Məhkəmə qərarları › İş №2-1(114)-752/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-752/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-752/2021 20.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı 09.03.202N-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon Hərbi Komissarlığı tərəfindən 29.08.N994-cü il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmətini N saylı hərbi hissədə davam etdirmişdir. 0N.02.N996-cı il tarixdə hərbi hissə komandirinin əmri ilə N7 saylı hərbi hissədə xidmədini davam etdirmək üçün göndərilmişdir. N0.04.N997-ci il tarixdən N0.05.N997-ci il tarixədək N7 saylı hərbi hissənin tərkibində Qazax rayon ərazisində Vəlixanlı mövqeyi uğrunda gedən döyülərdə iştirak etmişdir. Lakin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi arxiv İdarəsi tərəfindən verilmiş arayışda bəzi qeydlər düzgün edilməmişdir. Vəlixanlı uğrunda gedən döyüşlərdə iştirakı tam qeyd edilmişdir, lakin arxiv arayışında həmin qeydlər düzgün aparılmamışdır. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 20 may 202N-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı N6.04.202N-ci il tarixli, NN/N660 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı N0.02.202N-ci il tarixli, N/S-9529 nömrəli məktubun əsli; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin N4.02.2020ci il tarixli, 9/2-2N63 nömrəli arxiv arayışının əsli; - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti; - məhkəmənin sorğusu əsasında alınmış Kəpəz rayon Polis İdarəsinin 23.04.202N-ci il tarixli, N22-N727N-N22N nömrəli cavab məktubu; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N2.04.202N-ci il tarixli, 9/2-3003 nömrəli cavab məktubu; - məhkəmənin sorğusu əsasında alınmış iddiaçıya məxsus qeydiyyat kartasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Muharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “Müharibə veteranı adı” N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-na dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnaməyə görə “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilməsi nəzərdə tutulur. Həmin Əsasnamənin N-ci bəndinin on üçüncü abzasının müddəalarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibindəki hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi həmin nazirlik tərəfindən veriməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin müddəalarına görə “Müharibə veteranı adı”nın verilməsi N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluuqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N4.02.2020-ci il tarixli, 9/2-2N63 nömrəli arxiv arayışından görünür ki, Ağdam rayon Hərbi Komissarlığından çağırılmış, N976-cı il təvəllüdlü, İddiaçı Məbdalı oğlunun N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, 2N7 nömrəli əmrilə (əsas: §-7, səh-27, sıra- 3N, əmrdə atasının adı “Məbdalı” yazılmışdır) 3N.08.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmaqla “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 3N yanvar N996-cı il tarixli, 3N nömrəli əmrində (əsas: §-N8, səh-42, sıra- 252, əmrdə atasının adı “Məbdalı” yazılmışdır) 8-ci motoatıcı taburun sıravi əsgəri İddiaçı Məbdalı oğlunun 0N.02.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N7 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N7 nömrəli hərbi hissə komandirinin 3N yanvar N996-cı il tarixli, 3N nömrəli əmrində (əsas: §-N6, səh-75, sıra- 305, əmrdə atasının adı “Məstan” yazılmışdır) N nömrəli hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı Məstan oğlunun hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, 4-cü MAT-ın minaatan batareyasının 2-ci tağımında baş sürücü, hesab nömrəsi vəzifəsinə təyin olunması barədə məlumat vardır. 4-cü MAT-ın ştat arxası əsgəri Səfərov XN nazirinin 22.N2.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğundan N7 nömrəli hərbi hissə komandirinin N yanvar N998-ci il tarixli, 6 nömrəli əmrilə (əsas: §-N, səh-2N, sıra-7, əmrdə atasının adı “Məstəli” yazılmışdır, əmrdə vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Ağdam rayon Hərbi Komissarlığına göndərilmişdir. N7 nömrəli hərbi hissə komandirinin N0.04.N997- N0.05.N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Qazax rayonu Vəlixan mövqeyi istiqamətdə sanitar təlimatçı kimi döyüşlərdə iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 02.03.20N8-ci il tarixli, 9/2- 3572 nömrəli məktubla İddiaçı xidməti barədə SHXÇDX-nin Ağdam rayon şöbəsinə cavab göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı N0.02.202N-ci il tarixli, N/S-9529 nömrəli məktubundan görünür ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın N0.07.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N7 nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti Atəşkəs dövrünə (N2.05.N994-cü il tarixə) təsadüf etdiyindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N2.04.202N-ci il tarixli, 9/2-3003 nömrəli məktubundan görünür ki, Ağdam rayon Hərbi Komissarlığından çağırılmış, N976-cı il təvəllüdlü, İddiaçı Məbdalı oğlunun N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, 2N7 nömrəli əmrilə (əsas: §-7, səh-27, sıra- əmrdə atasının adı “Məbdalı” yazılmışdır) 3N.08.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmaqla “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 3N yanvar N996-cı il tarixli, 3N nömrəli əmrində (əsas: §-N8. səh-42, sıra- 252, əmrdə atasının adı “Məbdalı” yazılmışdır) 8-ci motoatıcı taburun sıravi əsgəri İddiaçı Məbdalı oğlunun 0N.02.N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N7 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N7 nömrəli hərbi hissə komandirinin 3N yanvar N996-cı il tarixli, 3N nömrəli əmrində (əsas: §-N6, səh-75, sıra- 305, əmrdə atasının adı “Məstan” yazılmışdır) N nömrəli hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı Məstan oğlunun hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, 4-cü MAT-ın minaatan batareyasının 2-ci tağımında baş sürücü, hesab nömrəsi vəzifəsinə təyin olunması barədə məlumat vardır. 4-cü MAT-ın ştat arxası əsgəri Səfərov XN nazirinin N2.N2.N997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğundan N7 nömrəli hərbi hissə komandirinin N yanvar N998-ci il tarixli, 6 nömrəli əmrilə (əsas: §-N, səh-2N, sıra-7, əmrdə atasının adı “Məstəli” yazılmışdır, əmrdə vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Ağdaş rayon Hərbi Komissarlığına göndərilmişdir. N7 nömrəli hərbi hissə komandirinin N0.04.N997- N0.05.N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Məstalı oğlunun xidməti və döyüşlərdə iştirakı barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Məstalı oğlunun hərbi xidməti atəşkəs dövrünə yəni N2.05.N994-cü il tarixdən sonraya təsadüf etdiyindən və onun döyüşlərdə iştirak edərkən hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) alması təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” N0 aprel 20N4-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il N6 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il N3 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın N27-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 20 may N994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin N-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar