Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-764/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı (üçüncü şəxs X5) pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı və X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək üçüncü şəxs X2 Göygöl şəhəri H.Əliyev pr., 104 saylı evin 1 nömrəli mənzilə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X5 2015-ci ildə Göygöl şəhəri Heydər Əliyev pr., 104 saylı evin 1 nömrəli mənzilini zəbt edərək iddiaçını mənzildən çıxarıb və həmin vaxtdan Gəncə şəhərində yerləşən qardaşı evində yaşayır. X1 mərhum qardaşı X8 həyat yoldaşıdır və birgə nigahdan Gülnarə adlı qızları var. Mübahisəli mənzil Dövlət Mənzil Fonduna aiddir, iddiaçı 1987-ci ildən həmin mənzildə daimi qeydiyatdadır və qızı Gülnarə də xx.xx.1987-ci ildən daimi qeydiyyatdadır. Üçüncü şəxs 2015-ci ildə həmin mənzili zəbt edib iddiaçını və qızını evdən çıxardıqdan sonra Cavabdehnə müraciət edərək onu mübahisəli mənzilə pasport qeydiyyatına götürülməsini xahiş etmiş, sonuncu isə bundan imtina etmiş və öz növbəsində üçüncü şəxs Gəncə İnzibati-İqtisadi Məhkəməsində pasport qeydiyyatına alınmağına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2-1 (83)-122/2015 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan X10 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2- 1(104)-153/2015 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015ci il tarixli, 2-1-(83)-122 saylı qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya Məhkəməsinin qərardadından Eleonora Məmmədova kassasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. 2017-ci ildə X5 Cavabdeh Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Qrupu tərəfindən qanunsuz olaraq pasport qeydiyyatına alınmış və cavabdeh tərəfindən onun mənzilə qeydiyyata götürülməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı və qızı ərizə ilə cavabdehə müraciət edərək Məmmədova Eleonoranın onların mənzilinə qeydiyyata götürülməsinin ləğv edilməsini xahiş etsələr də sonuncu bundan imtina etmişdir. İddiçılar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X9 qızı məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzilə Göygöl MKTİB-nin məktubu əsasında qeydiyyata düşmüşdür, iddiaçılar isə qanunsuz olaraq saxta yolla qeydiyyata alınıblar. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-X4 birliyinin xx xxxx 2020-ci il 29 nömrəli məktubunda bildirilir ki, X5 1979-cu ildən Göygöl şəhəri H.Əliyev pr., 104 saylı evin 1 nömrəlimənzildə qeydiyyatda olmamış və yaşamamış, 1979-cu ildən əvvəl ailə həyatı quraraq Gəncə şəhərində yaşadığından qeydiyyatdan çıxarılmış, xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən həmin mənzilə qeydiyyata salınmışdır. -Xanlar RİHB-nin Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2004-cü il tarixli orderin surətindən görünür ki,İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə həmin ünvanda yerləşə bilər. -Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2020-ci il tarixli, 163-11657- 3220 nömrəli məktubun məzmunundan görünür ki, Göygöl şəhəri H.Əliyev pr., 104 saylı evin 1 nömrəli ünvanından qeydiyyatda olan X2 qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılmasının şöbənin səlahiyyətində olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılar 2015-ci ildən mübahisəli mənzildə yaşamırlar, həmçinin mənzil dövlət mənzil fonduna aid olmaqla Göygöl Rayon İcra Hakimiyyətinin balansındadır. Belə olan halda üçüncü şəxsin sözügedən mənzildə qeydiyyatda olması iddiaçıların hər hansı hüquqlarını pozmur. Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxs həmin mənzildə yaşadığından qeydiyyata da düşməsi qanunvericiliyin tələblərinə zidd deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxsin mübahisəli mənzildən qeydiyyatının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmə tələbin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı pasport qeydiyyatının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-764/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-764/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver