Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-762/2023 20.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, nümayəndəsi, eyni zamanda vəkili Vəkil cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə Şəmkir rayonun, Təzəkənd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. ИТ-İ seriyalı 053293 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X5 Mərkəzində, xx.xx.1996-cı il tarixdən köçürmə yolu ilə Gəncə X1 xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də işləyir. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, 37 nömrəli arayışına əsasən iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1993-cü il tarixlərində, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərində, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərində, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərində, xx.xx.2003-xx.xx.2007-ci il tarixlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 2 saylı pensiya siyahısı üzrə, xx.xx.2007xx.xx.2013-cü il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13-2022-0125 nömrəli arayışına əsasən iddiaçıya xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər o dövrün pul vahidi olan RUBL ilə, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək o dövrün pul vahidi olan RUBL ilə, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər isə o dövrün pul vahidi olan AZM ilə əmək haqqı hesablanmışdır. DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 146 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı “güzəştli şərtlərlə pensiya təyinatı” ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli arayışına əsasən "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində xx.xx.1981xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASCnin Gəncə Gil-torpaq İstehsalat sahəsində xx.xx.1981-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığı üzrə nəzarətçi maşinist, xx.xx.1993-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.1999xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə qazanxana sexinin növbə rəisi vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2021-ci ilin noyabr ayında əlilliyə görə əmək pensiyası dayandırıldıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə müraciət etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və eyni zmanda vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina əsaslarını yenidən göstərməklə yanaşı qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 32 il 9 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 20 gün əmək stajı (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1996-cı il. 09.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixindən sonra 7 il 11 ay sığorta stajı təşkil edir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların səsələrin, vəzifələrin və göstəricilərin siyahısı"nin elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr (a) bəndində qazanxana avadanlığının böyük maşinisti vəzifəsi və həmin bölmənin rəhbərlər və mütəxəssislər (b) bəndində qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisi vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarından da aşkardır ki, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Aydındır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2022 tarixli **********7 nömrəli imtina məktubu əsaslıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndində qeyd olunur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.2017-ci ildə 57 yaşı tamam olmuşdur. İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib, əvvəlki ərizəsində xx.xx.2017-ci il tarixdən, sonra dəqiqləşdirilmiş ərizəsində isə xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün mövcud olmalıdır: 1) xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının təqdim etdiyi sənədlərdən, habelə cavabdehin etirazından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 08 ay 20 gün ümumi əmək stajı vardır. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, "xxxx" ASC-nin “Gəncə Gil- Torpaq” İstehsalat sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə uyğun olmamasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin arayışın qeyd hissəsində, habelə iddiaçıya məxsus əmək kitabçasının 4-5 səhifələrindəki məlumata əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 122C saylı sərəncamına əsasən X8 Gəncə X2 AR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə keçirilmiş, X4 arxiv sənədləri Gəncə X2 verilmişdir. İddiaçının xx.xx.1981-xx.xx.1993-cü il tarixdə işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi, xx.xx.1993-xx.xx.1999-cu il tarixlər işlədiyi qazanxana avadanlığının böyük maşinisti vəzifəsi, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdə işlədiyi qazanxana sexinin növbə rəisi, xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının böyük maşinisti, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə işlədiyi qazanxana sexinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölmə 13a və 13 b yarımbölmələrində (2140000a-13929 qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri; 2140000a-18826 qazanxana avadanlığının böyük maşnisitləri; 2140000b-24043 qazanxana sexinin növbə rəisləri) nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Digər tərəfdən əvvəlki ərizəsində hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, daha sonra xx.xx.2021-ci il tarixdən təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü bəndinə əsasən Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırıldığından və iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etdiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-762/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-762/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver