Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-746/2024 05.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu, İddiaçı Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı avtomobilin cərimə meydançasından çıxarılması tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı avtomobilin cərimə meydançasından çıxarılması tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının avtomobilinin nə səbəbdən cərimə meydançasına yerləşdirilməsini müəyyən etmək üçün cavabdeh olan inzibati orqana məhkəmə tərəfindən müvafiq sorğular göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-167049/23 nömrəli məktubdan müəyyən olunur ki, “LF 7132/2 320” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən İddiaçı Yusif oğlunun adında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-6042/24 nömrəli məktubdan müəyyən olunur ki, “LF 7132/2 320” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhkəmə orqanları tərəfindən məhdudiyyətin qoyulması barədə məlumat mövcud deyildir.Lakin, yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə ödənilməmiş 95 ədəd cəriməsi vardır. İddia ərizəsini də araşdıran zaman müəyyən edilmişdir ki, iddiaçının avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb yol hərəkəti qaydalarını pozduğuna görə ödənilməmiş cərimələr olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Yusif oğlu sonuncuya məxsus **-BL- *** dövlət qeydiyyat nişanlı, Naz Lifan markalı avtomaşının cərimə meydançasından çıxarılaraq ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki: -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-1-ci maddəsinə əsasən, “yol hərəkəti qaydaları, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir”. -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən, “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır”. -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsinə əsasən, “nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır”. -“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə əsasən, “nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir”. Göründüyü kimi iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, onun avtomobilinin cərimə meydançasına yerləşdirilməsinin səbəbi onun tərəfindən ödənilməmiş cərimələr olmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı ona tətbiq edilmiş cərimələrlə razı olmadığı təqdirdə cərimlərin əsasını təşkil edən qərarları yaşayış yeri üzrə ümumi (rayon, şəhər) məhkəmələrində mübahisələndirə bilər və yaxud cərimələrlə razılaşdıqda onları ödədikdən sonra onun avtomobili cərimə meydançasından azad oluna bilər. Odur ki, iddiaçıya hal-hazırkı tələb ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı avtomobilin cərimə meydançasından çıxarılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-746/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-746/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver