Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-764/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı torpaq sahəsinin X14 düşən hissədə ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeyd edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********57-10301 reyestr nömrəli qeydin X14 məxsus olmuş Tovuz şəhəri, Ş.İ.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.3113 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda 0.0990 h torpaq sahəsi "Torpaq qeydi"nə əsasən mərhum ərinin atası X1 istifadəsində olmuş, həmin sahədə fərdi yaşayış evi mövcud olmuşdur. X1 ölümü ilə əlaqədar onun arvadı X19 qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Ağammədin vərəsəsi hesab edilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 3 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən yaşayış evindən ibarət olmuşdur və X12 adına xx.xx.1978-ci il tarixli texniki pasport işlənmişdir. X12 ölümü ilə əlaqədar onun oğlu (mərhum əri) X7 qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Fatmanın vərəsəsi hesab edilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak Tovuz şəhəri, Ş.İ.Xətai küçəsi ev 8 ünvanda 1131 kv.m torpaq sahəsində yerləşən yaşayış evindən ibarət olmuşdur və X3 adına 2005-ci il tarixli texniki pasport işlənmiş, pasportda evin həyətyanı torpaq sahəsi sənəd üzrə 1131 kv.m, faktiki isə 1242,3 kv.m qeyd edilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etdikdə ona bildirilmişdir ki, həmin torpaq sahəsi **********57-10301 reyestr nömrəli çıxarışa əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsinə mərhum ərinin divar qonşuluğunda yaşayan qohumuna çıxarış verilmişdir. Əslində isə qonşuluqda yerləşən yaşayış evlərinin hamısı ərinin yaxın qohumlarıdır, həyətyanı sahələri isə hamısı daş divarlarla təcrid edilmiş və torpaqla bağlı mübahisə yoxdur. Cavabdeh orqan ərindən miras qalmış və yaşadığı evin həyətyanı torpaq sahəsinə qonşuluqda yaşayan şəxsin adına çıxarış vermişdir. Həmin çıxarışın ləğv edilməsi, eyni zamanda ərindən miras qalmış fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin qeydə alınması barədə cavabdehə müraciət etsə də, imtina edilmişdir. İddiaçı 12 mart 2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, **********57-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015ci il tarixli qeydin X14 məxsus olmuş Tovuz şəhəri. Ş.İ.Xətai küçəsi 8 nömrəli evin həyətyanı torpaq sahəsinə düşən hisədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-764/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-764/2024 saylı qərardadı ilə iş üzrə X17 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə məhkəmə baxış iclası 27 noyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X20 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəməilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi **********57-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli qeydin ləğvini tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddia tələbinə etirazdan görünür ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququn qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən müəyyən edilmişdir ki, torpaq sahəsi **********57-10301 reyestr nömrəli çıxarışa əsasən X17, X5 və X8 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. X17, X5 və X6 ümumi birgə mülkiyyətində olan çıxarışın velməsinə əsas Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və torpaq qeydi hüquqların dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuşur. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı **********57- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli qeydin X14 məxsus olmuş Tovuz şəhəri. Ş.İ.Xətai küçəsi 8 nömrəli evin həyətyanı torpaq sahəsinə düşən hisədə ləğv edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3/2-5409/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak X13 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda (**********57-10301 reyesrt nömrəli çıxarışa əsasən digər vətəndaşın, X9 xüsusi mülkiyyətində olan 0.2131 ha torpaq sahəsinin) qeyd olunmuş torpaq sahəsinin 1236 kv.m hissəsinin koordinatları üst-üstə düşür və İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərində bir ədəd fərdi yaşayış evi, bir ədəd günlük (naves), bir ədəd köhnə tikili və hamam tikilisi mövcuddur. İş materiallarında olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi, Tovuz şəhəri, X26 küçəsi, 10 ünvanında 0.131 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 139.7 kv.m olan fərdi yaşayış evi ümumi birgə paylı mülkiyyət olaraq X17, X4 və X8 məxsusdur. Məhkəmə qeyd edir ki, iş üzrə ilk öncə X9, X2 və X6 vərəsələri miras qalmış əmlaka dair notariat ofisinə müraciət edərək vərəsəlik işi açılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə iddiaçının mübahisələndirdiyi inzibati aktın onların subyektiv hüquqlarına toxunması halını sübut edə bilməmiş, miras qalmış əmlakın qəbuluna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı torpaq sahəsinin X14 düşən hissədə ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeyd edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı torpaq sahəsinin X14 düşən hissədə ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeyd edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-764/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-764/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver