Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-743/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçıların vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri üzrə İcra idarəsinə qarşı icra işinin icraatının davam etdirilməsi ilə bağlı hərəkətin və icra işi üzrə icraatın dayandırılmasına dair hərəkətsizliyin qanunsuz hesab edilməsi və icra işi üzrə icra hərəkətlərinin dayandırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri üzrə İcra idarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, icra işi üzrə hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Sərdar Bayramova və Hümbət Bayramova qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksi və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı xx.xx.2011 -ci il tarixli, 06P000006462 saylı ipoteka və girov müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişlər. Mübahisə predmeti olan iş üzrə ilkin məhkəmə qətnaməsini Gəncə şəhər Kəpəz rayon Məhkəməsi çıxarmaqla, icra vərəqəsi Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmişdir. Bundan sonra iddiaçı Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət edərək hüquqla bağlı mübahisə yarandığını nəzərə alaraq icra işi üzrə icra hərəkətlərinin və sifariş üzrə hərracın keçirilməsinin dayandırılmasını xahiş etmiş, lakin cavabdeh onun vəsatətinin həll edilməsindən imtina etmişdir. Bununla cavabdeh icra haqqında qanunun tələblərinə riayət etmədən maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı icra işinin icraatının davam etdirilməsi ilə bağlı hərəkətin və icra işi üzrə icraatın dayandırılmasına dair hərəkətsizliyin qanunsuz hesab edilməsi və icra işi üzrə icra hərəkətlərinin dayandırılmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçıların vəkili X7 iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 132283/19 nömrəli məktubla iddiaya münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4932/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular “Süleyman”adma kəndli Fermer Təsərrüfatından, X2 və X1 cəmi 521.913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olarq və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq “xxxxxxxxxx” QSC-yə verilməsi, tutmanın X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən əmlak kompleksinə yönəldilməsi; həmin əmlak açıq hərracdan satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 451.000 manat dəyərində müəyyən edilməsi; tutmanın X3 məxsus ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi; həmin əmlak açıq hərracdan satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 960.000 manat dəyərində müəyyən edilməsi; ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə edilən vəsaitlərinin qalan hissəsi ipoteka qoyanlara qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuş və borclulara tələbin könüllü icrası haqqında bildirş göndərilmiş, lakib borclular borcu ödəməmişdilər. İcra sənədində qeyd edilən əmlak kompleksləri satılması üçün xx.xx.2019-cu il tarixdə hərraca göndərilmiş və tələbkar “xxxxxxxxxx” QSC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə borclulara həmin əmlak komplekslərinin könüllü olaraq boşaldılması üçün bilidiriş göndərilmişdir. Bundan başqa Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3098/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən əmlak kompleksi və ünvan 1ndə yerləşən əmlak kompleksinin özgəniləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmiş, lakin tələbkar “xxxxxxxxxx” QSC-nin şikayəti ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-4398/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3098/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4932/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, yekun olaraq dörd kredit razıllaşması üzrə cəmi tutulacaq məbləğ 521.913,61 ABŞ dollarının manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman” adına kəndli Fermer Təsərrüfatından, X2 və X1 müştərək qaydada tutularaq “xxxxxxxxxx” QSC-yə verilməsi, eləcə də qətnamənin mübahisələndirilən qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -“xxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, 0725 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4932/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər “Süleyman” adına kəndli Fermer Təsərrüfatından, X2 və X1 “xxxxxxxxxx” QSC-nin xeyrinə tulmuş borc ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən əmlak kompleksi və ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilmiş, sifariş əsasında keçirilən hərracın nəticəsi olaraq müvafiq əmlak “xxxxxxxxxx” QSC-nin mülkiyyətinə keçmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli, 132283/19 nömrəli bildirişindən görünür ki, “xxxxx” MMC-nin hərracın yekunları barədə protokoluna əsasən Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub-qərbində yerləşən əmlak kompleksinin və ünvan 1ndə yerləşən əmlak kompleksinin tələbkar “xxxxxxxxxx” QSC tərəfindən əldə edildiyi bildirilərək cavabdehlərə qeyd olunan əmlakın tələbkara təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixədək vaxt verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyil. Belə ki, “xxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, 0725 nömrəli məktubundan və icra qurumunun xx.xx.2020-ci il tarixli, 132283/19 nömrəli məktublarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4932/2019 nömrəli icra sənədi tam icra edilmiş və ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə keçmişdir. İcra qurumunun hazırki hərəkəti bilavasitə həmin qərarın icrası istiqamətində deyil, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 72.2-ci maddəsinə əsasən müəyyən edilmiş vəzifələr çərçivəsində fəaliyyət istiqamətidir. Odur ki, hazırki vəziyyətdə icra icraatının dayandırılması ilə bağlı icra qurumunun hər-hansı vəzifəsi istisna olunur. Bundan əlavə icra icraatının dayandırılması icra məmurunun hüququ və ya vəzifəsi kimi qanunla müəyyən edildiyinə görə məhkəmənin qərarı ilə belə bir öhdəliyin həmin qurumun üzərinə qoyulması yolverilməzdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun:- -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -8.1-ci maddəsinin 2-ci hissəsinə görə İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.-Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir -10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. -72.2-ci maddəsinə əsasən Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. -72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı icra işinin icraatının davam etdirilməsi ilə bağlı hərəkətin və icra işi üzrə icraatın dayandırılmasına dair hərəkətsizliyin qanunsuz hesab edilməsi və icra işi üzrə icra hərəkətlərinin dayandırılması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-743/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-743/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver