Məhkəmə qərarları › İş №2-1(114)-757/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-757/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-757/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə adının “Ruslan”, soyadının “Ələsgərzadə”, atasının adının “Səxavətoviç” kimi qeyd edilməsi, ata qrafasında ata adının “X3”, ana qrafasında ana adının “X8” kimi qeyd edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə 2 nömrəli akt qeydi ilə adını və soyadını dəyişdirmiş, dövlət qeydiyyatından sonrakı adı X1muşdur. Bu barədə Ukrayna Ədliyyə Nazirliyi Vətəndaşların vəziyyəti Dövlət Akt qeydləri İdarəsi Mariupol şəhər Mərkəzi rayon VVAQ İdarəsində xx xxxxxx 2020-ci il tarixdə 2 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İddiaçının doğumu Ukrayna Respublikasının Donetsk vilayətinin Mariupol şəhərində qeydə alındığı üçün Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 65/1-Q-05/15 saylı məktubla ona doğum haqqında yeni şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamənin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun sənədlərin alınmasına, əmək və əmlak münasibətlərinə daxil olmasına, vərəsəlik şəhadətnaməsi almasına və qanunla müəyyən edilmiş qaydada digər atacağı addımlara maneçilik törədəcəkdir. Göründüyü kimi, iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi və buna müvafiq olaraq ona doğum haqqında şəhadətnamə verilməsi zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2019cu ilin avqust ayında ona Azərbaycan Respublikasının vətəndaşlığı verilmiş və şəxsiyyət vəsiqəsi almışdır. Azərbaycanda adını dəyişmək istəsə də, ona adının doğulduğu ölkədə yəni, Ukraynada dəyişməli olduğu bildirilmiş, ona görə də gedib orda adını dəyişdirmişdir. Uşaqlıqdan hamı onu Ruslan kimi çağırdığından adını dəyişdirmişdir. Cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, müvafiq qaydalara görə iddiaçının doğum akt qeydinə aid sənədlər Cavabdehdə deyil, Ukraynada olduğuna görə ona doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2020-ci il tarixli, 65/1-Q-05/15 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı doğumu Ukrayna Respublikasında qeydə alındığına görə onun doğumunun yenidən qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. -İ-HO 266518 nömrəli, xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətinin Mariupol şəhərində anadan olmuş, ata qrafasında “X3”, ana qrafasında isə “X8” qeyd edilmişdir. -İ-HO 023853 nömrəli, xx.xx.1994-cü il tarixli adın dəyişməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə adını və soyadını dəyişdirmiş, bu barədə dövlət qeydiyyatından sonrakı adı “X2” kimi qeyd edilmişdir. -AA******* nömrəli, xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Ukrayna Respublikası, Mariupol şəhərində anadan olmuş İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 02/30 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. -Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 122-6491-1220 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Məlumat Mərkəzində məlumat yoxdur. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 33/1704 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə 2 nömrəli akt qeydi ilə adını və soyadını dəyişdirmiş, dövlət qeydiyyatından sonrakı adı X1muşdur. Bu dəyişiklik Ukrayna Ədliyyə Nazirliyi Vətəndaşların vəziyyəti Dövlət Akt qeydləri İdarəsi Mariupol şəhər Mərkəzi rayon VVAQ İdarəsində xx xxxxxx 2020-ci il tarixdə 2 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İddiaçının doğumu Ukrayna Respublikasının Donetsk vilayətinin Mariupol şəhərində qeydə alındığı üçün Cavabdeh tərəfindən ona doğum haqqında yeni şəhadətnamə verilməsindən imtina edilmişdir. Nəticə etibarı ilə iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olaraq doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Federasiyası, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan Türkmənistan, Özbəkistan, Moldova və Ukrayna) "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiya ilə ədliyyə müəssisələri tərəfindən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılığa gəlmişlər. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2004-cü il 581-İİQ tarixli Fərmanı ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın:- -1.2-ci maddəsində qeyd olunmuşdur ki, razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin səlahiyyətinə mülki, ailə və cinayət işlərinin aid olduğu məhkəmələrinə, prokurorluq, daxili işlər və təhlükəsizlik orqanlarına (bundan sonra - ədliyyə müəssisələri) azad və maneəsiz müraciət etmək hüququna malikdirlər, onlar həmin orqanlarda çıxış edə, vəsatətlər verə bilər, iddialar qaldıra bilər və Razılığa gələn həmin Tərəfin vətəndaşlarının həyata keçirdiyi şərtlərlə digər prosessual hərəkətləri həyata keçirə bilərlər. -4.1-ci maddəsində qeyd olunmuşdur ki, razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. -4.2-ci maddəsində qeyd olunmuşdur ki, razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. -4.3-cü maddəsində qeyd olunmuşdur ki, Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasını nəzərə alaraq dövlətlərarası sazişi əsas tutmaqla qeydiyyat orqanın iddiaçıya aid həmin sənədləri tələb edərək doğum akt qeydi aparmaqla ona şəhadətnamə verməsilə bağlı müvafiq hüquqi prosedurlar mövcuddur. Məhkəmə iddiaçının doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.17-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. -12-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydinin bərpa edilməsi, ona doğum haqqında şəhadətnamə verilməklə şəhadətnamədə adının “Ruslan”, soyadının “Ələsgərzadə”, ata adının “Səxavətoviç”, ata qrafasında ata adının “X3”, ana qrafasında ana adının “X8” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydinin bərpa edilməsi, ona doğum haqqında şəhadətnamə verilməklə şəhadətnamədə adının “Ruslan”, soyadının “Ələsgərzadə”, ata adının “Səxavətoviç”, ata qrafasında ata adının “X3”, ana qrafasında ana adının “X8” kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar