Məhkəmə qərarları › İş №2-1(114)-762/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-762/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-762/2025 25.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı şəhid statusunun və şəhid adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.N0N4-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, XN “şəhid” statusunun və “şəhid” adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, oğlu X1 rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin 171nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini və vəzifəsini icra edərkən vəfat etmişdir. Beləki, Savalan Hüseynov özü N-ci Qarabağ döyüşlərinin iştirakçısı olmaqla vətən müharibəsi iştirakçısı olmuşdur. O, N fevral N0N3-cü il tarixdə hərbi postuna çıxaraq hərbi vəzifəsini icra edərkən qar uçqununa düşərək vəfat etmişdir. Onun qar uçqunun altına düşməsinin səbəbi onun əmri altında olan əsgərlərin təminatını təmin etmək üçün hərəkəti səbəb olmuşdur. Hazırda onun 3 övladı qalmışdır. Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon hərbi prokurorluğu tərəfindən arşadırma aparılmış və müəyyən edilmişdir ki, onun oğlunun vəfatı onun hərbi vəzifəsinin icrası zamanı həlak olması və özbaşına hərbi xidmət yerini tərk etməsi halının olmadığı öz təsdiqini tapmışdır. Bununla bağlı oğlunun vəfatından sonra onun döyüş bölgəsində olan postda xidmət apararaq öz hərbi xidmətinin icrası zamanı həlak olması öz təsdiqini tapır. XN “şəhid” statusunun və “şəhid” adının verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müracitindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin N-1(114)-N715/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin N-1(114)-76N/N0N5 nömrəli, xx.xx.N0N5-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyini üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.NN0N4-cü il tarixli, 3-43-90/N-H- 1xx/xx/N0N4 nömrəli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən xüsusatların araşdırılması məqsədi ilə N saylı hərbi hissəyə verilmiş sorğunun xx.xx.N0N3-cü il tarixli N545 nömrəli cavabında, həmçinin məktuba əlavə olunan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.N0N3-cü il tarixli qərarın surətində, mərhum S.İddiaçı xx.xx.N0N3-cü il tarixdə xidmət etdiyi bölüyün müdafiə zolağında şərti olaraq "Güney" adlandırılan döyüş postunda N metr aralıqdakı ərazidə mobil telefonla danışmaqdan ötrü komandir heyətinə demədən və icazə almadan, habelə hava şəraitini nəzərə almayaraq şəbəkə olan "böyük set" adlandırılan təpəyə gedərək qar uçqununa məruz qaldığı və "Asfiksiya” nəticəsində vəfat etdiyi göstərilmişdir. S.İddiaçı vəfatı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona "şəhid" statusunun verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olduğu bildirilmişdir. Mərhum S.İddiaçı "şəhid" kimi uçotunun aparılması və ailəsinə "şəhid ailəsi" statusuna malik olması barədə arayışın verilməsi mümkün deyil. - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.N0N3-cü il tarixli, 3-43-90/N-H- 611/N0/N3 nömrəli məktubundan görünür ki, təqdim olunan Şəmkir hərbi prokurorluğunun xx.xx.N0N3-cü il tarixli qərarında N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş S.İddiaçı qar uçqununa məruz qalaraq ölməsi faktında cinayət hadisəsi olmadığı, həmçinin xidməti yerini özbaşına tərk etməsi halı müəyyən edilmədiyi qeyd olunmuşdur. - işə əlavə edilmiş N7 mart N0N3-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, müəyyən edilmişdir ki, X5 09 sentyabr N0N0-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək, MüdafiəNazirliyinin Gədəbəy rayonunda yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun N-citağımının 1-ci manqasının komandiri vəzifəsində, çavuş rütbəsində olmaqla, şərti olaraq "Güney" adlandırılan döyüş postunda xidmətdə olarkən N fevral N0N3-cü il tarixdə saat 14:30 radələrində döyüş postunun ərazisində mobil telefonla danışmaq üçün şəbəkə olmadığına görə mobil telefonla danışmaqdan ötrü komandir heyətinə demədən və icazə almadan, habelə hava şəraitini nəzərə almayaraq postdan N metr aralıdakı şəbəkə olan "böyük set" adlandırdıqları təpəyə getmiş, saat 15:40-dan 16:30-dək istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edib atası İddiaçı, anası Ceyran Hüseynova, arvadı Günay Hüseynova, qardaşı Səddam Hüseynov və qayını Orxan Quliyev ilə danışaraq hal-əhval tutmuş, o cümlədən qayını Orxan Quliyevdən postun şəxsi heyəti üçün siqaret və ərzaq alıb gətirməsini istəmişdir. Saat 17 radələrində isə Savalan Hüseynov həmin təpədə olarkən qar uçqununa məruz qalaraq döş qəfəsinin və qarnın sıxılması nəticəsində baş vermiş mexaniki kompression asfiksiya səbəbindən ölmüşdür. Bundan sonra postun əsgəri Aydın Muxtarov ümumilikdə ərazini nəzarətdə saxlamaq üçün binokl ilə baxdıqda S.Hüseynovu "böyük set" adlandırdıqları təpədə görməyib onun siqaret və ərzaq götürmək üçün aşağı düşmüş əsgərlərin arxasınca getdiyini düşünmüş və bu barədə daxili rabitə vasitəsilə bölüyün dayaq məntəqəsində olan bölük komandiri, X8yə məlumat vermişdir. X8 isə ərzaq götürmək üçün postdan düşən əsgərlərin bölüyün dayaq məntəqəsinə gəlmələrinə baxmayaraq çavuş S.Hüseynov gəlmədiyi üçün bu barədə tabor komandiri, mayor Əjdər Hacızadəyə məruzə etmişdir. Həmin gün hərbi qulluqçulara birdəfəlik pul mükafatı köçürüldüyü üçün, mayor Əjdər Hacızadə çavuş S.Hüseynovun xidmət yerini özbaşına tərk etdiyini ehtimal edərək bu barədə raport yazdırmış, buna görə də çavuş S.Hüseynov hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 40 nömrəli əmri ilə xidmət yerini özbaşına tərk etmiş hesab edilmişdir. Lakin sonradan S.Hüseynovun evlərinə getmədiyi məlum olmuş və onu mobil telefonla danışmaq üçün getdiyi "böyük set" adlandırdıqları təpənin ətrafında axtarmağa başlamışlar. Axtarış zamanı "böyük set" adlandırdıqları təpədə S.Hüseynovun şərti olaraq "Güney" adlandırılan döyüş postu istiqamətindən həmin təpəyə qalxdığını göstərən ayaq izləri aşkar edilmiş və ayaq izlərinin başa çatdığı yerdə qar uçqununun baş verdiyi müəyyən ediln dir. Bu səbəbdən çavuş S.Hüseynovunqar uçqununa məruz qaldığı qənaətinə gələrək qar uçqunu olan yerdə qara dəmir çubuqlarbatıraraq S.Hüseynovu axtarmağa başlamışlar. Lakin qaranlıq və hava şəraiti pis olduğundanS.Hüseynovu həmin gecə tapmaq mümkün olmamışdır. Səhər açıldıqdan sonra, yəni N fevralN0NN-ci il tarixdə ailə üzvlərinin də iştirakı ilə yenidən S.Hüseynovun axtarışına başlanılmış, saat11 radələrində "böyük set" adlandırdıqiarı təpənin aşağısında, qar uçqunun orta hissəsində qarabatırdıqları çubuğun dərinə getmədiyi yeri qazdıqda S.Hüseynovun meyiti qarın altından üzü üstəyıxılmış, habelə qolları qatlanaraq donmuş vəziyyətdə aşkar edilmişdir. Meyiti aşkar edildikdənsonra S.Hüseynov hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 41 nömrəli əmri ilə xidmətyerini özbaşına tərk edənlərin siyahısından çıxarılmışdır. Çavuş S.Hüseynovun qar uçqununaməruz qalmasında hər hansı şəxsin iştirakının və ya əməlinin olması müəyyən edilməmişdir. - işə əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli, AZ-İİ 31176 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.N0N3-cü il tarixdə “asfiksiya” səbəbindən ölmüşdür. - işə əlavə edilmiş İ-6N40 nömrəli vəsiqədən görünür ki, X5 “Kəlbəcərin azad olunmasına görə” mdealı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş İ-33755 nömrəli vəsiqədən görünür ki, X5 “Vətən müharibəsi iştirakçısı” mdealı ilə təltif olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən iddiaçıya göndərillmiş xx.xx.N0N4-cü il tarixli, 3-43-N1/N-1188/N0N4 nömrəli məktubdan görünür ki, mərhum X3 "şəhid" kimi uçotunun aparılması və ailəsinə "şəhid ailəsi” statusuna malik olması barədə arayışın verilməsi mümkün olmamışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə X9 Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmrində N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X3 N fevral N0N3-cü il tarixdə saat 17:00 radələrində Gədəbəy rayonu Turşsu kənd ərazisində düşmənlə təmas xəttdində döyüş mövqeyini özbaşına tərk edərək qar uçqununa düşmüş və həmin gün saat 19:00 radələrində asfiksiya nəticəsində həlak olması və ölümün hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığı qeyd olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N0N5-ci il tarixli, 3-N5-14/N-815/N5 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 xx.xx.N0N3-cü il tarixdə saat 17:00 radələrində Gədəbəy rayonu, Turşsu kəndi ərazisində düşmənlə təmas xəttində döyüş mövqeyini özbaşına tərk edərək qar uçqununa düşmüşdür və həmin gün təxminən saat 19:00 radələrində asfiksiya nəticəsində həlak olmuşdur. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı deyil. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum X5 xx.xx.N0N3-cü il tarixdə komandir heyətinə demədən və icazəsiz olaraq, habelə hava şəraitini nəzərə almayaraq N nömrəli hərbi hissədən N metr məsafədə olan “böyük set” adlandırlan təpəyə getmiş, həmin ərazidə qar uçqununa məruz qalaraq “asfiksiya” səbəbindən həlak olmuşdur. İddiaçı mərhum X4 şəhid statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının N5 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin N-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.N-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.N008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, düşmənlə təmas xəttində döyüş mövqeyini özbaşına tərk edərək qar uçqununa düşmüşdür və həmin gün təxminən saat 19:00 radələrində asfiksiya nəticəsində həlak olmuşdur. Göründüyü kimi, ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı deyil. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı şəhid statusunun və şəhid adının verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar