Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-756/2024 15.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərdə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdeh1 və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edərək düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin kənd daxili ərazisindən Cavabdeh1 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı ilə satılması qərara alınmışdır.
2. DT və XK-nin Daşkəsən rayon şöbəsinin rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşməsi müəyyən edilmiş və ayrılmış torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanması məqsədəuyğun hesab edilmişdir.
3. Bələdiyyə ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə torpaqların alğısatqısına dair akt bağlanmış və Cavabdeh1 tərəfindən bununla bağlı bələdiyyənin hesabına 143.70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********90 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evi üzərində X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı Cavabdeh1 ünvan 1 ünvanda torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin plan və ölçü sənədinə elektron xəritə məlumatlarında düzəliş edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Ərizədə qeyd olunan torpaq sahəsi ilə bağlı uyğunsuzluğa dair məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.
7. Məhkəmənin sorğusuna Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 45 nömrəli cavab məktubunda bildirilir ki, Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinə dair bütün sənədlər, o cümlədən 2020-ci ilə qədər bələdiyyə sənədləri Daşkəsən rayon Dövlət Arxivinə təhvil verilmişdir.
8. Məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3- 48-13RA/1-48/2023 nömrəli cavab məktubunda bildirilir ki, Daşkəsən rayon X10 rayonu Quşçu bələdiyyəsinin mühafizə olunan 109 nömrəli fondu yoxlanılmış, sənədlərin tərkibində Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgi-sxemi və ya yerquruluşu planından çıxarış barədə sənədlər mövcud deyil. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X8 adına Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatına dair çıxarışlar və onların əsasında verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərində qeyd olunmuş koordinatların rəqəmsal elektron xəritədə (kadastrda) düzgün işlənilməklə torpaqların ilkin torpaq ayırma sənədləri, faktiki istifadə vəziyyəti və hazırda hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilərək düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Sahib Təbrizi küçəsində yerləşən 0.06 ha torpaq sahəsini Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarına əsasən alğı-satqı yolu ilə almış və həmin torpaq sahəsinin ona məxsus olmasına dair bələdiyyə qərarı, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin təsdiq etdiyi rəy, torpağın ayrılmasına dair plan sxemi mövcuddur. Həmin sənədlərin həqiqiliyi heç şübhə doğurmur, çünki mötəbərdir, 2006-cı il tarixdən də həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib hazırda da yaşamaqdadır. O, orada yaşaya-yaşaya qohumu olan hazırkı iş üzrə cavabdeh X14 qonşusu olan X3 0.02 ha torpaq sahəsini almışdır. Onun aldığı torpaq sahəsi Mahmud Orucova xx.xx.2006-cı il tarixli JN-184A saylı Torpağın mülkiyyətə verilməsi haqqında Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsindən kəsilərək 0.02 ha hissəsi satılmışdır. Bu isə o deməkdir ki, hazırkı iş üzrə cavabdeh Etibar Musayevə satılmış torpaq sahəsi Mahmud Orucova məxsus torpaq sahəsi ilə sərhəddə olmalıdır, yəni həmin torpaq sahələrinin fiziki cəhətdən sərhədləri olmalı və bir-birini tamamlamalıdır. Lakin reallıqda bu belə deyil, çünki Etibar Musayev həmin torpaq sahəsini alandan sonra DƏDRX-nin əməkdaşları ilə qanunsuz əlaqələrə girərək torpaq sahəsinin koordinatlarını sürüşdürərək ona məxsus olan torpaq sahəsinin koordinatlarının üzərinə daşınmaz əmlakın dövlət reyestrində işləmişlər. Hazırkı iş üzrə mübahisənin yaranmasına da məhz bu koordinatları sürüşdürməklə torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi olmuşdur. Bu sürüşdürməni etməkdə Etibar Musayevin məqsədi isə ondan ibarətdir ki, onun torpağı əlverişsiz yerə düşür, eyni zamanda o boş torpaq sahəsini alıb, onun aldığı torpaq sahəsində ev yoxdur, lakin sürüşdürmə edərək onun öz torpağında inşa etdiyi evin yerləşdiyi torpağı öz adına qeydiyyata alıb, daha sonra da həmin evi də öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıb. Bu dediklərinin sübutu kimi o, çıxarışlarda və plan ölçü sənədlərində 0.02 ha torpaq sahəsi ilə bağlı koordinatların alğı-satqıdan sonra dəyişməsinə diqqəti cəlb etmək istəyir. Bilindiyi kimi, torpaq sahəsinin daşınmaz əmlak olması və yerləşmə koordinatlarının neçə dəfə alqı-satqı yolu ilə mülkiyyətçisinin dəyişməsinə baxmayaraq torpaq sahəsinin koordinatları dəyişməz qalır, bunun dəyişməsi mümkünsüz bir haldır. Lakin bu mümkünsüz hal onların başına gəlmiş və bunu sonradan verilmiş çıxarışlar sübut edir. Belə ki, mübahisəli 0.02 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə 4Ə-1-116 saylı alqı-satqı müqaviləsinə əsasən X6 məxsus 0.06 ha torpaqdan ayrılaraq X2 və ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra, xx.xx.2020-ci ildə 4Ə-181 alqı-satğı müqaviləsi ilə Nazilə Musayeva 0.02 ha torpaq sahəsini X1 və sonuncuya xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra, xx.xx.2020-ci ildə həmin 0.02 ha torpaq sahəsini hazırki iş üzrə cavabdeh olan Etibar Musayev almışdır və ona xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, vətəndaş Etibar Musayevin aldığı 0.02 ha torpaq sahəsinin coğrafi koordinatları ilə X7 məxsus olmuş 0.02 ha torpaq sahəsinin koordinatları eyni olmalı idi, lakin bu koordinatlara vizual cəhətdən baxış keçirərkən görürsən ki, koordinatlar arasında ciddi fərq var. Bu da onun haqlı olmasını göstərir ki, torpaq sahəsinin koordinatları sürüşdürülərək ona məxsus olan torpaq sahəsinin üzərinə işlənmişdir. Bunun nəticəsində ona məxsus olan fərdi yaşayış evi də Etibar Musayevin adına qeydə alınmış 0.02 ha torpağın sərhədlərinə düşmüş və onun fərdi yaşayış evinin də Etibar Musayevin adına qeydiyyata alınması ilə nəticələnmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
13. İddiaçı və onun vəkili məhkəmə iclasına gəlmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
15. İddiaçı Cavabdeh1 və onun vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
16. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi). Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
19. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin kənd daxili ərazisindən Cavabdeh1 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı ilə satılması qərara alınmış və tərəflər arasında alğı-satqı aktı bağlanmışdır.
20. Həmçinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********90-10301 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evi üzərində X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
21. Hazırda iddiaçı Cavabdeh1 X8 alğı-satqı əsasında aldığı 0.02 ha torpaq sahəsinin koordinatlarını sürüşdürərək ona məxsus olan torpaq sahəsinin koordinatlarının üzərinə işlənildiyini iddia edərək, X8 adına Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsi, 17 ünvanında yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatına dair çıxarışlar və onların əsasında verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərində qeyd olunmuş koordinatların rəqəmsal elektron xəritədə (kadastrda) düzgün işlənilməklə torpaqların ilkin torpaq ayırma sənədləri, faktiki istifadə vəziyyəti və hazırda hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin edilərək düzəlişin edilməsini tələb edir.
22. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
24. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı (qeydiyyat üzrə koordinatları) mübahisələndirmək üçün həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
25. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
26. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun X8 qeydiyyat sənədlərini mübahisələndirmək üçün ilk növbədə ona bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, sənədlərdəki uyğunsuzluq halı müəyyən edilə bilinsin.
27. Lakin iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və X12 məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.
28. Belə ki, məhkəmənin sorğusuna Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-37/2023 nömrəli cavab məktubuna Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı və digər sənədlər əlavə edilsə də, onların arasında Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgi-sxemi və ya yerquruluşu planından çıxarış mövcud olmamış, məhkəmə təkrarən Daşkəsən rayon Dövlət Arxivinə və Daşkəsən rayonu Quşçu bələdiyyəsinə bu barədə sorğular vermişdir. Daşkəsən rayon Quşçu bələdiyyəsi sorğuya xx.xx.2023-cü il tarixli 45 nömrəli cavab məktubunda Daşkəsən rayonu Quşçu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinə dair bütün sənədlərin Daşkəsən rayon Dövlət Arxivinə təhvil verildiyini bildirmiş, Daşkəsən rayon Dövlət Arxivi isə xx.xx.2023-cü il tarixli 3-48-13RA/1-48/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, Daşkəsən rayon X10 rayonu Quşçu bələdiyyəsinin mühafizə olunan 109 nömrəli fondu yoxlanılmış, sənədlərin tərkibində Cavabdeh1 satılmış 0.06 ha torpaq sahəsinin cizgisxemi və ya yerquruluşu planından çıxarış barədə sənədlər mövcud deyil.
29. Həmçinin, məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinin zəruri texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
31. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva