Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-76/2024 20.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıların vəkil olan nümayəndəsi X19 və cavabdehin nümayəndsi X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) üçüncü şəxsin adına aparılmış reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Çənlibel kəndində 1500 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evi İddiaçı2 tərəfindən X3 və sonuncuya bu barədə K-5-99 qeydiyyat nömrəli 269 inventar nömrəli qeydiyyat vəsiqəsi verilərək, xx.xx.1998-ci il tarixdə adına texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 1290 kv.m olduğu qeyd edilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixdə tərtib edilmiş JN- 296F Kod 50416018 nömrəli şəhadətnaməyə əsasən Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.13 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir.
3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1012/2021 saylı qətnaməsi ilə X6 adına qeyd edilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi və həmin evin ½ hissəsinə X7 mülkiyyət hüququnun tanınması qət edilmişdir.
4. Həmin qətnamə icra olunaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində xx.xx.2021-ci il tarixdə X7, 1/2 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X6 mülkiyyət hüquqları, eyni zamanda 0.13 ha torpaq sahəsi üzərində isə X6 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İddiaçıların hazırkı tələblə eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli **********43 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1012/2021 saylı qətnaməsi ilə X6 adına qeyd edilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi və həmin evin ½ hissəsinə X7 mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamə X7 adına Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Səlmi Bayramovanın mülkiyyət hüququ tanınmış və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evi xx.xx.1998-ci il tarixli alğısatqı müqaviləsi əsasında X1. Lakin sonradan müəyyyən olunmuşdur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə digər şəxsin adına JN-296F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktubuna əlavə edilmiş sənədlərin içərisində olan Çənlibel kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 86 nömrəli şəxsi hesabından çıxarışda İddiaçı1 və İddiaçı2 1996-1997-1998-ci illərdə fəhlə işlədiyi və köçüb getdiyi barədə qeyd edilmişdir.
7. Məhkəmənin sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-722/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə aparılmış araşdırma nəticəsində sözügedən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 53 saylı qərarı aşkar edilməmişdir.
8. Məhkəmənin sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2836/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Şəmkir rayonu Çənlibel kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən (əlyazma-1999-cu il, elektron-xx.xx.2001-ci il) görünür ki, İddiaçı1 və İddiaçı2 0.13 ha pay torpaq sahəsi ayrılmışdır.
9. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Çənlibel kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 86 nömrəli şəxsi hesabdan çıxarışa əsasən İddiaçı1 adına 0.13 ha torpaq sahəsi qeyd edilmişdir.
10. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 296F KOD nömrəli şəhadətnamə ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən X6 adına qeydə alınmış 0.13 ha torpaq sahəsi ilə eynilik təşkil edir. II. Məhkəmədə icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair mülkiyyət qeydinin və çıxarışın ləğv olunması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun bərpa olunaraq onların adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar islahat Komissiyasının 1998 ci il 31 avqust tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu Çənlibel kəndində 0.13 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Buna dair mülkiyyət haqqında onlara şəhadətnamə verilmişdir. 13 iyul 1998 ci il tarixli alğı-satqı müqaviləsinə əsasən torpağın üzərində yerləşən 42,5 kv.m yaşayış evini X4 da torpaq sahəsini satmamışlar və həmin vaxtdan hal-hazıra kimi mülkiyyətlərindədir. İddiaçıların torpağa dair mülkiyyət hüquqlarına qəsd edilərək torpaqları üçüncü şəxsin adına qeydiyyatı aparılaraq çıxarış veriblər. Belə ki ər-arvad arasında olan məhkəmə qətnaməsinin icrası zamanı evə dair 1/2 hissədə qətnaməni icra etmək əvəzinə hansısa maraqdanmı, yoxsa texniki səhv nəticəsində mülkiyyətlərində olan 0.13 ha torpaq sahəsi Şahmalı Bayramovun adına qeydə alınıb. DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi müraciət edərək, onların mülkiyyət hüququnun bərpa olunaraq 0.13 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmişlər və İdarə tərəfindən müraciətlərinə 04 mart 2022-ci il tarixli məktubla bildirilmişdir ki, o zaman evi üçüncü şəxsə satmaları elə torpağı da satdıqları anlamı kimi düşünmüş və ona görə üçüncü şəxsin adına rəmiləşdirmişlər. Ona görə də çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Şəmkir rayon 2 saylı Dövlət Notariat Kontorunun 13 iyul 1998 ci il tarixli alğı-satqı müqaviləsi əsasında Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1961-ci ildə tikilmiş əmlakı, yəni 42.5 kv.m yaşayış evini üçüncü şəxsə satıblar. Həmin alğı-satqı müqaviləsində də ev göstərilib, torpaq sahəsi göstərilməyib. Torpaq sahəsi heç vaxt satılmayıb və ləğv edilməmiş və hazırda da qüvvədə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətindədir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1339/2022 nömrəli qərardadı ilə (hakim U.Osmanov) iddia mümkün sayılmamışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə isə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1339/2022 nömrəli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. Məhkəmənin xx.xx.2024-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçıların vəkil olan nümayəndəsi X20 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi kimi oxunması, ünvan 1 ünvanında yerləşən 0,13 ha torpaq sahəsinə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
23. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
25. İddiaçıların vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçıların vəkil olan nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçılar evi satdıqdan sonra 1998-ci ildən Şəmkir rayonundan köçmüşlər və satdıqları evin torpaq sahəsindən istifadə etməmişlər. İddiaçıların hazırkı iddianı qaldırmaqlarına səbəb evi satan zaman torpaq sahəsini satmamalarına baxmayaraq, cavabdeh orqanın torpaq sahəsinə dair üçüncü şəxsin adına qeydiyyat aparması olmuşdur.
28. Cavabdehin iddiaya qarşı yazılı münasibəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, X5 rayonu, Çənlibel kəndində yerləşən, İddiaçı2 məxsus olan fərdi yaşayış evini və 1500.0 kv.m torpaq sahəsini Şəmkir rayon 3 saylı Dövlət Notariat kontorunun xx.xx.1998-ci il tarixli, K-3M-54 saylı alğı-satqı müqaviləsi əsasında almış və onun adına fevral 1998-ci il tarixli texniki pasport və qeydiyyat vəsiqəsi verilmişdir. Buna baxmayaraq Şəmkir rayon Aqrar İslahat Komissiyası 1998-ci il 31 avqust tarixli, 53 saylı qərarı ilə X6 alğı-satqı müqaviləsi əsasında əldə etdiyi, yəni İddiaçı2 satdığı fərdi yaşayış evinin torpaq sahəsinə (0.13 ha) dair İddiaçı1 və İddiaçı2 adına JN-296F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. X8 və X11 birgə nigah dövründə əldə edilən əmlak olaraq sözügedən fərdi yaşayış evinə məhkəmə qətnaməsi əsasında 1/2 pay bölgüsü ilə xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. X8 və X11 yuxarıda qeyd edilmiş çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir.
29. Cavabdeh orqanın nümayəndəsi X15 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsini xahiş etmişdir.
30. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh keçmiş həyat yoldaşı Şəmkir rayon Çənlibel kəndində yaşayan X14 ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin iş № 2(076)-1012/2021 saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi onun adına qeyd edilmiş Şəmkir rayon Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə X7 mülkiyyət hüququnun tanınması barədə qətnamə qət etmişdir. Mərhum atası X17 1961-ci ildə tikilmiş həmin fərdi yaşayış evini İddiaçı2 Həmid qızından 1500 kv.m torpaq sahəsi ilə birlikdə almış, mərhum atası 13 iyul 1998-ci ildə həmin fərdi yaşayış evini iyirmi bir milyon beş on iki min iki yüz altmış manata müqavilə əsasında ona satmışdır. Alğı-satqıda keçmiş həyat yoldaşı X7 heç bir rolu olmamışdır, o, həmin fərdi yaşayış evini öz vəsaiti hesabına almış, yəni halal zəhməti ilə, qabar əlləri ilə gecə-gündüz işləmişdir. Münasibətləri uyğun gəlmədiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən fərdi yaşayış evinə dair DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsindən paylı mülkiyyət kimi adlarına çıxarış almışdır. O, savadsız olduğundan mərhum atası tərəfindən alınan halhazırda Bakı şəhərində yaşayan vaxtı ilə Şəmkir rayon Çənlibel kəndində yaşayan İddiaçı2 adına olan onun tərəfindən mərhum atasından alınan 1500.0 kv.m torpaq sahəsinə dair Sevdanın adına olan torpağa dair şəhadətnamənin ləğvi barədə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, sonra iddia ərizəsin geri götürmüş, işin icraatına xitam verilmişdir. X27 Məhkəməsinin iş № 2-1(114)-1902/2022 saylı xx.xx.2022-ci tarixli qərardadında öz əksini tapmışdır. Onu da qeyd edir ki, 11 saylı Şəmkir Ərazi İdarəsində İddiaçı2 Həmdam qızının evi və torpağı satıldığından adı çıxarılmışdır.
31. Üçüncü şəxsin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı etirazı isə onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu 2 saylı Dövlət Notariat Kontorunda imzalanmış 13 iyul 1998-ci il tarixli K-M-54 nömrəli müqaviləyə əsasən Şəmkir rayonu Çənlibel kəndində 1500 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı2 tərəfindən İddiaçı1 notariat qaydasında razılığı əsasında atası X12 adına ümumi etibarnamə verilmişdir. Bundan sonra İddiaçı2 tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli K- 4E-476 nömrəli vəkalətnamə və İddiaçı1 notariat qaydasında razılığı əsasında onunla İddiaçı2 vəkalətli nümayəndəsi olan atası X17 arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Mülkə dair hüquqları dövlət reyestrində qeydə alınaraq ona 13 iyul 1998-ci il tarixli 269 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə verilmiş 0.13 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adlarına qeyd edilmişdir. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN-296F Kod 50416018 nömrəli şəhadətnamə sonradan tərtib edilmişdir. Beləliklə, o, İddiaçı2 aldığı Şəmkir rayonu Çənlibel kəndində 1500 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evinin uzun müddətdir ki, mülkiyyətçisidir. Onun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onun adına xx.xx.2022-ci il tarixdə **********4 saylı çıxarış verilmişdir və həmin çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 25 ildir ki, pulunu verib ev və torpağı almışdır. Hər il torpaqdan istifadə haqqını bələdiyyəyə ödəyir. Keçmiş sovetlər dövründə kolxoz ümumi iclasın qərarı ilə həyətyanı torpaq sahəsi yaşayışçıya ayrılmış və fərdi yaşayış evi tikilmiş, sonra mülkiyyətçilər həmin evi və torpaq sahəsini ona satmışlar. Mülkiyyətində olan torpaq sahəsi evdən sonra olmaqla dörd tərəfi bağlıdır, torpaq sahəsinə dair ayrıca giriş və çıxış yoxdur. Əgər torpaq sahəsi evdən ayrı idisə, nəyə görə indiyədək torpağa çıxarış almayıblar, uzun illər keçdikdən sonra torpağı satmadıqlarına dair məhkəmədə iddia qaldırmışlar. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsi; - 269 inventar nömrəli qeydiyyat vəsiqəsi; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1012/2021 saylı qətnaməsi; - Torpağın mülkiyyətə verilməsinə dair JN 296F KOD 50416018 nömrəli şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-722/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2836/2023 nömrəli cavab məktubu və on əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Çənlibel kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 86 nömrəli təsərrüfatında olan İddiaçı1 aid təsərrüfatından çıxarış;. - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
33. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
34. Belə ki, iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı2 tərəfindən Şəmkir rayonu Çənlibel kəndində 1500 kv.m torpaq sahəsində yerləşən, 1961ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evi xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X3 və sonuncuya bu barədə K-5-99 qeydiyyat nömrəli 269 inventar nömrəli qeydiyyat vəsiqəsi verilərək, xx.xx.1998-ci il tarixdə adına texniki pasport tərtib edilmişdir. Bundan sonra Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.13 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş və xx.xx.2001-ci il tarixdə Torpağın mülkiyyətə verilməsinə dair JN-296F Kod 50416018 nömrəli şəhadətnamə tərtib edilmişdir.
35. İddiaçılar sözügedən evi satdıqdan sonra 1998-ci ildə Çənlibel kəndindən köçüb getmişlər və evin yerləşdiyi torpaq sahəsindən həmin vaxtdan etibarən bir daha istifadə etməmişlər.
36. Sonradan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1012/2021 saylı qətnaməsi ilə X6 adına qeyd edilmiş Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi və həmin evin ½ hissəsinə X7 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə icra olunaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84- 10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində xx.xx.2021-ci il tarixdə X7, 1/2 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X6 mülkiyyət hüquqları, eyni zamanda 0.13 ha torpaq sahəsi üzərində isə X6 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
37. Hazırda iddiaçılar xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə aid olan hissədə X6 adına olan reyestr qeydini mübahisələndirərək, eyni zamanda ünvan 3 ünvanda yerləşən 0.13 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini tələb edirlər.
38. Məhkəmə iddiaçıların tələbini əsassız hesab edərək, mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
41. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 10.2 Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan cizgisi əlavə olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
43. Göründüyü kimi, X13 xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsi əsasında məhz Şəmkir rayonu Çənlibel kəndində 1500 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evini almış və evi aldıqdan sonra onun yerləşdiyi torpaq sahəsinə sahiblik və istifadəni həyata keçirmişdir.
44. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixdə tərtib edilmiş JN- 296F Kod 50416018 nömrəli şəhadətnaməyə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçılar 1998-ci ilin iyul ayında Şəmkir rayonu Çənlibel kəndində yerləşən, 1961-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi isə 42.5 kv.m olan fərdi yaşayış evini X2 baxmayaraq, həmin kənddə aparılmış islahat zamanı bundan təxminən bir ay sonra 1998-ci ilin avqust ayında (Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə) Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.13 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir.
45. Halbuki, islahatla əlaqədar həmin ərazidə yaşayan (təsərrüfatı olan) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altındakı torpaq sahələri aqrar islahat komissiyalarının qərarı ilə onların mülkiyyətinə verilmiş, məhz bu əsasla vətəndaşlara Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr işlənilmişdir.
46. Ona görə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-296F Kod 50416018 nömrəli şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi, yəni həqiqətən də aqrar islahat zamanı iddiaçılara Şəmkir rayonu Çənlibel kəndində torpaq sahəsinin qanuni əsaslarla ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə ki, aqrar islahat komissiyasının torpaq sahəsi ayrılması barədə qərarı qəbul edilən zaman iddiaçıların Şəmkir rayonu Çənlibel kəndində təsərrüfatları olmamış, onlar 1998-ci ilin iyul ayında evlərini üçüncü şəxsə satdıqdan sonra köçüb getmişlər. Bu hal isə həmin şəhadətnamənin etibarlı əsas qismində qəbul edilməsini istisna edir.
47. Məhkəmə iddiaçıların evi satarkən onun yerləşdiyi torpaq sahəsini üçüncü şəxsə satmamaları, alğı-satqı müqaviləsində torpaq sahəsinin satılmasının qeyd edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən ev fərdi yaşayış evi olmaqla, 0.13 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi alğı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alğı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir.
48. Məhkəmə onu da qeyd edir ki, alğı-satqı müqaviləsində evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1500 kv.m göstərilsə də, alğı-satqıdan sonra X6 adına tərtib edilmiş xx.xx.1998-ci il tarixli texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün 1290 kv.m olduğu qeyd edilmiş, həmçinin islahat zamanı fərdi yaşayıış evinin altında olan torpaq sahəsi kimi 0.13 ha torpaq sahəsi ayrılmışdır ki, bu da üçüncü şəxsin evi alan zaman məhz həmin ölçüdə torpaq sahəsinə (0.13 ha) hüquq əldə etdiyini göstərir.
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva