Məhkəmə qərarları › İş №2-1(114)-754/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-754/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-754/2020 24.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs X2 vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X11rşı (üçüncü şəxslər Gədəbəy rayonu Gər-Gər bələdiyyəsi, X7, X12, X8 və X5) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı X11rşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 11 saylı X16 müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Gədəbəy rayonu Gər-Gər bələdiyyəsi, xx.xx.2020-ci il tarixli qərardadı ilə X7, xx.xx.2020-ci il tarixli qərardadı ilə isə X12, X8 və X5 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, faktiki olaraq 0,40 ha torpaq sahəsi istifadəsindədir, Xanım keçmiş həyat yoldaşıdır və rəhmətə gedib, Valeh oğludur, Rusiya Federasiyasında yaşayır, Şəhla və Validə isə qızlarıdır, Şəhla Gürcüstanda, Validə isə Astara rayonunda yaşayır. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə Vidadinin istifadə etdiyi sahələr fərqli yerlərdədir və təcrid olunub, yəni mübahisələndirilən sahənin Vidadiyə aidiyyəti yoxdur. Üçüncü şəxs X2 vəkili X15 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsini tələb etmək hüququ yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 11 saylı X14 xx.xx.2018-ci il tarixli, **********19 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Gədəbəy rayonu Gər-Gər kəndinin kompleks yerquruluşu planından çıxarışın surətindən görünür ki, İddiaçı qanuni istifadəsində 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. -Gədəbəy rayon Dövlət Arxivinin xx xxxxxxxx 2017-ci il tarixli, 56 nömrəli məktubundan görünür ki, arxivdə mühafizə olunan 1966-1968-ci illərə dair Gərgər kənd XDS İK-nin 23 saylı təsərrüfatbaşına kitabının 664 şəxsi hesabında İddiaçı adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. -Gədəbəy rayon Dövlət Arxivinin sentyabr 2016-cı il tarixli, 772 nömrəli məktubundan görünür ki, arxivdə mühafizə olunan 1969-1971-ci illərə dair Gərgər kənd XDS İK-nin 03 saylı təsərrüfatbaşına kitabının 208-ci şəxsi hesabında X3 adına təsərrüfat açılmış, onun ailə üzvləri kimi X9, X13, X10 və X1 adı göstərilmiş və 1964-cü ildə tikilmiş kirəmit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, 11/M-479 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı göstərdiyi torpaq sahəsi 0.4483 ha-dır, həmin torpaq sahəsinin bir hissəsi (3845.79 kv.m) yaşayış məntəqələri daxilində bələdiyyə mülkiyyətinə və bir hissəsi (633 kv.m) xüsusi mülkiyyətə məxsus torpaq sahəsidir və həmin torpaq sahəsi ******* saylı çıxarışla X4 məxsus torpaq sahəsi ilə 0.0633 ha hissədə üst-üstə düşür. - İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın nəticəsi olan xx xxxxxx 2019-cu il tarixli, 2935 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən hüquqmüəyyənedici sənədi olmadan İddiaçı təqdim etdiyi torpaq sahəsinin ümumi sahəsi 0,4483 ha olmuş, həmin sahənin 3846,79 kv.m hissəsi bələdiyyə mülkiyyətinə, 633 kv.metr hissəsi isə xüsusi mülkiyyətə məxsus torpaq sahəsidir, İddiaçı təqdim etdiyi torpaq sahəsi ******* saylı çıxarışla X4 məxsus torpaq sahəsi ilə 0.0633 ha hissədə üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Gədəbəy rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 1966-1968-ci illərə dair Gərgər (Dəyirmandağ) kənd XDS-nin 23 saylı təsərrüfatbaşı kitabının 664-cü şəxsi hesabında İddiaçı adına təsərrüfat barədə məlumat öz əksini tapmışdır. Həmin kitabın müvafiq səhifəsinin təsdiq olunmuş surətindən göründüyü kimi təsərrüfat başçısının istifadəsində 0.25 ha torpaq sahəsi olmuşdur. Onunla bərabər həmin təsərrüfatda 1938-ci il təvəllüdlü həyat yoldaşı Xanım Aslanova, 1961-ci il təvəllüdlü oğlu Vidadi Aslanov və digər ailə üzvləri olmuşdur. Məhkəmə qeyd edir ki, X7 1961-ci il təvəllüdlü olduğundan 1966-1968-ci illərdə onun istifadəsində ayrıca torpaq sahəsi ola bilməzdi. Başqa sözlə, təsərrüfatbaşına kitabda 664 nömrə altında İddiaçı, 208 nömrə altında isə X2 və qeyrilərinin ayrıca təsərrüfatları və torpaq sahələri mövcud olmuşdur. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı yalnız öz təsərrüfatına aid olan torpaq sahəsinə iddialıdır və bu üçüncü şəxslərin hüquqlarını məhdudlaşdırmır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın nəticəsi olan xx xxxxxx 2019-cu il tarixli, 2935 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən hüquqmüəyyənedici sənədi olmadan İddiaçı təqdim etdiyi torpaq sahəsinin ümumi sahəsi 0,4483 ha olmuş, həmin sahənin 3846,79 kv.m hissəsi bələdiyyə mülkiyyətinə, 633 kv.m hissəsi isə X2 xüsusi mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Göründüyü kimi iddiaçının istifadəsində olmuş 0.25 ha həyətyanı torpaq sahəsi halhazırda da naturada mövcuddur, lakin torpaq islahatı nəticəsində şəxsi mülkiyyətə verilməyərək bələdiyyə mülkiyyəti kimi qalmışdır. Ancaq bələdiyyə mülkiyyəti kimi rəsmi reyestrdə qeydə alınmamışdır. Torpaq sahəsi iddiaçının istifadəsindən geri alınmasını və ya onun torpaqdan istifadə hüququnu hər hansı qaydada itirməsini təsdiq edən faktlar mövcud deyildir. İddiaçı həmin torpaq sahəsini mülkiyyəti kimi qeydə aldırmaq məqsədilə torpaq sahəsinin yerquruluşu planını hazırlatmış, həmin sənəd rayonun baş memarının imzası və möhürü ilə təsdiq olunsa da, bələdiyyə sədri tərəfindən təsdiq olunmadığından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X26 torpaq sahəsini qeydə almaqdan imtina etmişdir. Göründüyü kimi torpaq sahəsinin qeydə alınmasından imtinanın səbəbi torpaq sahəsinin yerquruluşu planının bələdiyyə sədri tərəfindən təsdiq edilməməsi olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdehin imtinasını əsassız sayır və hesab edir ki, iddiaçının istifadəsinə verilmiş, X2 və ailə üzvlərinin mülkiyyətinə aid 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasənhəyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspertiza rəyinin verilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci, eləcə də mütəxəssis rəyinin verilməsi ilə bağlı torpaq sahəsinin inventarlaşmasına dair 289,63 (iki yüz səksən doqquz manat altmış üç qəpik) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gədəbəy rayon Gər-Gər kəndində yerləşən, təsərrüfatbaşına kitabda şəxsi hesab nömrəsi 664 ilə qeyd edilmiş 0,25 ha torpaq sahəsinə dair İddiaçı adına çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14 üzərinə qoyulsun. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba, həmçinin torpaq sahəsinin inventarlaşmasına dair 289,63 (iki yüz səksən doqquz manat altmış üç qəpik) manat ekspertiza xərci İddiaçı tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB**********3701778107, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ013501**********1944 SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar