Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-74/2025 18.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və "xxxx" MMC) qarşı Göygöl şəhərində yerləşən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli, **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestr qeydinə düzəliş edilərək torpaq sahəsinin olçüsünün 3.64 ha qeyd edilməsi və həmin ölçüdə torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 3.64 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2015ci il tarixli A 000380 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
2. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus 3.64 ha torpaq sahəsini İddiaçı satmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 2.99 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A 789693 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
4. İddiaçı qeyd olunan düzəliş edilərək torpaq sahəsinin olçüsünün 3.64 ha qeyd edilməsi və həmin ölçüdə torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-4115/2024 nömrəli məktubla müraciətdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.61 ha hissəsinin dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi, 0.26 ha hissəsinin isə başqa şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasını təmin etmək mümkün olmamışdır.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 6328/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4115/2024 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə (imtina aktı) qeyd edilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə yaradılmış və tərtib edilmiş TEKUİS və AZCAD baza məlumatlarına əsasən verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması nəzərdə tutulmuşdur.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 6330/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı iddia etdiyi faktiki torpaq sahəsinin 0,26 hissəsi kompleks yerquruluşu planına əsasən, JN-0402 KOD 50801004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə üst-üstə düşüyü müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11837/2025 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 48-51 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, İddiaçı X1 aldığı 3.64 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquq sahibinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi tərəflərindən icraata qəbul edilmişdir. Ərizənin icrası məqsədilə torpaq sahəsinə müayinə baxışı keçirilmiş, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il, 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən tərtib edilmiş torpaqların yeni elektron kadastr uçotu xəritəsində və faktiki istifadədə olan torpaq sahəsinin 2.99 ha olduğu müəyyən edilmişdir. İddiaçı 3.64 ha torpaq sahəsinin 0.65 ha azalmasına və faktiki sahəyə uyğun 2.99 ha olmaqla çıxarış və torpaq sahəsini planı və ölüsünün verilməsinə razılıq verməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq Göygöl şəhərində yerləşən 2.99 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********33 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin çatışmayan 0.65 ha hissəsinin bələdiyyəyə məxsus eyni təyinatlı torpaq sahəsindən ayrılıb verilməsi barədə hüquqmüəyyən edici sənədlər ərazi idarəsinə daxil olacağı təqdirdə tərəflərindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Məlumat üçün onuda qeyd edilir ki, Göygöl şəhərində yerləşən, alqı-satqı edərək aldığı torpaq sahəsi üzərində aparılmış qeydiyyat zamanı yol verilmiş yalnışlığın aradan qaldırılaraq 3.64 ha torpaq sahəsinə dair çıxarış verilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş 3-21-3-33/1-0-0031- 8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəflərindən baxılmış və ona xx.xx.2023ci il tarixli, **********81 nömrəli cavab məktubu göndərilmişdir.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X7 uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmin 3.64 ha (koordinatlara əsasən 2.99 ha) torpaq sahəsi üzərində tikili və qurğu aşkarlanmadı. 2) "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, A-789693 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X7 uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmin 2.99 ha torpaq sahəsi üzərində tikili və qurğu aşkarlanmadı. 3) xx.xx.2022-ci il tarixli, A-789693 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2015-ci il tarixli, A- 000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür. Həmin üst-üstə düşən hissə 2.18 ha təşkil edir. 4-cü və 5-ci suallara cavab olaraq bildirilir ki, xx.xx.2015-ci il tarixli A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha göstərilsə də, həmin plan və ölçü sənədindəki koordinatlara əsasən 2.99 ha müəyyən olunmuşdur. Bu səbəbdən də, yerdə qalan 0.65 ha hissə tərəflərindən müəyyən edilməsi mümkün olmamışdır. Əlavə olaraq, 2015-ci ildən öncədə həmin torpaq sahələri, Xanlar (indiki Göygöl) rayonu Heyvandarlıq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli (Dövlət aktlarınında öz əksini tapdığı) kompleks yerquruluşu layihəsinə istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 13091/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2015ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olmuş 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2.99 ha sahə ərazinin kompleks yerquruluşu layihəsi və JN-402 saylı Dövlət Aktında göstərilən konturlara əsasən tərtib olunmuşdur. Belə ki, **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdə (JN-402 saylı Dövlət Aktında) torpaq sahəsinin ölçüsü 2.99 ha olduğu təqdirdə çıxarış sənədi 3.64 ha torpaq sahəsinə dair verilmiş lakin plan və ölçü sənədindəki koordinatlar JN-402 saylı dövlət aktında göstərilən konturlara uyğun olaraq 2.99 ha təşkil edir. **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 3.64 ha torpaq sahəsinin ilkin sənəd olan JN-402 saylı dövlət aktında göstərilən hansı konturlara uyğun olaraq tərtib edildiyini müəyyən etmək mümkün deyildir. Bundan əlavə ərazinin kompleks yerquruluşu layihəsi və JN-402 saylı dövlət aktına əsasən 2.99 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə A-000380 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara əsasən 2.99 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti arasında uyğunsuzluq halı mövcuddur. İnzibati iş üzrə sözügedən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto görüntüləri arayışa qoşma edilir. Qeyd edilir ki, faktiki istifadədə olan 4.86 ha torpaq sahəsi üzərində elektron baza məlumatlarına əsasən inzibati iş üzrə tərəflərdən olmayan başqa şəxslərin hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 X8 düzəliş edilərək mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının X4 adına olan xx.xx.2015-ci il tarixli, A0000380 nömrəli plan və ölçü sənədinin koordinatlarına uyğun işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, o, 10 yanvar 2022-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin Notariat ofisində X6 ilə alqı-satqı müqaviləsi bağlayaraq sonuncunun mülkiyyətində olan 3.64 ha (3 hektar 64 sot) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 33850 manata almışdır. O, qeyd olunan torpaq sahəsini cavabdeh orqan tərəfindən X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa və torpaq sahəsinin xx.xx.2015-ci il tarixli, A000380 nömrəli plan və ölçüsünə inanaraq almışdır. Yuxarıda qeyd etdiyi kimi alqı-satqı müqaviləsini bağlayarkən cavabdeh orqan tərəfindən tərtib olunmuş sənədlərə inanaraq bağlamışdır və müqavilə bağlanan vaxtdan da 3.64 ha torpaq sahəsi onun mülkiyyətində və sahibiyindədir. Bu gün də onun istifadəsində 3.64 ha torpaq sahəsi var. O, torpaq sahəsinin rəsmi olaraq alqı-satqı edəndən sonra torpaq sahəsinə dair çıxarışın verilməsi üçün müraciət etmiş, müqavilədə 3.64 ha torpaq sahəsi olmasına baxmayaraq qanunsuz və əsassız olaraq ona 2.99 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan isə yanlışlığın aradan qaldırılması əvəzinə ona imtina verərək 0.61 ha torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.26 ha hissəsinin isə başqa şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunur. Göründüyü kimi imtinanın özü belə formal olaraq yazılmışdır. O, müraciət edərək yanlışlığın düzəldilərək 0.65 ha torpaq sahəsinin qeydə alınmasını xahiş etmişdir, cavabdeh orqan isə 0.61 ha torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.26 ha hissəsinin isə başqa şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyünü göstərir. Onda sual yaranır ki, o, 0.65 ha torpaq sahəsinin qeydə alınmasını xahiş etdiyi halda 0.87 ha torpaq sahəsinin olmasını cavabdeh orqan hansı əsasla yazmışdır. O, qanuni əsasla cavabdeh orqanın rəsmi sənədlərinə inanaraq alqı-satqı etdiyim halda cavabdeh orqan özü verdiyi hüquq müəyyənedici sənədi tanımaq istəmir ki, bu da onun mülkiyyət hüququnu pozur.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmiş və hazırki tələb “X7 X8 düzəliş edilərək mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının X4 adına olan xx.xx.2015-ci il tarixli A000380 nömrəli plan və ölçü sənədinin koordinatlarına uyğun işlənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmiş və hazırkı iddia tələbi “Göygöl şəhərində yerləşən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli, **********33 reysestr nömrəli ********** qeydiyyat nömrəli reyestr qeydinə düzəliş edilərək torpaq sahəsinin olçüsünün 3.64 ha qeyd edilməsi və həmin ölçüdə torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın və daşınmaz əmlakın yerləşdiyi ərazi “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları ilə X6 və "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 4-cü bəndi).
23. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
24. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 3.64 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli A 000380 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus 3.64 ha torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 2.99 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A 789693 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
28. İddiaçı qeyd olunan düzəliş edilərək torpaq sahəsinin olçüsünün 3.64 ha qeyd edilməsi və həmin ölçüdə torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-4115/2024 nömrəli məktubla müraciətdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.61 ha hissəsinin dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi, 0.26 ha hissəsinin isə başqa şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasını təmin etmək mümkün olmamışdır.
29. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.61 ha hissəsi dövlət mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi, 0.26 ha hissəsinin isə başqa şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür.
30. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
31. Belə ki, məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X7 uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmin 3.64 ha (koordinatlara əsasən 2.99 ha) torpaq sahəsi üzərində tikili və qurğu aşkarlanmadı. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, A-789693 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X7 uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir. Həmin 2.99 ha torpaq sahəsi üzərində tikili və qurğu aşkarlanmadı. xx.xx.2022-ci il tarixli, A-789693 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2015-ci il tarixli, A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşür. Həmin üst-üstə düşən hissə 2.18 ha təşkil edir. 4-cü və 5-ci suallara cavab olaraq bildirilir ki, xx.xx.2015-ci il tarixli A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 3.64 ha göstərilsə də, həmin plan və ölçü sənədindəki koordinatlara əsasən 2.99 ha müəyyən olunmuşdur. Bu səbəbdən də, yerdə qalan 0.65 ha hissə tərəflərindən müəyyən edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edirlər ki, 2015-ci ildən öncədə həmin torpaq sahələri, Xanlar (indiki Göygöl) rayonu Heyvandarlıq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli (Dövlət aktlarınında öz əksini tapdığı) kompleks yerquruluşu layihəsinə istinadən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsidir.
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11837/2025 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 48-51 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən, İddiaçı X1 aldığı 3.64 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquq sahibinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi tərəflərindən icraata qəbul edilmişdir. Ərizənin icrası məqsədilə torpaq sahəsinə müayinə baxışı keçirilmiş, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il, 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən tərtib edilmiş torpaqların yeni elektron kadastr uçotu xəritəsində və faktiki istifadədə olan torpaq sahəsinin 2.99 ha olduğu müəyyən edilmişdir. İddiaçı 3.64 ha torpaq sahəsinin 0.65 ha azalmasına və faktiki sahəyə uyğun 2.99 ha olmaqla çıxarış və torpaq sahəsini planı və ölüsünün verilməsinə razılıq verməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq Göygöl şəhərində yerləşən 2.99 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********33 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin çatışmayan 0.65 ha hissəsinin bələdiyyəyə məxsus eyni təyinatlı torpaq sahəsindən ayrılıb verilməsi barədə hüquqmüəyyən edici sənədlər ərazi idarəsinə daxil olacağı təqdirdə tərəflərindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Məlumat üçün onuda qeyd edilir ki, Göygöl şəhərində yerləşən, alqı-satqı edərək aldığı torpaq sahəsi üzərində aparılmış qeydiyyat zamanı yol verilmiş yalnışlığın aradan qaldırılaraq 3.64 ha torpaq sahəsinə dair çıxarış verilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş 3-21-3-33/1-0-0031- 8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəflərindən baxılmış və ona xx.xx.2023ci il tarixli, **********81 nömrəli cavab məktubu göndərilmişdir.
33. Mübahisə predmeti olan torpaq sahəsinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli sahə iddiaçı tərəfindən əkilməklə istifadə edilir. Baxış zamanı mütəxəssis Elmar Aslanov sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının faktiki istifadəsində 3.64 ha-dan artıq torpaq sahəsi var. O, mütəxəssis tədqiqatını Yeni uçot xəritəsi üzrə aparmışdır. Həmin xəritədə iddiaçının adına A№789693 nömrəli planölçü sənədi üzrə 2.99 ha işlənilmişdir. İddiaçı sözügedən torpaq sahəsini X3 aldığını və uzun illərdir istifadə etdiyini, mübahisəsiz əkin əkdiyini bildirmişdir. Baxış zamanı iddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, çıxarış alınması ilə bağlı anasına verdiyi etibarnamədə ona belə bir səlahiyyət verməməsinə baxmayaraq, anasından torpaq sahəsinin 0.65 ha azalma ilə çıxarış verilməsinə notarial ərizə alaraq, 2.99 ha torpaq sahəsinə dair çıxarış və plan-ölçü vermişlər. Halbuki, o, 3.64 ha torpaq sahəsinin dəyərini satıcıya ödəmiş və həmin ölçüdə torpaq sahəsini satın almışdır.
34. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 13091/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli, xx.xx.2015ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olmuş 3.64 ha (koordinatlara əsasən 2.99 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2015-ci il tarixli, A-000380 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2.99 ha sahə ərazinin kompleks yerquruluşu layihəsi və JN-402 saylı Dövlət Aktında göstərilən konturlara əsasən tərtib olunmuşdur. Belə ki, **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdə (JN-402 saylı Dövlət Aktında) torpaq sahəsinin ölçüsü 2.99 ha olduğu təqdirdə çıxarış sənədi 3.64 ha torpaq sahəsinə dair verilmiş lakin plan və ölçü sənədindəki koordinatlar JN-402 saylı dövlət aktında göstərilən konturlara uyğun olaraq 2.99 ha təşkil edir. **********33 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 3.64 ha torpaq sahəsinin ilkin sənəd olan JN-402 saylı dövlət aktında göstərilən hansı konturlara uyğun olaraq tərtib edildiyini müəyyən etmək mümkün deyildir. Bundan əlavə ərazinin kompleks yerquruluşu layihəsi və JN-402 saylı dövlət aktına əsasən 2.99 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə A-000380 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara əsasən 2.99 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti arasında uyğunsuzluq halı mövcuddur. İnzibati iş üzrə sözügedən torpaq sahələrinin naturada yerləşmə vəziyyətlərini əks etdirən ortofoto görüntüləri arayışa qoşma edilir. Qeyd edilir ki, faktiki istifadədə olan 4.86 ha torpaq sahəsi üzərində elektron baza məlumatlarına əsasən inzibati iş üzrə tərəflərdən olmayan başqa şəxslərin hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı.
35. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 3.64 ha olmasına baxmayaraq, torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərkən və çıxarış verilərkən TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin 2.99 ha işlənilməsi əsas gətirilməklə, qeydiyyat sənədlərində sahə 2.99 ha kimi qeyd edilmişdir.
36. Lakin hazırda iddiaçının istifadəsində alğı-satqı əsasında mülkiyyətinə aldığı 3.64 ha torpaq sahəsinin istifadəsində olması və hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halının olmaması müəyyən olunmuşdur.
37. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda və A 789693 torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının ölçüsünün 2.99 ha kimi qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin qeydiyyata düzəliş edilməsinə dair iddiaçının tələbi haqlıdır.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
39. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl şəhərində yerləşən 2.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli, **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestr qeydinə düzəliş edilərək torpaq sahəsinin olçüsünün 3.64 ha qeyd edilməsi və həmin ölçüdə torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva