Məhkəmə qərarları › İş №2-1(114)-744/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-744/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-744/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı (üçüncü şəxs X4) üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması iddia tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 mart 2021-ci il tarixli sərəncam ilə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 10, 43 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olduğundan həmin mənzil üzrə iddia qaldırmaq subyektiv hüququnun da ona məxsus olması, iddia ərizəsinin İddiaçı adından tərtib edilməklə məhkəməyə təqdim olunması, həmin ərizənin iddiaçının özü tərəfindən və ya yaxın qohumuna verilən etibarnamə əsasında nümayəndəsi tərəfindən imzalanması və iddia ərizəsi nümayəndə tərəfindən imzalandıqda etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin xüsusi qeyd olunması, həmçinin iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqanın (Cavabdeh) cavabdeh qismində, məhkəmə qərarı qanunla qorunan maraqlarına toxunan digər şəxs isə (X4) üçüncü şəxs qismində cəlb edilməsi iddiaçıya izah edilməklə iddianın qanunun tələblərinə uyğunlaşdırması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu 12.04.2021-ci il tarixli ve 03.05.2021-ci il tarixli məktubları ilə iddiaçıya təkrar xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamış, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı (üçüncü şəxs X4) üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbinə dair iddiası geri götürülümş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar