Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-744/2025 06.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Ambulator, stasionar xəstənin tibbi kartasından xx.xx.2022-ci il tarixli çıxarışında iddiaçıya qoyulmuş diaqnoz “Barotravma. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə). Koqnitiv funksiyaların pozulması. Kəllədaxili hipertenziya. Kəskin asteno nevrotik sindrom” kimi, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 936 nömrəli rəyində “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla F06.3” kimi, Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında “F06.3 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla” kimi, Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” və yanaşı xəstəlik “F.07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi, Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında “F06.3 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla” kimi, 2 nömrəli X2 Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında “F07.0, F.07.8, F06.3, F06.7 Baş beynin üzvi xəstəliyi nəticəsində (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) yaranan şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalarla koqnitiv funksiyaların zəifləməsi ilə MMSE-24” kimi qeyd edilmişdir.
2. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Beyin MRT-nin nəticəsi “Hər iki periventikulyar nahiyədə, hər iki sentrum semiovalidə, hər iki periartrial nahiyədə və hər iki yan mədəciyin ön buynuz qonşuluğunda 3-4 mm ölçülü, T2/FLAİR hiperintens çoxsaylı işemik-qliotik ocaqlar” kimi qeyd edilmişdir.
3. İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
6. Daha sonra İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri; Ağırlaşma - F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – E10 – İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet orta-ağır forma, İİ tip. İnsulinə ehtiyacı olan; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilmiş ensefalopatiya, Ensefalopatiya İİ dərəcə.
8. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
9. Məhkəmənin sorğusuna “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 11908 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1973cü il təvəllüdlü, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdə “Respublika Psixiastriya Xəstəxanası” publik hüquqi şəxsin gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir.
10. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “F06.5 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, funksional paraksizmlərlə” kimi qeyd edilmişdir.
11. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “F06.5 Üzvi dissosiativ pozğunluq” kimi qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3626 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki: 1) Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu, anamnezində funksional qıcolma tutmaları ilə” (F06.5) aşkar olunur. 2) Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3) Yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu, anamnezində funksional qıcolma tutmaları ilə” (F06.5) müəyyən edilir. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən etibarən 2-ci qrup əlilliyinin dayandrılması barədə qərarın ləğv edilərək həmin tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi əməliyyatların gedişatı zamanı xəstələndiyinə görə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunmuşdur. Keçirdiyi xəstəliklə bağlı ona "Yayılmış streptodermiya" diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixdə döyüş zamanı aldığı travmalara görə xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixədək M.Nağıyev adına TTYX-da müayinə zamanı ona "Barotravma", yəni “Baş beyinin yüngül dərəcədə əzilməsi" və "Eşitmə sinirinin nevriti, yəni eşitmə zəifliyi" diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu zaman ona "Qapalı kəllə beyin travması" "Orta dərəcəli baş beyin silkələnməsi", "Astenonevrotik hal" diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd etdikləri ilə bağlı (Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1266 nömrəli göndərişi, N nömrəli hərbi hissədən verilmiş çıxarış epikrizi və xəstəlik tarixlərindən çıxarışlar, M.Nağıyev adına TTYX-dan verilmiş xx.xx.1994-сü il tarixli çıxarış epikrizi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi həkim komissiyasının rəyi ilə təsdiq edilməsinə dair sənədləri ərizəmə əlavə edir). Bundan başqa o, Hərbidə aldığı xəsarətlərlə bağlı keçirdiyi xəstəliklərə görə 2020-ci il tarixdə şəkər diabeti xəstəliyinə tutulmuşdur. Şəkəri yüksək olduğuna görə hal-hazırda dövlət tərəfindən verilmiş insulin iynəsini qəbul edir. Hərbidə aldığı xəsarətlərlə bağlı, ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, 2007-ci il tarixdən 2021-ci ilin iyul ayınadək pensiya almışdır. 2021-ci ilin iyul ayında ona verilən pensiya dayandırılmışdır. Bundan sonra o, pensiyasının bərpa edilməsi üçün xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Gəncə şəhəri, Abbas Səhət adına xəstəxanda yenidən müayinə olunmuşdur. Ona orada "Barotravma. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin əzilməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Koqnitiv funksiyaların pozulması. Kəllədaxili hipertenziya. Kəskin asteno nevrotik sindrom diaqnozu qoyulmuşdur. "Akademik M.Ə.Mirqasımov adına Respublika Xəstaxanası” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən yuxarıda qeyd etdiyi xəstəliyi təsdiq olunmuşdur. Bundan sonra o, keçdiyi müayinələrdən sonra əlilliyinin və pensiyasının bərpa olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ona "Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı-kəllə-beyin travmasının və yüngül beyin əziyinin qalıq əlamətləri” diaqnozu qoyularaq əlilliyinin bərpa edilməsinə dair imtina edilmişdir. 2024-cü ildə ona aydın olmuşdur ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun iştirakı olmadan keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair qərar vermişdir. Həmin vaxtdan bu günə kimi ona pensiya ödənilmir. Əlilliyimin təyinatı "Əlillik"altsistemində etibarsız hesab edilmişdir. Onun kimi 1500 xəstədən yalnız bir neçəsinin qrupu dəyişdirilmişdir. O, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Belə ki, əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə 17 May 2022-ci il tarixli j Nazirlər Kabinetinin 187 №li qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən "Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalıkəllə-beyin travmasının və yüngül beyin əziyinin qalıq əlamətləri” əsas götürülmüşdür. Belə ki, İ, İİ və İİİ dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Beləliklə, onun əlilliyi yeni meyarla müəyyən edilməli, onun 2-ci qrup əlilliyi bərpa edilməlidir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2023cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
17. Daha sonra iddiaçı Əİiyev Samir Vaqif oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
21. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə sms-bildiriş göndərildiyi və iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhər mərkəzi xəstəxanasının xx.xx.2023-cı il tarixli göndərişi əsasında baxılmış "diaqnoz əlillik təyinatına əsas vermir" barədə imtina qərarı verilmişdir. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır.
29. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Ambulastor, stasionar xəstənin tibbi kartasından xx.xx.2022-ci il tarixli çıxarışı; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 936 nömrəli rəyi; - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar; - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Beyin MRT-nin nəticəsi; - Məhkəmənin sorğusuna “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 11908 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Ekspert rəyi. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı əlilliyi növbəti dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
33. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri; Ağırlaşma - F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – E10 – İnsulindən asılı şəkərli diabet, Şəkərli diaqbet orta-ağır forma, İİ tip. İnsulinə ehtiyacı olan; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilmiş ensefalopatiya, Ensefalopatiya İİ dərəcə.
34. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
35. Həmçinin həmin göndərişlə müəyyən olunur ki, İddiaçı “T90.5 Kəllədaxili travmaların nəticələri” diaqnozu ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdə və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Qazax Rayonlararası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicələrdə olmuşdur.
36. Həmin diaqnozlardan əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
39. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
41. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin çatışmazlıqların adları, 10 funksiyalarının funksiyalarının onların ağırlıq dərəcəsi, (kod) pozulması faizi pozulması mərhələsi, orqanizmin müddəti funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1 Başın travmalarının nəticələri T90
Qiymətləndirmə 6.1.2. ümumi beynin təzahür edən 65-80 2 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 6.1.4. psixi təzahür edən pozuntularla 65-80 2 il baş beynin əzilməsi, kontuziyası
42. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
43. Belə ki, iddiaçının əsas diaqnozu (başından aldığı travma) onda beynin təzahür edən və psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərlə, habelə məhkəmənin əldə etdiyi ekspert rəyi ilə iddiaçıda qıcolma tutmalarının olması, beyindəişemik-qliotik ocaqların olması, ən əsası psixi pozuntu halı olan Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu” (F06.5) olması öz təsdiqini tapmışdır.
44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
45. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva