Məhkəmə qərarları › İş №2-1(114)-750/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-750/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-750/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X13 nümayəndəsi X16 oğlunun, üçüncü şəxs Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14 (bundan sonra DƏDRX-nin 7 saylı X20) qarşı (üçüncü şəxs Bərdə rayon Mirzalıbəyli bələdiyyəsi) torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 7 saylı X10rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 adına zəbt kimi qeydə alınmış 0.09 ha torpaq sahəsinə hüquqi varis olaraq iddiaçının mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10rşı mərhum həyat yoldaşı X5 adına zəbt kimi qeydə alınmış 0.09 ha torpaq sahəsinin sonuncunun adına dövlət reyestrində qeydə alınmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum əri X5 faktiki istifadəsində 0.23 ha həyətyanı torpaq sahəsi olduğu halda həyatyanı torpaq sahəsi 0.14 ha qeydiyyata alınmış, 0.09 ha torpaq sahəsi zəbt kimi göstərilmiş, həmin torpaq sahəsi pay torpaq sahəsi verilən zaman pay torpaq sahəsindən çıxılmışdır. Göründüyü kimi zəbt kimi qeydə alınmış 0.09 ha torpaq sahəsi pay torpaq sahəsindən çıxılmışdır. İddiaçının əri F.Vəliyev xx.xx.2013-cü ildə vəfat etmişdir. Ərinin ölümündən sonra hal-hazırda da 0.09 ha həyatyanı torpaq sahəsini mülkiyətlərinə qeydiyyata aldıra bilməmişdir. Bu barədə DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, islahat zamanı Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, 0.0337 ha torpaq sahəsi isə zəbt kimi göstərilmişdir. Sözügedən 0.0337 ha torpaq sahəsi isə Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün müvafiq bələdiyəyə müraciət edilməsi məqsədəuyğundur. Üçüncü şəxsin nümayəndəsi X4 iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X13 xx.xx.2019-cu il tarixli, **********68 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -AZ-İ 581202 nömrəli xx.xx.2013-cü il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür. -Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X5 əmlakı üzrə vəsiyyətnamədə göstərilən vərəsəsələri, arvadı İddiaçı, qızı X7, oğlu-X6r, şəhadətnamə miras əmlak isə Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evindən və 0.14 ha torpaq sahəsindən ibarətdir. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndində kolxozun qaytanlanmış kitabında X5 adına torpaq sahəsinə rast gəlinməmiş, Torpaq Kadastr kitabında vətəndaşın adına 0.15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********96 nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin arxivində Bərdə rayon Mirzalıbəyli kəndi üzrə X22 Komissiyasının qərarı əsasında hazırlanmış vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda 154-cü sırada vətəndaş X5 adına 0.19 ha torpaq sahəsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə rayon Mirzalıbəyli kəndi üzrə X22 Komissiyasının qərarı əsasında iddiaçının mərhum əri X8 0.19 ha həyətyanı torpaq sahəsi ayrılmış, lakin torpaq sahəsinə dair müvafiq sənəd hazırlanarkən həmin torpaq sahəsinin yalnız 0.14 ha hissəsi (xx.xx.2008-ci il tarixdə verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən) dövlət qeydiyyatına alınmışdır. Nəticə etibarilə qanuni istifadədə olan 0.05 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı hazırki tələblə istifadəsində olan 0.09 ha torpaq sahəsinin mərhum əri X5 adına dövlət reyestrində qeydə alınmasını tələb etsə də, sonuncuya verilmiş 0.19 ha həyətyanı torpaq sahəsindən 0.14 ha hissəsinə çıxarış verilmiş, yalnız 0.05 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb yalnız 0.05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması hissəsində əsaslı olduğundan qalan hissədə təmin edilə bilməz. Ona görə də hazırki vəziyyətdə iddiaçının istifadəsində (ərinin mülkiyyətində) olan 0.14 ha torpaq sahəsinə bitişik 0.05 ha həyətyanı torpaq sahəsi X5 adına dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X1 Bərdə rayon Mirzalıbəyli kəndi üzrə X22 Komissiyasının qərarı ilə ayrılmış 0.14 ha torpaq sahəsinə bitişik olan və hazırda İddiaçı istifadəsində olan 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində X5 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X14 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar