Məhkəmə qərarları › İş №2-1(114)-76/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-76/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-76/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada tanıdılması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixli AA 552222 saylı torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə AA552222 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.

2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-225/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, onun mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və onun tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikililərin öz hesabına sökülməsinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-44/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. “X8” MMC-nin xx.xx.2022-ci il tarixli 58 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində 1********** qeydiyyat nömrəli çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin naturada tədqiq olunan hüdudları cavabdeh X2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyənləşdirilmişdir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh X9 tərəfindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin Kompleks Yerquruluşu Layihəsi əsasında müəyyənləşdirilən 118 kv.m hissəsində yarımçıq şəkildə tikilinin yerləşməsi müəyyən olunmuşdur.

4. İddiaçı Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin qonşu sərhədləri ilə müəyyən olunmuş koordinatlara uyğun olaraq naturada tanıdılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və sonuncu xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-N- 00xx-xx/2023 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, qəbul edilmiş hüquq müəyyənedici sənədlər ekspertiza olunan zaman torpaq sahəsinin planı və ölçüsü (AA 552222) sənədi əsasında əraziyə baxış keçirilmişdir. GPS aləti ilə faktiki torpaq sahəsinin koordinatları təsbit edilərək elektron məlumat bazası ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə verilmiş çıxarış və plan ölçü sənədi keçmiş M.Əsədov adına təsərrüfatın Cəyirli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. Odur ki, sənəd üzrə mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatları ilə faktiki natura arasında, həm konfiqurasiya həm də bölgü layihəsi və istiqaməti arasında koordinat uyğunsuzluğu var. Bu səbəbdən onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına uyğun təyin edilə bilər. Əks halda onun mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının naturada göstərilməsi mümkün olmayacaq.

5. İddiaçı Bərdə rayonu Cəyirli kəndində, ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarının Bərdə rayonu Cəyirli kəndində aparılmış torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatlara uyğun olaraq TEKUlS məlumat bazasında düzəliş edilməsi ilə bağlı müraciətinə 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-46/2-N-00xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsininə hazırlanmış çıxarış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. TEKUlS məlumat bazasına əsasən onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi, elektron məlumat bazasında mövcud JN-168 nömrəli dövlət aktı ilə ayrılmış torpaq sahəsinin koordinatlarının hüdudları daxilində düzəliş oluna bilər. Onun mülkiyyətinə verilən 0.05 ha torpaq sahəsinin ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə dair hazırlanmış çıxarış və plan ölçü sənədinin koordinatlarına uyğun yeni elektron uçot materiallarında düzəliş aparılmasını tələb edir. Məlumat üçün bildirilir ki, ********* qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarına uyğun TEKUlS məlumat bazasında düzəliş olunarsa, digər mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstə düşər. Bu səbəbdən işin icrası mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 21-3-46/2-1105/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən JN-169 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 5 nəfər ailə üzvü ilə birlikdə adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin JN-168 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 2.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1.83 ha hissəsi X7 və 1.01 ha hissəsi isə X3 adına özgəninkiləşdirilmişdir. Halhazırda X4 adında 1.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd: TEKUİS məlumat bazası 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmədiyindən 2-ci sualın cavablandırılması mümkün deyildir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Cəyirli kəndində yaşayır, mülkiyyətində həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsi Bərdə rayon Cəyirli kənd ərazisindədir, torpağın daxilində qanunsuz tikili tikilmişdir, həmin tikilinin çox böyük hissəsi onun ərazisinə düşmüşdür. Bu mübahisəni ortadan qaldırmaq üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, hətta ekspertizanın təyin edilməsi üçün vəsatət vermiş, vəsatəti təmin edilmişdir. X1 rəyi də mövcuddur, o cümlədən çıxarış və plan ölçü sənədində uyğunsuzluq olduğunu, yəni xx.xx.2023-cü il tarixli məktubunda torpaq sahəsinin qonşu sərhədlərinin müəyyən edilməsi müəyyən olunmuş koordinatlara uyğun olaraq naturada tanıdılması barədə cavabdehə rəsmi müraciət etdiyi məktuba düzgün cavab vermirlər, çıxarış və plan ölçü sənədində göstərilən koordinatlara uyğun rəsmi sənəd vermirlər, dəfələrlə imtina sənədində müəyyən bəhanələr yazırlar, bir neçə dəfə müəyyən imtinalar verilmişdir. Lakin həmin imtinaların yekun nəticəsi qanedici olmamışdır, bu səbəbdən də hakim işə baxmamışdır Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə verilmiş plan və ölçü sənədində uyğunsuzluq göstərilib, hətta həmin torpaq sahəsinin çıxarışı da mövcuddur. Qeydiyyat nömrəsi ********** saylı çıxarış, AA552222 nömrəli plan və ölçü ilə Cəyirli kəndində yerləşən mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsiin koordinatlarının müəyyən edilməsi və naturada tanıdılması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə publik hüquqi şəxsə müraciət etmiş və nəticədə imtina etmişlər. Bu səbəbdən öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi qərara almışdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmiş, iddia tələbi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bərdə rayonu Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin koordinatlarının Bərdə rayonu, Cəyirli kəndində aparılmış torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatlara uyğun olaraq işlənilməsi” tələbinə dəyişdirilmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi ilə əvəz edilmiş, iddia tələbi isə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixli AA 552222 saylı torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, sözügedən torpaq sahəsini satın alan zaman da satıcı ona torpaq sahəsini naturada göstərməmiş, həmçinin 7 saylı Bərdə Ərazi İdarəsi də torpaq sahəsinə dair plan-ölçü sənədi verən zaman koordinatları ona naturada tanıtmamışdır. O, plan-ölçü sənədində göstərilən koordinatlar üzrə torpaq sahəsinin naturada tanıdılmasını istəyir.

23. Cavabdeh orqanın nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2021-ci il tarixli AA552222 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-44/2024 nömrəli qərarı; - “X8” MMC-nin xx.xx.2022-ci il tarixli 58 nömrəli mütəxəssis rəyi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-N-00xx-xx/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-N-00xx-xx/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 1105/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə AA552222 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.

27. İddiaçı Bərdə rayonu Cəyirli kəndində, ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinizə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarının Bərdə rayonu Cəyirli kəndində aparılmış torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində əks olunmuş koordinatlara uyğun olaraq TEKUlS məlumat bazasında düzəliş edilməsi ilə bağlı müraciətinə 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-46/2-N-00xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ********** qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsininə hazırlanmış çıxarış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. TEKUlS məlumat bazasına əsasən onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi, elektron məlumat bazasında mövcud JN-168 nömrəli dövlət aktı ilə ayrılmış torpaq sahəsinin koordinatlarının hüdudları daxilində düzəliş oluna bilər. Onun mülkiyyətinə verilən 0.05 ha torpaq sahəsinin ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə dair hazırlanmış çıxarış və plan ölçü sənədinin koordinatlarına uyğun yeni elektron uçot materiallarında düzəliş aparılmasını tələb edir. Məlumat üçün bildirilir ki, ********* qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarına uyğun TEKUlS məlumat bazasında düzəliş olunarsa, digər mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstə düşər. Bu səbəbdən işin icrası mümkün olmamışdır.

28. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluq mövcuddur. ********* qeydiyyat nömrəli **********26 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarına uyğun TEKUlS məlumat bazasında düzəliş olunarsa, digər mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstə düşər.

29. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

30. Belə ki, əvvəla, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə AA552222 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunduğundan, həmin sənədlərin qanuniliyi və mötəbərliyini istisna edən hansısa hal müəyyən edilmədiyindən, torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılması birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.

32. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

33. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh orqan tərəfindən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış və torpaq sahəsinin koordinatlarını müəyyən edən texniki sənəd tərtib edilmişdir, gələcəkdə sözügedən torpaq sahəsinin hər hansı digər şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə ehtimalı olsa belə, bu hal torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılmasından imtina üçün əsas hesab oluna bilməz.

34. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

1. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

35. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixli AA 552222 saylı torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixli AA 552222 saylı torpaq sahəsinin planı və ölçüsü barədə sənəddə əks olunmuş koordinatlar üzrə naturada tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar