Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-75/2020 03.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 (bundan sonra DƏDRX-nin 7 saylı X8) qarşı (üçüncü şəxs “xxxx” ASC) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, əmlaka dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh DƏDRX-nin 7 saylı X3rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən 31.4. kv.m faydalı sahədən ibarət A literli mağaza binasının üzərində “xxxx” QSC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, əmlaka dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən qeyri-yaşayış binaları 21.8 kv.m və 31.4. kv.m olmaqla, eyni ünvanda yerləşir və üzərində olan hüquqlar ayrı-ayrılıqda qeydiyyata alınmışdır.Bundan başqa “xxxx” ASC-nin xx xxxxx 2015-ci il tarixli, 18/2-09/72 saylı DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubundan da görünür ki, həmin qeyri-yaşayış binaları eyni ünvan və dam altında yerləşsə də, fərqli əmlaklardır. Goranboy şəhəri, V. Bayramov küçəsində bir torpaq sahəsində və eyni dam altında qeydiyyata alınmış 31.4 kv.m və 21.8 kv.m sahədən ibarət qeyri-yaşayış binasının 31.4 kv.m sahəsinin “xxxx” QSC-nin mülkiyyəti kimi qeydə alınmasına etiraz etmirlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Faiq Vəliyevin xüsusi mülkiyyətində olan Goranboy şəhəri, V.Bayamov küçəsində 0.003 ha torpaq sahəsində yerləşən 21.8 kv.m və 31.4 kv.m qeyri-yaşayış sahələri eyni ünvan və dam altında olsa da, lakin həmin sahələr hər biri ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Öna görə də, Faiq Vəliyev kredit müqaviləsi üzrə 21.8 kv.m qeyri-yaşayış sahəsini “xxxx” ASC- nin, 31.4 kv.m qeyri-yaşayış sahəsini isə “xxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. Apellyasiya icraatı zamanı tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 18757 saylı rəyində qeyd edilmişdir ki, Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən qeyri-yaşayış sahələri eyni dam altındadır, həmin sahələr bir-birindən təcrid olunmur və qeyri-yaşayış sahəsinin 21.8 kv.m və 31.4. kv.m sahələrə bölünməsi İnşaat Norma və Qaydalarının 1.0.8.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında da qeyd edilmişdir ki, eyni dam altında olan 21.8 kv.m və 31.4. kv.m qeyri- yaşayış sahələri təcrid şəkildə bir-birindən ayrılması mümkün olduğundan 21.8 kv.m qeyri-yaşayış sahəsinin “xxxx” ASC-nin, 31.4 kv.m qeyri-yaşavış sahəsinin isə “xxxx”QSC-nin mülkiyyəti kimi ayrıayrılıqda qeydə alınmasında hər hansı məhdudiyyət yaranmır. Göründüyü kimi, eyni dam altında olan 21,8 kv.m və 31.4. kv.m qeyri-yaşayış sahələri təcrid şəkildə bir-birindən ayrılması mümkün olduğundan 21.8 kv.m qeyri-yaşayış sahəsinin “xxxx” ASC-nin, 31.4 kv.m qeyri-yaşayış sahəsinin isə “xxxx”QSC-nin mülkiyyəti kimi ayrı-ayrılıqda qeydə alınmasında hər hansı məhdudiyyət yaranmır. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, əmlaka dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı DƏDRX-nin 7 saylı X6 müraciət etsə də ona imtina cavabı verilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxx” ASC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh DƏDRX-nin 7 saylı X6 və üçüncü şəxs “xxxx” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Açıq hərracın yekunları barədə 63/02 nömrəli 2013-cü il tarixli protokolun surətindən görünür ki, X1 məxsus Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən 31.4. kv.m faydalı sahədən ibarət A literli mağaza binası barəsində keçirilmiş hərracda qalib “xxxx” QSC olmuşdur. -Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, X1 məxsus Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən 31.4. kv.m faydalı sahədən ibarət A literli mağaza binası 22312,5 manat qarşılığında “xxxx” QSC-yə satılmışdır. -DƏDRX-nin 7 saylı X4 xx.xx.2019-cu il tarixli, **********13 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materiallarından görünür ki, qeydə alınması tələb olunan əmlak eyni dam örtüyü altında olan “xxxx” ASC-yə məxsus əmlakla bitişik olduğuna görə cavabdeh həmin əmlakın qeydə alınmasından imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hər iki əmlak eyni dam örtüyü altında olsa da, müstəqil şəkildə müxtəlif banklarda (21.8 kv.m hissəsi “xxxx” ASC-də, 31.4 kv.m hissəsi isə “xxxx” QSC-də) ipoteka predmeti olmuşdur. Bu hal onu deməyə əsas verir ki, hər iki əmlak əvvəllər dövlət reyestrində qeydə alınmış əmlaklardır və yenidən başqasının adına qeydə alınması üçün heç bir maneə yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokoldur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Goranboy şəhəri, V.Bayamov küçəsində yerləşən 31.4. kv.m faydalı sahədən ibarət A literli mağaza binası üzərində “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-75/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-75/2020
03.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver