Məhkəmə qərarları › İş №2-1(114)-74/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-74/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-74/2020 16.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) X3, Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 35343,68 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 41515,59 manat maliyyə sanksiyasının silinməsi dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 35343,68 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 41515,59 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) X6 məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək həmin müddətin bərpa edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-74/2020 nömrəli qərardadı ilə hazırki tələblə bağlı məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X1 xx.xx.2018-ci il tarixli **********149816 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də noyabr 2016 – mart 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Yoxlama 1 halda cəmi 32 gün müvəqqəti dayandırılmış, 1 halda cəmi 30 gün uzadılmış, 2 halda isə cəmi 60 gün əlavə yoxlama tədbiri həyata keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********149892 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019cu il tarixli **********177350 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 35343,68 manat əlavə vergi məbləği hesablanmış və cəmi 41515,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh vergi orqanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarını tətbiq etmək üçün hüquqi əsası olmamışdır. Belə ki, kameral və ya səyyar vergi yoxlamaları zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda, vergi orqanı vergi ödəyicisi tərəfindənodənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlimatları əsasında hesablayır. Hər iki metodun tətbiqi nəticəsində vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda isə, vergilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən hesablanır. Göründüyü kimi, qanunverici vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin məbləğinin vergi orqanı tərəfindən hesablanması üçün xüsusi ardıcıllıq müəyyən etmişdir. Lakin cavabdeh vergi orqanı həyata keçirdiyi səyyar vergi yoxlaması zamanı iddiaçı "xxxx" MMC-yə 2017-ci il üzrə mənfəət vergisi hesablayarkən vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığa riayət etməmişdir. Belə ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi vergi ödəyicilərinin üçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına istinad etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.1 və 67.1.1-ci maddələrinə əsasən vergi ödəyicisi tərəfindən əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı istifadə oluna bilən əlaqəli məlumatlar sırasına daxil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin fevral-dekabr ayları üzrə ƏDV bəyannamələrindən göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin vergiyə cəlb edilən dövriyyəsi 2017-ci ilin fevral ayı üzrə 275600,0 manat, mart ayı üzrə 108000 manat, aprel ayı üzrə 75600,0 manat, may ayı üzrə 84000,0 manat, iyun ayı üzrə 84000,0 manat, iyul ayı üzrə 60000,0 manat, avqust ayı üzrə 110000,0 manat, sentyabr ayı üzrə 120000,0 manat, oktyabr ayı üzrə 120000 manat, noyabr ayı üzrə 100000,0 manat, dekar ayı üzrə isə 100000,0 manat, ümumilikdə isə 1237200,0 manat təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin Mənfəət vergisi bəyannaməsindən göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin həmin il üzrə ümumi gəliri 1237200,0 manat (ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən dövriyyə ilə eyni həcmdə) təşkil etmişdir. Səyyar vergi yoxlaması aktının 6-cı səhifəsindən görünür ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2017-ci ilin fevral-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan (əvəzləşdirilmiş ƏDV məbləği istisna olmaqla) vergiyə cəlb edilən dövriyyə üzrə hər hansı kənarlaşma aşkar etməmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı bir halda - ƏDV bəyanamələri ilə bağlı hissədə vergiyə cəlb edilən dövriyyə üzrə kənarlaşma aşkar etmədiyi halda, digər halda - mənfəət vergisi bəyannaməsi ilə bağlı hissədə həmin dövriyyənin (ümumi gəlirin) düzgünlüyünü qəbul etmir. Bu isə aparılan yoxlamanın obyektiv əsaslarla və qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmədiyini göstərən bariz sübutdur. Beləliklə, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığa riayət etmədən, yəni vergiyə cəlb edilən dövriyyə üzrə kənarlaşma aşkar etmədiyi ƏDV bəyannamələrindən Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq əlaqəli məlumat qismində istifadə edə biləcəyi halda, bu hüququdan istifadə etmədən, birbaşa Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş müvafiq qaydalardan istifadə edərək, eyni dövriyyə üzrə iki fərqli - ziddiyyətli nəticəyə gəlmişdir. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərara əsasən cavabdeh vergi orqanı rsrəfindən ƏDV bəyannamələri üzrə aşkar edilmiş kənarlaşma və tətbiq edilmiş maliyyə sanksiyasına münasibətdə qeyd edim ki, cavabdeh vergi orqanı həmin nəticəyə gələrkən vergi qanunvericiliyinin tələblərini düzgün şəkildə şərh etməmiş və bu səbəbdən də yanlış nəticəyə gəlmişdir. Belə ki, səyyar vergi yoxlamasının 6-cı səhifəsindən görünür ki, 2016-cı ilin noyabr və dekabr ayları, 2017-ci ilin isə yanvar ayında idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləğinin 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilən ƏDV məbləği qismində bəyan edilməsi cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 175.1.2-ci maddəsini rəhbər tutularaq vergi qanunvericiliyinin pozuntusu kimi qəbul edilmişdir. Bununla bağlı qeyd edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün könüllü qeydiyyatdan keçməsi barədə ərizə ilə Ağdam rayon Vergilər Şöbəsinə müraciət etmiş və həmin müraciəti təmin edilərək xx.xx.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Lakin qeydiyyat tarixində baş vermiş yanlışlıqla əlaqədar olaraq, iddiaçının ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixli **********108398 nömrəli qərara əsasən ləğv edilmiş və həmin tarixli **********5 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişinə əsasən xx.xx.2016-cı il tarixdən yenidən ƏDV məqsədləri üçün qeydiyyata alanmışdır. Bundan sonra iddiaçı hesabat verilməsi zamanı yaranmış çətinliklə bağlı məktubla Ağdam rayon Vergilər Şöbəsinə müraciət etmiş və sonuncu xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, "Eyni zamanda həmin məcəllənin (yəni Vergi Məcəlləsinin) 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir və 177.5-ci maddəsinə əsasən qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi Məyi cil əri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir. Qeyd olunan hüquq normasından və vergi orqanının cavab məktubundan da aydın olduğu kimi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı, ərizə verdiyi tarixdən məsələn, xx.xx.2018-ci il) əvvəlki tarix (məsələn xx.xx.2018-ci il) üzrə aparıldıqda, qeydiyyatın qüvvəyə mindiyi tarixdən ərizənin təqdim edildiyi tarixədək ötən dövr üzrə, yəni keçmiş tarixə bəyannamə verilməsi mümkün olmadığından, vergi ödəyicisi keçmiş dövrlərdə (ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən ərizənin verildiyi tarixədək olan dövrdə) baş vermiş əməliyyatları ƏDV qeydiyyatına alındıqdan sonra verdiyi ilk bəyannamədə əks etdirir. Hazırkı iş üzrə iddiaçı qanunvericiliyin tələblərinə riayət edərək ƏDV qeydiyyatına dair ərizə verdiyi (xx.xx.2017ci il) tarixədək olan keçmiş dövrlərdə, yəni 2016-cı ilin noyabr və dekbar ayları, 2017-ci ilin isə yanvar ayı üzrə baş vermiş əməliyyatları (idxal edilmiş nallara görə ödənilmiş və əvəzləşdirilməli olan ƏDV məbləğini) onun tərəfindən təqdim edilən ilk bəyannamədə, yəni 2017-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində əks etdirmişdir. Göründüyü kimi, iddiaçı ƏDV bəyannaməsi təqdim edərkən vergi qanunvericiliyinin tələblərinə tam şəkildə riayət etdiyi halda, cavabdeh vergi orqanı iddiaçının keçmiş tarixə (2016-cı ilin noyabr, dekabr və 2017-ci ilin yanvar ayları üzrə) ƏDV bəyannaməsi təqdim etməsinin qeyri-mümkün olmasını və Vergi Məcəlləsinin 177.5-ci maddəsinin tələblərini nəzərə almadan iddiaçıya əsassız şəkildə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasızamanı vergi qanunvericiliyində təsbit edilən müddətlərə riayət edilməmiş və yoxlama qanunla müəyyən edilən müddətdən artıq cavam etmişdir. Belə ki, səyyar vergi yoxlaması müvəqqəti dayandırılma halları nəzərə alınmamaqla, ən çox halda 150 gün (iş günü deyil, məhz gün) (30+90+30) davam edə bilər. Lakin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması. aktından göründüyü kimi, nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması 260 gün (xx.xx.2018-xx.xx.2019) davam etmişdir. Halbuki, yoxlama 30 gün ümumi qaydada davam etmiş, 30 gün uzadılmış, 32 gün müvəqqəti dayandırılmış, 60 gün əlavə yoxlama həyata keçirilmişdir ki, bu halda səyyar vergi yoxlaması 152 gün ərzində yekunlaşmalı idi. Göründüyü kimi, səyyar vergi yoxlaması cavabdeh vergi orqanı tərəfindən əsassız şəkildə 108 gün (260-152) artıq həyata keçirilmişdir. Sadalananlara əsasən vergi orqanının əsassız qərarı ləğv edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 35343,68 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 41515,59 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındacavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz və məhkəməyə təqdim etdikləri iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - fiziki şəxsin vergi uçotu haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamənin təsdiqlənmiş surəti ; - əlavə vergi ödəyicisinin **********5 nömrəli bildirişinin təsdiqlənmiş surəti ; - əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv edilməsi barədə 0xx.xx.2017-ci il tarixli, **********108398 nömrəli qərarın təsdiqlənmiş surəti ; - «xxxx» MMC-nin şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surəti ; - xx.xx.2019-cu il tarixli, **********149892 nömrəli səyyar vergi yoxlaması aktının təsdiqlənmiş surəti ; - əlavə dəyər vergisi bəyannamələrin və onlara əlavələrin təsdiqlənmiş surəti ; - səyyar vergi yoxlaması aktına baxılma haqqında xx.xx.2019-cu il tarixli protokolun təsdiqlənmiş surəti ; - xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiqlənmiş surəti ; - vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********005200 nömrəli tələbnamənin təsdiqlənmiş surəti ; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********174390 nömrəli qərarın təsdiqlənmiş surəti ; - səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2018-ci il tarixli, **********153739 nömrəli qərarın təsdiqlənmiş surəti ; - səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli, **********159054 nömrəli qərarın təsdiqlənmiş surəti ; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********165882 nömrəli qərarın təsdiqlənmiş surəti ; - səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********149816 nömrəli qərarın təsdiqlənmiş surəti. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaşı “xxxx” MMC mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul eildikdən sonra xx.xx.2019-cu il tarixdə şikayət məktubu ilə yuxarı inzibati orqana – Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmiş və sonuncunun xx.xx.2019-cu il tarixli **********883800 nömrəli cavab məktubuna əsasən səyyar vergi yoxlamalarının nəticəsində inzibati akt - vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar cinayət prosesinin tərkib hissəsi olduğundan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun predmetini təşkil etmədiyindən cəmiyyətin xx.xx.2019-cu il tarixli şikayətinə baxılmasından imtina edilmişdir. Bundan sonra iddiaçı “xxxx” MMC xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (hazırkı Şəki İnzibati Məhkəməsinə) müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(84)-1067/2019 nömrəli qərardadına əsasən işi ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” MMC xx.xx.2019-cu il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və 2-1(083)-1936/2019 nömrə ilə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1936/2019 nömrəli qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş məhkəmənin icraatında olması səbəbindən iddiaçı “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ilkin xx.xx.2019 tarixli iddianın mümkün sayılmasını, ikinci eyni məzmunlu xx.xx.2019-cu il tarixli iddianın isə mümkün sayılmamasını və nəticədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1936/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında iddiaçı qeyd etmişdir ki, ikinci xx.xx.2019-cu il tarixli iddia verilən zaman iddia müddətini ötürdüyündən ilkin xx.xx.2019-cu il tarixli iddianın mümkün sayılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-838/2019 nömrəli qərardadına əsasən iddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və məhkəmə qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, ilkin xx.xx.2019-cu il tarixli iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdirsə, ikinci xx.xx.2019-cu il tarixli iddia həmin əsasla mümkünsüz sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin xx.xx.2019-cu il tarixli iddia ərizəsinin verilməsi üçün İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan prosessual müddət iddiaçının təqsiri olmadan ötürüldüyündən, hazırkı iddia üzrə iddia müddəti ötürülmüş hesab edilə bilməz və bu səbəbdən də iddia ərizəsi mümkün sayılmalıdır. Belə ki, iddiaçı mübahsələndirilən xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə bağlı ilk öncə xx.xx.2019-cu il tarixdə şikayət instansiyasına – Vergilər Nazirliyinə müraciət etmiş və sonuncu xx.xx.2019-cu il tarixli cavab məktubu ilə şikayət məktubuna baxmaqdan imtina etdikdən sonra isə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddətdə şikayət instansiyasına, sonuncunun şikayətə dair qərarından sonra isə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-74/2020 nömrəli qərardadına əsasən iddiaçı “xxxx” MMC-nin prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iş materiallarında olan: - xx.xx.2018-ci il **********149816 nömrəli qərarına əsasən iddiaçı “xxxx” MMC-də noyabr 2016 – mart 2018 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir; - səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********149892 nömrəli aktla rəsmiləşdirilmişdir; - yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış, 1 halda xx.xx.2018-ci il tarixdən cəmi 32 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda xx.xx.2018-ci il tarixdən cəmi 30 gün müdətinə uzadılmış, 2 halda xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərdə isə cəmi 60 gün əlavə yoxlama tədbiri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixdə bitmişdir. - səyyar vergi yoxlamasının 5-ci səhifəsində qeyd edilənlərə əsasən cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55 saylı qərarına əsaslanaraq iddiaçı “xxxx” MMC tərəfindən mənfəət vergisi üzrə cəmi 43461,78 manat vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir; - səyyar vergi yoxlamasının 6-cı səhifəsində qeyd edilənlərə əsasən 2016-cı ilin noyabr və dekbar, 2017-ci ilin isə yanvar ayında idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləğinin cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 175.1.2-ci maddəsinin tələbləri pozularaq 2017-ci ilin fevral ayı üzrə əvəzləşməyə salındığı və nəticədə 2017-ci il üzrə 41427,41 manat ƏDV-nin artıq hesablanması, 33309,31 manat ƏDV-nin isə az hesablanması müəyyən edilmişdir; - səyyar vergi yoxlaması aktının əsasında xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 35343,68 manat əlavə vergi məbləği hesablanmış və cəmi 41515,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar isə qanunsuz və əsassız olduğundan, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt ləğv edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2019-cu il tarixli **********149892 nömrəli səyyar vergi yoxlaması aktından bəlli olur ki, cavabdeh vergi orqanı mühasibat sənədləri tam təqdim edilmədiyindən iddiaçı “xxxx” MMC-nin 2017-ci il mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar etmiş və hesabat dövrü üzrə cəmiyyətin gəlirlərini müəyyən edə bilmədiyindən, xərclərini əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən cəmiyyətə 43461,78 manat mənfəət vergisi hesablamışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarını tətbiq etmək üçün hüquqi əsası olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-67.2.3-cü maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qeyd olunan hüquq normalarının təhlilindən belə nəticə əldə olunur ki, kameral və ya səyyar vergi yoxlamaları zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən (sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda və s.) mümkün olmadıqda, vergi orqanı vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan hər hansı birini (və ya bir neçəsini) və vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablayır. Hər iki metodun tətbiqi nəticəsində vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda isə, vergilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunverici Vergi Məcəlləsinin 67ci maddəsində vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin məbləğinin vergi orqanının öz təşəbbüsü ilə hesablanması üçün xüsusi ardıcıllıq müəyyən etdiyi halda, cavabdeh vergi orqanı həyata keçirdiyi səyyar vergi yoxlaması zamanı iddiaçı “xxxx” MMCyə 2017-ci il üzrə mənfəət vergisi hesablayarkən vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığa riayət etmədən, yəni Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi vergi ödəyicilərinin üçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına istinad etmişdir. Halbuki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən iddiaçı “xxxx” MMC-nin əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindən – səyyar vergi yoxlaması zamanı vergiyə cəlb edilən dövriyyə hissəsində hər hansı kənarlaşma aşkar edilməyən 2017-ci ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə göstəricilərdən əlaqəli məlumat qismində istifadə edərək iddiaçının həmin il üzrə ümumi gəlirini müəyyən etmək imkanına malik olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və vergi orqanına təqdim edilmiş 2017-ci ilin fevral-dekabr ayları üzrə ƏDV bəyannamələrindən görünür ki, iddiaçı “xxxx” MMC-nin vergiyə cəlb edilən dövriyyəsi 2017-ci ilin fevral ayı üzrə 275600,0 manat, mart ayı üzrə 108000 manat, aprel ayı üzrə 75600,0 manat, may ayı üzrə 84000,0 manat, iyun ayı üzrə 84000,0 manat, iyul ayı üzrə 60000,0 manat, avqust ayı üzrə 110000,0 manat, sentyabr ayı üzrə 120000,0 manat, oktyabr ayı üzrə 120000 manat, noyabr ayı üzrə 100000,0 manat, dekar ayı üzrə isə 100000,0 manat, ümumilikdə isə 1 237 200,0 manat təşkil etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş və vergi orqanına təqdim edilmiş 2017ci ilin Mənfəət vergisi bəyannaməsindən göründüyü kimi, iddiaçı “xxxx” MMC-nin həmin il üzrə vergiyə cəlb edilən ümumi gəliri də 1 237 200,0 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması aktının 6-cı səhifəsindən də görünür ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2017-ci ilin fevral-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən dövriyyə üzrə hər hansı kənarlaşma aşkar etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2017-ci ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən və səyyar vergi yoxlaması nəticəsində öz təsdiqini tapan vergiyə cəlb edilən ümumi dövriyyə (gəlir) cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən əlaqəli məlumat qismində istifadə oluna biləcəyi halda, cavabdeh vergi orqanı müvafiq ardıcıllığı pozaraq və həmin məlumatdan istifadə etmədən birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına istinad etmişdir. Bu məqamda məhkəmə bir halı da qeyd edir ki, 2017-ci ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan 1 237 200,0 manat vergiyə cəlb edilən ümumi dövriyyə üzrə hər hansı kənarlaşma aşkar edilmədiyi halda, səyyar vergi yoxlaması zamanı həmin il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış 1 237 200,0 manat ümumi gəlirin qəbul edilməməsi, yoxlama nəticəsində cavabdeh vergi orqanı tərəfindən gəlinən nəticələrin ziddiyyətli olmasını və iş üzrə zəruri sənədlərin və sübutların tam, hərtrərfli və obyektiv araşdırılmamasını göstərir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən, ƏDV-nin azaldılmasına görə tətbiq edilmiş 16654,66 manat maliyyə sanskiyasına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləğinin iddiaçı “xxxx” MMC tərəfindən mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əks etdirilməli olduğu halda, fevral ayı üzrə təqdim edilmiş vergi bəyannaməsində bəyan edilməsində iddiaçının təqsiri olub-olmamasını araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün könüllü qeydiyyatdan keçməsi barədə ərizə ilə Ağdam rayon Vergilər Şöbəsinə müraciət etmiş və həmin müraciəti təmin edilərək xx.xx.2017-ci il tarixli **********2 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinə əsasən xx.xx.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı VM-nin 177.5-ci maddəsinə müvafiq olaraq ilk hesabat dövrü - fevral ayı üzrə ƏDV bəyannaməsi təqdim edərək idxal ilə bağlı müvafiq göstəriciləri, o cümlədən əvəzləşdirilməli ƏDV məbləğini həmin bəyannamədə əks etdirmişdir. Lakin qeydiyyat tarixində baş vermiş yanlışlıqla əlaqədar olaraq, iddiaçının ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixli **********108398 nömrəli qərara əsasən cavabdeh vergi orqanı tərəfindən ləğv edilmiş və həmin tarixli **********5 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişinə əsasən xx.xx.2016-cı il tarixdən yenidən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. İş materialların əlavə edilmiş X5 (e-taxes.gov.az) çıxarılmış fotoşəkillərdən və cavabdeh vergi orqanına iddiaçı tərəfindən edilmiş müraciətlərdən aydın olur ki, bundan sonra iddiaçı müxtəlif tarixlərdə 2017-ci ilin fevral ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmək və idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləği ilə bağlı göstəriciləri həmin hesabat dövründən çıxararaq mart ayı üzrə təqdim edilmiş vergi bəyannaməsinə daxil etmək istəmiş, lakin fevral ayı proqram təminatında vergi orqanı tərəfindən passivləşdirildiyindən, bunu etmək texniki olaraq mümkün olmamışdır. İddiaçı bununla bağlı vergi orqanına müraciət etsə də, texniki problem öz həllini tapmadan qalmışdır. Yuxarıdakıları nəzərə alaraq məhkəmə qeyd edir ki, əvələşdirilməli ƏDV məbləğinin mart ayı üzrə deyil, fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannməsində əks etdirilməsi iddiaçının təqsiri olmadan, proqram təminatında yaranmış texniki problem nəticəsində baş vermişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0 və 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, idxal üzrə əvəzləşdirilməli ƏDV məbləğinin mart ayı üzrə ƏDV bəyannaməsində göstərilməli olduğu halda, fevral ayı üzrə vergi bəyannaməsində əks edirilməsində iddiaçının təqsiri olmadığından və pozuntu məhz vergi orqanın özü tərəfindən yaradılan texniki xəta nəticəsində baş verdiyindən, iddiaçı bununla əlaqədar olaraq vergi məsuliyyətinə cəlb edilə və ona bu səbəbdən maliyyə sanksiyası tətbiq edilə bilməzdi. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı “xxxx” MMC-də həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları göstərilməlidir); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Həmin Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.5-2-ci bəndinə əsasən yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Sadalanan hüquq normalarından aydın olur ki, yoxlayıcı orqan sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın və həmin yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində göstərilən məlumatların, o cümlədən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarının qəbulundan sonra 5 iş günü ərzində isə yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməlidirlər. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlarının – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarların qəbulundan sonra 5 iş günü ərzində yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməmiş, nəticədə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli KY181254701 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda yoxlamanın xx.xx.2018-ci il tarixdə başlaması, xx.xx.2018-ci il tarixdə bitməsi, xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətinin artırılması, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeydlər aparılsa da, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 60 gün müddətinə əlavə vergi yoxlamalarının keçirilməsi və yoxlamanın nəticəsi barədə hər hansı qeyd aşkar edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuda xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 60 gün müddətinə həyata keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin və yoxlamanın nəticəsi barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasını təmin etməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, yoxlamanın rəsmi reyestrdə qeydə alınması təmin edilmədiyindən, vergi qanunvericiliyinin tələbləri və iddiaçının vergi hüquqpozuntusunda təqsirinin olmaması nəzərə alınmadığından və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbul edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməli və həmin qərar əsasında “xxxx” MMC-yə hesablanmış 35343,68 manat əlavə vergi məbləği və tətbiq edilmiş 41515,59 manat maliyyə sanksiyası silinməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********177350 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Həmin qərar əsasında “xxxx” MMC-yə hesablanmış 35343,68 manat əlavə vergi məbləği və tətbiq edilmiş 41515,59 manat maliyyə sanksiyası silinsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar