin fərqli əmlaklar olmaqla bir-biri ilə əlaqəsi olmadığı müəyyən edilmişdir.
35. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə eyni ünvan göstəricilərinə malik digər ev də daşınmaz əmlakın dövlət reyestrində mövcuddur ki, üçüncü şəxslər məhz həmin evdə (iddiaçının mülkiyyətində olmayan) evdə qeydiyyatdadırlar. Bu səbəbdən də, iddia təmin edilə bilməz.
36. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər.
37. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva