Məhkəmə qərarları › İş №2-1(114)-745/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-745/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-745/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və mütəxəssis X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1449 nömrəli qərarı ilə iddiaçının “Sağ qoltuqaltı nahiyyəsinin sağ kürəküstü nahiyyədən dəlib keçən güllə yarası. Travmadan sonrakı çiyin oynağının pleksalgiyası” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Sol mil sümüyünün tipik yerini dəyişməyən qapalı sınığı” diaqnozlu travmasının səbəb əlaqəsi isə “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir.

5. Daha sonra iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə şəhət Birləşmiş Xəstəxanası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – L90.5 – Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Sağ qoltuq altı nahiyəsinin ön sağ kürək nahiyəsinin səthlərində kobud çapıq toxumaları, sağ bazu oynağının periartikulyar osteoparozu, sağ akrom clavikulyar oynağın artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma-25 dərəcə). ETTOİ-xx.xx.2024. Arayış №-**********.AB 1473/2024; Ağırlaşma – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Yaxınlaşdırıcı kontrakturası (uzaqlaşm-25 dərəcə); Ağırlaşma – M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz, Sağ bazu oynağının periartikulyar osteoparozu; Ağırlaşma – M19.1 – Digər oynaqların posttravmatik artrozu, Sağ akrom clavikulyar oynağın artrozu; Ağırlaşma – L91.0 – Hipertrofik çapıq, Sağ kürək nahiyyəsinin səthlərində kobud çapıq toxumaları; Yanaşı xəstəliklər – M47.8 – Digər spondilyozlar, Yayılmış spondilyozu; Yanaşı xəstəliklər – M54.1 – Radikulopatiya; Yanaşı xəstəliklər – M42.9 – Onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu, Döş-bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu ilə; Yanaşı xəstəliklər – M41 – Skolioz, Onurğanın sola baxan döş-bel tipli skoliozu.

6. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

7. “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 4349/8679 nömrəli arayışında diaqnoz “Sağ qoltuqaltı nahiyyəsinin, sağ kürək nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bazunun travmatik bazu pleksiti. Sağ kürək və çiyin oynağının kontrakturası. Sağ yuxarı, ətrafın funksiya pozğunluğu. Sağ əlin tutma funksiyasının pozulması. Daimi ağrı sindromu ilə. Sağ bazu oynağının artozu” kimi qeyd edilmişdir.

8. “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ qoltuqaltı nahiyyəsinin ön, sağ kürək nahiyyəsinin səthlərində kobud çapıq toxumaları, sağ bazu oynağının periartikulyar osteoparozu, sağ akrom clavikulyar oynağın artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma-25 dərəcə), onurğanın sola baxan döş-bel tipli skoliozu, yayılmış spondilyozu, döş-bel fəqərələrinin osteoxondrozu, irrodasiya verən kəskin kökcük ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

9. “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Çiyin oynağı rentgenoqrafiyası (sağ; iki proyeksiyalı) nəticəsi olaraq göstərilmişdir ki, bazu oynağını formalaşdıran sümük toxumalar normal konfirurasiya və pozisiyadadır. Mülayim periartikulyar osteoparoz izlənir. Oynaq yarığı norma daxilində olub, sümük konturları düzgündür. Acromioclavicular oynaqda başlanğıc dövr artroz izlənir. Yumşaq toxumalara aid patoloji dəyişiklik qeyd olunmur.

10. Abbas Səhhət adına Xəstəxananın boyun fəqərələrinin MRT protokolunda göstərilmişdir ki, boyun fəqərələrində destruktiv dəyişiklər,spondilolistez qeyd edilmir. Boyun fəqərə arası disklərdə degenerasiya və dehidratasiya əlamətləri qeyd olunur. Patoloji lordoz. C2-C3- fəqərə arası diskdə qabarma (bulginq) C3-C4-fəqərə arası diskdə arxa mərkəzi fokal ölçüsü 2.0mm ekstruziya. Ön epidural sahə dural kisə kompressiyası. C4-C5- fəqərə arası diskdə geniş əsaslı arxa mərkəzi ölçüsü 2.5mm ekstruziya. Ön epidural sahə dural kisə kompressiyası. C5-C6- fəqərə arası diskdə sol paramedian ölçüsü 2.8 mm ektruziya. Ön epidural sahə dural kisə kompressiyası. Osteoxondroz. Paravertebral yumşağ toxumalar intarktdır Onurğa beyinin boyun şöbəsində nəzərə çarpan patologiya aşkarlanmadı.

11. Məhkəmənin sorğusuna “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-3/2-3345/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixində, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində həkimnevroloqa müraciət etmişdir. Vətəndaş İddiaçı “Bilək kanalı sindromu” diaqnozu ilə ambulator şəkildə müvafiq müalicə və müayinədən keçmişdir. Əlavə olaraq bildirilir ki, vətəndaş ambulator tibbi vərəqəsini özü ilə aparmışdır.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1819 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2009-cu il tarixli 1449 saylı qərar hal-hazırda qüvvədədir.

13. Məhkəmənin sorğusuna “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-28-11/2-1570/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə həkim Nadir Hüseynovun yanında müayinədən keçmiş, ona skolioz, digər spondilyozlar, onurğanın gənclik osteoxondrozu, radikulopatiya, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hipertrofik çapıq, hərəkətsizliklə bağlı osteoporoz, digər oynaqların postravmatik artrozu, oynaqların kontrakturası, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, əl odlu silahından atəş diaqnozu qoyulmuşdur. Xəstə İddiaçı ona aid tibbi kartanı və digər sənədləri xəstəxanaya təhvil vermədən özü ilə aparmışdır. II. Məhkəmədə icraat

14. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 10 il ardıcıl (fasiləsiz) 2-ci qrup əlil olmağını nəzərə alaraq əlilliyinin dayandığı xx.xx.2021-ci il tarixdən 2-ci qrup müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-cl il tarixdə doğulmuşdur. xx.xx.2011-ci il tarixdən 2-ci qrup əlil hesab edilərək hər il ardıcıl olaraq tibbi həkim komissiyasından keçməklə 01.02…2021-ci il tarixədək əlil hesab edilmiş, müvafiq əmək pensiyası və prezident təqaüdü ilə təmin olunmuşdur. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Diaqnoz: Sağ q/a və sağ kürək nahiyyəsinin dəlib keçən küllə yarası travmadan sonra çiyin oynaq pleksiyası sağ çiyin kürək əzələlərinin hipotrofiyası sağ çiyin oynaqlarının hərəkət məh. Sağ y/ə funk kəskin dərəcədə pozulması NSD asteno nbefrotik sindrom. xx.xx.2021-ci il-ci il tarixdə əlilliyinin davam etdirilməsi üçün sənədlər təkrar sistemə işlənmiş, lakin əlliyin təyin olunmasından imtina edilmişdir. Uzun müddət müalicədən sonra təkrar 2022 və 2024-cü illərdə əlilliklə bağlı sənədlər tibb müəssisəsindən əlillik təyin olunması üçün X9 işlənsə də yenə də imtina cavabı verilmişdir. Onu da deyir ki, müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan vaxtadan gec cavab versələr də, əlilliyin qiymətləndirilməsini alt sistemdə geri tarixlə rəsmiləşdirirlər. Belə ki, sonuncu dəfə xəstəlik tarixçəsindəki məlumatları poliklinika vasitəsi ilə sistemə 22 fevral 2024-cü il tarixdə işlənsə də, cavabdeh 2024-cü ilin aprel ayının 9-da onu Bakı şəhər əlillərin Reabilitasiya Mərkəzinə əyani müayinəyə dəvət etmiş və həmin tarixdə onların qəbulunda olmuşdur. Qəbuldan (aprelin 9-dan) bir müddət sonra yenidın əlliyin təyin olunmaması ilə bağlı bildiriş almışdır. Bildirişdə isə onun əliliyinin qiymətləndirilmə tarixi xx.xx.2024-cü il qeyd olunmuşdur. Belə çıxır ki, cavabdeh üçün qanun və qaydalar keçərli deyil. Qanunsuz əyani müayinəyə dəvət edirlər. Müayinə tarixindən əvvəlki tarixə qiymətləndirmə tarixini göstərirlər ki, prosedur qaydalarına guya ki, əməl edirlər( qaydalara əsasən 15 iş gününə qiymətləndirilmə yekunlaşdırılmalıdır). X5 tərəfindən verilmiş sənədləri, X5ndəkindən aşağı səviyyəli avadanlıq və aparaturalarla və vizual müayinəyə əsaslanaraq qərəzli qərarlar verirlər. Verilmiş qərarla razılaşmır, çünki o, ardıcıl olaraq 10 il 2-ci qrup hesab edilmişdir. Növbəti müraciətində əlilliyi müdətsiz təyin olunmalı idi. Tibb müəssisələrinin təyin etdiyi diaqnozlarda göstərilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda var, hesab edir ki, əlilliyi dayandığı xx.xx.2021-ci il tarixdən bərpa olunmalıdır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ona xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya əlilliyin təyin olunmasından imtina etmiş, lakin sözügedən imtina qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. iddiaçı isə hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı və dəvət edilmiş mütəxəssis məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

28. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər mərkəzi xəstəxanasının xx.xx.2024-cı il tarixli göndərişi əsasında baxılmış "diaqnoz əlillik təyinatına əsas vermir" barədə imtina qərarı verilmişdir. Gəncə şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü Mustafayev llqar Qədir oğlunun (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********5). Sonradan əlillik vəziyyəti tibb müəssisəsinin 0452003AAMLR nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1449 nömrəli qərar verilmişdir. Həmin qərarda "Sağ qoltuqaltı nahiyəsinin sağ kürəküstü nahiyədən dəlib keçən güllə yarası. Travmadan sonrakı çiyin oynağının pleksalgiyası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" və "Sol mil sümüyünün tipik yerini dəyişməyən qapalı sınığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sağ çivin qurşağında ağrıdan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı sağ qoltuqaltı və kürək üstü nahiyədə yumşaq toxuma çapığı qeyd olunmuşdur. Nevroloji müayinə zamanı reflekslər canlı çağrılmıs, D=S, əzələ gücü və tonusu normal olmuş, atrofiva, hipotrofiya və parez aşkar olunmamış, hərəkətlər sərbəst saxlanılmışdır" kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sağ yuxarı ətrafında olan ağrıdan, hərəki məhdudluqdan şikayətlənmişdir. Müayinə zamanı bazu kələfində proksimal gücsüzlük qeyd edilmişdir. Baxış zamanı sağ qoltuqaltı və sağ kürək nahiyələrində çapıqlar izlənilmiş, sağ yuxarı ətrafı 100 dərəcəyə qədər qaldıra bildiyini göstərmişdir. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sağ qoltuqaltı nahiyəsinin ön kürək nahiyəsinin səthlərində kobud çapıq toxumaları, sağ bazu oynağının periartikulyar osteoparozu, sağ akromio klavikulyar oynağın artrozu, yaxınlaşdırıcı kontrakturası, (uzaqlaşma 25 dərəcə) onurğanın sola baxan döş-bel tipli skoliozu, yayılmış spondilyozu, döş-bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu ilə" kimi qeyd edilmişdir. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli bel fəqərələri rentgenoqrafiyası müayinəsinin nəticəsi "Açıqlığı sola baxan mülayim torakolumbar skolioz izlənir. Fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: yayılmış spondilyoz. Th8-Th9, Th9-Th10, L5-S1 səviyyələrində fəqərələrarası məsafələr daralıb: osteoxondroz" kimi qeyd olunmuşdur. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli hər iki diz oynağının AP proyeksiyada rentgenoqrafiya müayinəsinin nəticəsi "Norma daxilində rentgen müayinəsi" kimi qeyd olunmuşdur. X4 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Sağ bazu oynağının AP proyeksiyada rentgenoqrafiya müayinəsinin nəticəsi "Norma daxilində rentgen müayinəsi" kimi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli boyun fəqərələrinin MRT müayinəsinin nəticəsi "Boyun fəqərə arası disklərdə deqenerasiya və dehidratasiya əlamətləri qeyd olunur. Patoloji lordoz. C2-C3 fəqərə arası diskdə qabarma (bulqinq). C3-C4 fəqərə arası diskdə arxa mərkəzi fikal ölçüsü 2,0 mm ekstruziya. Ön epidural sahə kisə kompressiyası. C4-C5 fəqərəarası diskdə geniş əsaslı arxa mərkəzi ölçüsü 2,5 mm ekstruziya. Ön epidural sahə dural kisə kompressiyası. C5- C6 fəqərə arası diskdə sol paramedian ölçüsü 2,8 mm ektruziya. Ön epidural sahə dural kisə kompressiyası. Osteoxondroz" kimi qeyd olunmuşdur. X2 xx.xx.2024-cü il tarixli ENMG müayinəsinin nəticəsi "Bu EMG solda orta dərəcəli, sağda yüngül dərəcəli karpal tunel sindromu ilə uyğundur. Xəstənin sağ qolunda güllə yaralanması vardır. Sağ qol elevasiyası ağrılı və məhduddur. Kliniklə bərabər dəyərləndirilməsi məsləhət görülməkdədir" kimi qeyd edilmişdir. Ege Hospitalın xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi "Bu incələnmədə incələnən sinirlərdən alınan cavablar normal sərhədlər daxilindədir. İncələnən iynə EMG-də incələnən ezələlərdən 90 dərəcənin üzərində hərəkəti təmin edən əzələlərdə qatılım və interferansda azalma müşahidə edilmiş və bu hərəkət məhdudiyyətini (pareziya) açıqlaya biləcək sekildə o bilməkdədir. Kliniki korelyasiya tövsiyvə olunur" kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024- cü il tarixli 4397 nömrəli ambulator xəstənin Tibbi vərəqində diaqnoz "Karpal tunel sindromu. Servikalgiva" kimi qeyd edilmişdir. İxtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş instrumental müayinə və ambulator müayinə nəticələri arasında uyğunsuzluq olduğu üçün müayinə və müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müainəsi əsasında Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur. Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

29. Mütəxəssis (həkim-travmatoloq) X7 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin “A.Səhhət adına Xəstəxanası”nda cərrahiyə şöbəsində həkim-travmatoloq işləyir. Kontraktura hərəkətlərin məhdudluğu ilə bağlıdır. İddiaçının qolu 25 dərəcə açılır. İddiaçıda funksiyaların pozulması orta dərəcədədir. Hal-hazırda xəstəliyi əvvəlki vəziyyətdədir. Belə xəstəliyin bərpa edilməsi, reabilitasiya olunması nadir olsa da, bəzən mövcud olur.

30. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

31. Mütəxəssis (həkim-nevropatoloq) X6 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, iddiaçının səhhətində uzunmüddətli (30 il) kontrakturanın olması paraparezin mövcud olduğunu deməyə əsas verir, hətta sinir zədələnməsi olmasa belə. Kontraktura olduğu halda 3 il kifayət edir ki, paraparez yaranmış olsun. İddiaçının sağ qolundan aldığı güllə yaralanması onda həmin hissədə sinir sıxışmasına və kontakturaya səbəb olmuşdur. Kontraktura hərəkət məhdudluğu deməkdir və bu halda, əzələ hərəkətsiz qalır ki, bu da paraparezin yaranmasına, yəni əzələ gücünün enməsinə səbəb olur. İddiaçının sağ qolunda hazırda əzələ gücü 3 baldır. Əzələ gücünün 4 baldan aşağı olmas artıq parez halını yaradır, hətta 4 bal belə yüngül parez kimi qəbul edilir. Kontaktura birtərəfli olduqda, onurğa sütununda da xəstəliklər yaradır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1449 nömrəli qərarı; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - xx.xx.2024-cü il tarixli göndəriş; - “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 4349/8679 nömrəli arayışı; - “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışı; - Abbas Səhhət adına Xəstəxananın boyun fəqərələrinin MRT protokolu; - “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Çiyin oynağı rentgenoqrafiyası (sağ; iki proyeksiyalı) nəticəsi; - Məhkəmənin sorğusuna “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-3/2-3345/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1819 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-28-11/2-1570/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1449 nömrəli qərarı ilə iddiaçının “Sağ qoltuqaltı nahiyyəsinin sağ kürəküstü nahiyyədən dəlib keçən güllə yarası. Travmadan sonrakı çiyin oynağının pleksalgiyası” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Sol mil sümüyünün tipik yerini dəyişməyən qapalı sınığı” diaqnozlu travmasının səbəb əlaqəsi isə “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

35. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

36. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə tib müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir.

37. İddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir.

38. Daha sonra iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə şəhət Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – L90.5 – Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Sağ qoltuq altı nahiyəsinin ön sağ kürək nahiyəsinin səthlərində kobud çapıq toxumaları, sağ bazu oynağının periartikulyar osteoparozu, sağ akrom clavikulyar oynağın artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma-25 dərəcə). ETTOİ-xx.xx.2024. Arayış №-**********.AB 1473/2024; Ağırlaşma – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Yaxınlaşdırıcı kontrakturası (uzaqlaşm-25 dərəcə); Ağırlaşma – M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz, Sağ bazu oynağının periartikulyar osteoparozu; Ağırlaşma – M19.1 – Digər oynaqların posttravmatik artrozu, Sağ akrom clavikulyar oynağın artrozu; Ağırlaşma – L91.0 – Hipertrofik çapıq, Sağ kürək nahiyyəsinin səthlərində kobud çapıq toxumaları; Yanaşı xəstəliklər – M47.8 – Digər spondilyozlar, Yayılmış spondilyoz; Yanaşı xəstəliklər – M54.1 – Radikulopatiya; Yanaşı xəstəliklər – M42.9 – Onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu, Döş-bel fəqərələrinin osteoxondrozu, irradiasiya verən kəskin kökcük ağrı sindromu ilə; Yanaşı xəstəliklər – M41 – Skolioz, Onurğanın sola baxan döş-bel tipli skoliozu.

39. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

40. Göründüyü kimi, iddiaçıya xx.xx.2011-ci il tarixdən etibarən fasiləsiz olaraq 10 il ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

44. Hazırkı işdə iddiaçının ikinci dərəcə əlilliyinin 10 il fasiləsiz olaraq müəyyən edilməsinə istinad edərək, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

45. İş materialları ilə iddiaçının 10 il fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.

46. Həmçinin ona sonuncu göndərişdə qoyulmuş diaqnozun əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olması, hətta ağırlaşma hallarının olması müəyyən edilir.

47. İddiaçıya qoyulmuş diaqnozlardan əsas diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında olmasa da, ağırlaşma halları olan artroz, spondilyoz, osteoxondrozun Meyarların 13.5.1-ci bəndində öz əksini tapmışdır. Və həmin xəstəliklərin iddiaçıda mövcud olması iş materialları və iclas zamanı dəvət edilmiş mütəxəssislərin (həkimtravmatoloq, həkim-nevropatoloq) izahatları ilə öz təsdiqini tapmışdır.

48. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.

49. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən iddiaçının “Sağ qoltuqaltı nahiyyəsinin sağ kürəküstü nahiyyədən dəlib keçən güllə yarası. Travmadan sonrakı çiyin oynağının pleksalgiyası” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

51. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

52. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar