Məhkəmə qərarları › İş №2-1(114)-759/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-759/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-759/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Üçüncü şəxs “xxxx” QSC X14 Təşkilatının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7rşı (üçüncü şəxs “xxxx” QSCX14 Təşkilatı) cavabdeh tərəfindən “xxxx” QSC-nin adına tərtib olunmuş ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7rşı (üçüncü şəxs “xxxx” QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin adına verilmiş xx.xx.2013cü il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əlavə edərək, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən, “xxxx” MMC-nin mülkiyyətində olan qeyriyaşayış binası və binanın yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-759/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddia ilə bağlı qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “xxxx” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulması (özgəninkiləşdirilməsi qadağan edilməsi) qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-759/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-759/2020 nömrəli qərardadı ləğv edilmiş, Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsinin və onun üzərində yerləşən 79,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası üzərinə qoyulmuş həbs və özgəninkiləşdirilməsi barədə qadağa götürülmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşir. MMC-nin mülkiyyətində olan əmlaklar — qeyri yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə əvvəlcə xxxxnın mülkiyyətinə, daha sonra isə “xxxx” QSCX14 Təşkilatının mülkiyyətinə keçirilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X13 tərəfindən mülkiyyət hüququna dair çıxarış tərtib olunarkən ciddi pozuntuya yol verilmişdir. Belə ki, qeyri yaşayış binası 79.5 kv.m-dir və girov olaraq yalnız qeyri-yaşayış binası qoyulmuşdur. Lakin cavabdeh üçüncü şəxsin adına mülkiyyət hüququna dair çıxarış tərtib edən zaman 0.10 ha və qeyri yaşayış binasına bütövlüküdə mülkiyyət hüququna dair çıxarış tərtib etmişdir. Halbu ki, satış predmeti yalnız girov qoyulmuş qeyri yaşayış binası olmuşdur. Bununla da, cavabdeh iş üzrə üçüncü şəxs “xxxx” QSCX14 Təşkilatının adına xx xxxx 2013-cü ildə tərtib etmiş olduğu ******* saylı çıxarışda rəhbərlik etdiyi MMC-nin mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçının rəhbəri rəsmi qaydada cavabdehə ərizə ilə müraciət etmiş və həmin yanlışlığın aradan qaldırılmasını, mübahisə predmeti olan çıxarışın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh həmin çıxarışı ləğv etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs “xxxx” QSCX14 Təşkilatının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qeyri yaşayış sahəsi qanuni əsaslarla “xxxx” QSCX14 Təşkilatının mülkiyyətinə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-75/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X8 və “xxxx” MMC-yə qarşı ipoteka qoyulmuş qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, X8 məxsus Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 2 mərtəbəli, 3 otaqlı, 64 kv.m yaşayış, 209 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və “xxxx” MMC-yə məxsus 0,1 ha torpaq sahəsində yerləşən 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası boşaldılaraq açıq hərracdan satılaraq realizə edilərək əmlakın dəyərindən icra olunduğu gün manat məzənnəsi ilə 29.286,00 ABŞ dolları əsas, 2.098,00 ABŞ dolları məbləğində faiz borcu və 2.548,00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 33.932,00 ABŞ dolları məbləğində borc pulun “xxxx” SKB-nin kredit tələbinə yönəldilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh X11 və X4 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-388/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-75/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsindən cavabdeh X11 və maraqlarına toxunulan şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi qismən X8 məxsus Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 0.12 ha torpaq sahəsi 3 otaqlı, 64 kv.m yaşayış, 209 kv.m köməkçi sahədən ibarət 19 saylı fərdi yaşayış evinə aid hissədə ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına yönəldilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi yazılaraq icra olunması üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-75/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin və Şəmkir rayon İcra və probasiya şöbəsinin 11250 saylı xx.xx.2012-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 41 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. “X1 Mərkəzi” MMC-nin Y-1105 saylı, xx.xx.2012-ci İ tarixli hərracın yekunları barədə protokoluna əsasən “xxxx” MMC-yə məxsus Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən, 5 girişli, 79,5 kv.m İzıumi, 79,5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) “xxxx” ASC-yə satılmışdır. Bunun əsasında da RX seriyalı, ******* saylı xx.xx.2013cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101 saylı sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-nin mülkiyyətində olmuş Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 79,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası “xxxx” QSC X14 Təşkilatına təhvil verilmiş və həmin əmlak üzərində “xxxx” QSC X14 Təşkilatının mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair RX seriyalı xx.xx.2018-ci il tarixli (qeydiyyat nömrəsi - **********) daşınmaz əmlakın dövlət estrindən çıxarış verilmişdir. Göründüyü kimi, sözügedən daşınmaz əmlak qanuni əsaslarla “xxxx” QSCX14 Təşkilatının mülkiyyətinə verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” MMC və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X13 nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti; - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti; - MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti; - MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti; - “X2 Mərkəzi” Hərracın yekunları barədə Y-1105 nömrəli protokolun təsdiq edilmiş surəti; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(076)-75/2010 nömrəli qətnaməsinin təsdiq edilmiş surəti; - Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2010-cu il tarixli hesabatın təsdiq edilmiş surəti; - Obyektin qəbul komissiyası tərərindən istismara qəbul edilməsi aktının surəti; - “Torpağa mülkiyyət hüququna dair” JN-2082 KOD50100108 nömrəli dövlət aktının təsdiq edilmiş surəti; - Qazax rayonu Yuxarı Salahlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının surəti; - Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktın surəti; - “xxxx” MMC tərəfindən Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X12 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, işin faktiki faktiki halları ilə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC“xxxx” QSC-nin adına tərtib olunmuş ******* saylı çıxarışın ləğv edilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X12 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina elə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-75/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X8 və “xxxx” MMC-yə qarşı ipoteka qoyulmuş qeyriyaşayış sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, X8 məxsus Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 2 mərtəbəli, 3 otaqlı, 64 kv.m yaşayış, 209 kv.m köməkçi sahədən ibarət 19 saylı fərdi yaşayış evi və “xxxx” MMC-yə məxsus 0,1 ha torpaq sahəsində yerləşən 2 girişli, 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası boşaldılaraq açıq hərracdan satılaraq realizə edilərək əmlakın dəyərindən icra olunduğu gün manat məzənnəsi ilə 29.286,00 ABŞ dolları əsas, 2.098,00 ABŞ dolları məbləğində faiz borcu və 2.548,00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 33.932,00 ABŞ dolları məbləəğində borc pulun “xxxx” SKB-nin kredit tələbinə yönəldilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh X11 və maraqlarına toxunulan şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-388/2011 saylı, xx xxx 2011-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 75/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsindən cavabdeh X11 və maraqlarına toxunulan şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2855/2011 saylı, xx xxxxxxx 2011 -ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsi qismən - X8 məxsus Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 2 mərtəbəli, 3 otaqlı, 64 kv.m yaşayış, 209 kv.m köməkçi sahədən ibarət 19 saylı fərdi yaşayış evinə aid hissədə ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqsəsi yazılaraq icra olunması üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-75/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin və Şəmkir rayon İcra və Probasiya şöbəsinin 11250 saylı xx.xx.2012-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 41, 42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. “X1 Mərkəzi” MMC-nin Y-1105 saylı, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən “xxxx” MMC-yə məxsus Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən, 5 girişli, 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət qeyriyaşayış binası (yanacaq doldurma məntəqəsi) 10.838,00 manata “xxxx” ASC-yə satılmışdır. Bunun əsasındada RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən qeyriyaşayış sahəsi “xxxx” ASC-nin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s aylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-nin mülkiyyətində olmuş Qazax rayonu, Yuxarı Salahlı kəndindı 0,1 ha torpaq sahəsində yerləşən 79,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası “xxxx” QSC Bank olmayan iredit Təşkilatına təhvil verilmiş və həmin əmlak üzərində “xxxx” QSC X14 Təşkilatının mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair RX seriyalı xx.xx.2018-ci il tarixli (qeydiyyat nömrəsi - **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla “xxxx” QSC X14 Təşkilatının mülkiyyətinə verilmişdir. Eyni zamanda, “xxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin - dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanına əsasən “xxxx” QSC X14 Təşkilatının “xxxx” ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən həmin Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilməlidir. Bu səbəbdən, Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 79,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası da “xxxx” ASC-nin mülkiyyətinə verilməli olduğundan xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktı ilə “xxxx” QSC X14 Təşkilatı tərəfindən "xxxx” ASC-yə təhvil verilmişdir. Həmçinin iddiaçı tərəfindən “xxxx” QSC-nin adına tərtib olunmuş ******* saylı çıxarışın mübahisələndirilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, ilkin olaraq üçüncü şəxsin adına verilmiş çıxarışa dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeyd mübahisələndirilməli idi. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, üçüncü şəxsin nümayəndəsinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından iddiaçı “xxxx” MMC-nin iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı “xxxx” MMC iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7rşı (üçüncü şəxs “xxxx” QSC X14 Təşkilatı) cavabdeh tərəfindən “xxxx” QSC-nin adına tərtib olunmuş ******* saylı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7rşı (üçüncü şəxs “xxxx” QSC X14 Təşkilatı) cavabdeh tərəfindən “xxxx” QSC-nin adına tərtib olunmuş ******* saylı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar