Məhkəmə qərarları › İş №2-1(114)-77/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-77/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-77/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Üçüncü şəxs X38 iştirakı ilə İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X54 və X30) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: «Torpağa mülkiyyət hüququna dair» JN-1453A, Kod 50300068 nömrəli şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında Tovuz rayonu, Aşağı Ayıblı kəndi ərazisində 0,26 hektar torpaq sahəsi X10 (Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-3423/2017 nömrəli qətnaməsinə əsasən “X37” qeydinin X11 məxsus olması faktı müəyyən edilmişdir), X13, İddiaçı2, X14 (Tovuz rayonu İcra Hakimiyyəti başçısının Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən əsl adı X20r), X2 və X15 adına verilmişdir. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə payçılar İddiaçı2, X3, X13, X16, X2 və X17 adına xx.xx.2018-ci il tarixdə reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-1401/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia tələbi təmin edilmiş, iddiaçı X9 rayonu Əyyublu kəndində yerləşən cavabdehlər İddiaçı2, X54, X44, X45 və X21 yaşadıqları fərdi yaşayış evindən istifadə hüququ bərpa edilməklə həmin evə köçürülməsi qət edilmişdir Azərbaycan Respublikası Tovuz rayonu İcra Hakimiyyəti başçısının Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (bundan sonra mətndə Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cu ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi qeyd edilmişdir. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 304.9 kvadratmetr sahəli fərdi yaşayış evi X3 adına, 0,26 ha torpaq sahəsi isə ümumi birgə payçılar X3, İddiaçı2, X13, X16, X2 və X17 adına xx.xx.2018-ci il tarixdə reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(62)-209/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX ******* saylı çıxarışda göstərilən 0,26 ha həyətyanı torpaq sahəsinin mərhum X3 payına düşən 0,0433 ha hissəsindən ibarət miras əmlakdan İddiaçı2 Mirzə oğlunun on ikidə bir (1/12) hissədən ibarət payı, X31 on ikidə bir (1/12) hissədən ibarət payı, X7 on ikidə bir (1/12) hissədən ibarət payı, X22 on ikidə bir (1/12) hissədən ibarət payı, X32 on ikidə bir (1/12) hissədən ibarət payı, X38 on ikidə yeddi (7/12) hissədən ibarət payı müəyyən edilmiş, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» **********78-10301 reyestr nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi və üzərində olan 304.9 kvadratmetr sahəli fərdi yaşayış evi- X7 (0.0469941 ha), X16 (0.04333 ha), X2 (0.04333 ha), X17 (0.04333 ha), İddiaçı2 (0.0469941 ha), X31 (0.003611 ha), X22 (0.003611 ha), X38 (0.0252778 ha), X32 (0.003611 ha) və X3 (fərdi yaşayış evi tam) adına xx.xx.2019-cu il tarixdə reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin **********78-10301 reyestr nömrəli texniki pasportundan görünür ki, ümumi sahəsi olan 304.9 kvadratmetr olan fərdi yaşayış evi 1990-cı il tarixdə tikilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 228 nömrəli və xx.xx.2020-ci il tarixli 241 nömrəli arxiv arayışlarından və sonuncu arayışa əlavə edilmiş təsərrüfatbaşına kitabların A.N.Qurbanovanın adı olan hissələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Əyyublu kənd XDS icraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1986-1990-cı il tarixli 08 nömrəli təsərrüfatbaşına kitabın 641-ci şəxsi hesabında təsərrüfat X3 adına olmaqla onun adına 0.26 ha torpaq sahəsi, yaşayış evi 1959-cu ildə ümumi sahəsi 60 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m, 1986- cı ildə yaşayış evi ümumi sahəsi 98 kv.m, o cümlədən yaşayış sahəsinin 48 kv.m olması göstərilmişdir.1991-1995-ci il tarixli 10 nömrəli təsərrüfatbaşına kitabın 893-cü şəxsi hesabında təsərrüfat X3 adına olmaqla onun adına 0.26 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 98 kv.m, o cümlədən yaşayış sahəsinin 48 kv.m olması göstərilmişdir. 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 116-cı şəxsi hesabında təsərrüfat X3 adına olmaqla onun adına 0.26 ha torpaq sahəsi, 1990-cı ildə tikilmiş yaşayış evi ümumi sahəsi 98 kv.m, o cümlədən yaşayış sahəsinin 48 kv.m olması göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 228 nömrəli və xx.xx.2020-ci il tarixli 241 nömrəli məktublarından görünür ki, 1990-2005-ci illərin 14 nömrəli təsərrüfatbaşına kitabın 1246-cı təsərrüfatında ailə başçısı kimi X3 adına qeyd edilməmiş, yəni həmin təsərrüfat X3 adına deyildir. Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 23 nömrəli arayışına əsasən Tovuz rayon Əyyublu kənd İƏD üzrə nümayəndəliyi bildirir ki, 2016-2020-ci illər üzrə 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində qeydiyyatda X54, X46, X44, X45, quliyeva Xəyalə Ziyadxan qızı və X23r. Təsərrüfat başçısı X38 adına təkcə 0,86 ha pay torpağı vardır. Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 24 nömrəli arayışına əsasən Tovuz rayon Əyyublu kənd İƏD üzrə nümayəndəliyi bildirir ki, təsərrüfatbaşına kitabın 14 nömrəli, səhifə 1245 saylı nömrədə 0,26 ha torpaq sahəsində tikilidə qeydiyyatda, mərhum Asmek Nikolayevnanın, oğlu İddiaçı2 və arvadı X24r. Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli, 27 nömrəli arayışına əsasən 2011-2015-ci ildə qeydə alınmış təsərrüfatbaşı 1 nömrəli kitabın 1259-cu səhifəsində xx.xx.2012-ci ildə vəfat etmiş X5 0,26 ha həyətyanı torpaq sahəsində 1990-cı ildə tikilmiş evin, ümumi sahəsi 198 kv.m, yaşayış sahəsi 48 kv.m, 1,62 ha pay torpağı vardır. Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli, 1676 nömrəli arayışına əsasən 14№-li təsərrüfatbaşına kitabın 1245 saylı səhifəsində 0,26 ha həyətyanı torpaq sahəsi, 1990-cı ildə tikilmiş yaşayış evinin ümumi sahəsi 198 kv.m yaşayış sahəsi 48 kv.m İddiaçı2 adına qeyd olunmuşdur. Məhkəmənin sorğusu əsasında daxil olmuş Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən Tovuz rayonu, Əyyublu kənd sakini (mərhum) X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1245 saylı səhifəsində 1990-cı ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 198 kvadmetr olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında daxil olmuş Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 01 nömrəli məktubuna əsasən (dahınmaz əmlakın dövlət reyestr xidmətinə təqdim olunan) xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışın verildiyi tarixdə mərhum X6 yaşadığı evə baxış keçirildi, məlum oldu ki, həmin evdə oğlu X54 ailəsi ilə birlikdə yaşayırlar. xx.xx.2018-ci ildə yazılmış arayış mərhumun oğlu X1 verdiyi vəsiyyətnaməyə əsaslanaraq verilmişdir. Ona görə ki, anasından qalan miras əmlakı öz adına keçirmək üçün. Qeyd: 2011-2015-ci illərdə təsərrüfatbaşına kitabda X3 təsərrüfatında oğlu İddiaçı2 qeydiyyatda olmasına baxmayaraq, həmin evdə oğlu X54 ailəsi ilə birlikdə həmin evdə yaşamışdır və yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) xx.xx.2020-ci il tarixli **********79 nömrəli məktubu ilə iddiaçıların Tovuz rayonu Əyyublu kəndində 0.26 ha torpaq sahəsində yerləşən 304.9 kv.m fərdi yaşayış evinin üzərində X12 mülkiyyət hüququnun ləğv edilməsi barədə müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 304.9 kv.m fərdi yaşayış evi Tovuz rayon, Əyyublu kənd inzibati ərazi üzrə nümayəndəliyinin 14 nömrəli təsərrüfatbaşına kitabının 1246 səhifəsində 1990-cı ildə X29 tərəfindən inşa edilməsi barədə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydiyyatı üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.5-ci mədəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İmtina ilə razılaşmayan iddiaçılar iddia ərizəsi məhkəməyə müraciət edərək Tovuz rayonu, Əyyublu kəndində yerləşən paylı mülkiyyət hüququ əsasında X18, X25, X8, X26, İddiaçı2, X33, X47 və X39 məxsus 0,26 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 304,9 kv.m-dən ibarət fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına cavabdeh tərəfindən aparılmış qeydin əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********78-10301 reyestr nömrəli, xx xxxxxx 2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında aşağıdakı şəxslərə məxsusdur: X30 0.0469941 ha; X40 0.04333 ha; X27 0.04333 ha; X41 0.04333 ha; İddiaçı2 0.0469941 ha; X50 0.003611 ha; X48 0.003611 ha; X54 0.0252778 ha; X39 0.003611 ha. Yuxarıda qeyd olunan çıxarışa əsasən iddiaçılara məlum olmayan səbəblərdən əsassız və qanunsuz olaraq cavabdeh tərəfindən qeyd olunmuşdur ki, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 304.9 kv.m-dən ibarət olan fərdi yaşayış evi tam pay mülkiyyət hüququ əsasında X11 məxsusdur. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X19 heç bir hüquqi bağlılığı olmamış və onun tərəfindən inşa edilməmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X11 məxsusluğunu da təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd müvafiq orqan tərəfindən verilməmişdir. Yuxanda göstərilən çıxarışda X11 məxsusluğu qeyd olunan fərdi yaşayış evi texniki pasportda göstərildiyi kimi 1990-ci il tarixdə deyil, 1986- 1989-cu illərdə X55 tərəfindən inşa edilmiş, lakin onun adına rəsmiləşdirilməmişdir. Bundan başqa, mübahisəli fərdi yaşayış evi əvvəlki məhkəmə mübahisələrinin araşdırılması zamanı, yəni **********78 saylı çıxarışa əsasən heç bir torpaq mülkiyyətçinin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsinin mülkiyyətçisi olmuş X3 əri X51 xx xxxxxx 1966-cı il tarixdə vəfat etmiş, həmin fərdi yaşayış evi isə onun vəfatından sonra inşa edilmişdir. Bundan əlavə, X3 fərdi yaşayış evi onun adına vəfatından sonra yəni xx xxx 2012-ci il tarixdən sonra qeydə alınması və həmin torpaq sahəsinin digər mülkiyyətçiləri ola-ola niyə məhz Asmek Nikolayavnanın adına qeydə alınmasıda qanunsuz olmuşdur. Yuxarıda qeyd olunan faktlar aşağıda göstərilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)- 1401/2018 saylı, xx xxxx 2018-cı il tarixli qətnaməsi ilə X42 İddiaçı2, X47, X34, X35 və X52ma qarşı iddia tələbi təmin edilərək X42 Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı2, X54, X44, X45 və X21 yaşadıqları fərdi yaşayış evindən istifadə hüququ bərpa edilməklə həmin evə köçürülməsi qət edilmişdir. Həmçinin, həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunmuşdur ki, mübahisə edilən fərdi yaşayış evi Tovuz rayonu, Əyyublu kəndində yerləşməklə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı2 adına qeydə alınmışdır. Tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evi 1986-1989-cu illərdə inşa olunmuş, X55 həmin mübahisəli evdə yaşamışdır. Evin abadlaşdırılmasında və yeni tikililərin inşasında yaxından iştirak etmişdir. Bundan əlavə, həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində reyestr nömrəsi **********78 saylı çıxarışdan müəyyən olunmuşdur ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən mübahisə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 108 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində İddiaçı2 adına mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2, X32 və X28 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi əvvəllər ümumi birgə mülkiyyət olmuş, Asmek Nikolayevna öldükdən sonra vərəsələri arasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə paylar üzrə bölünmüş, lakin fərdi yaşayış evi üzərində hüquqlar müəyyən edilməmişdir. Həyətdə hazırda iki tikili mövcuddur. Onlardan biri təsərrüfatbaşına kitabda qeydə alınan 198 kv.m olan köhnə tikili və ikincisi isə 304.9 kv.m olan yeni tikilidir. Təqdim edilən arayışlardan da məlum olduğu kimi fərdi yaşayış evi üzərində Asmek Nikolayevnanın hüquqlarının qeydə alınmasına əsas olan arayış tamamilə saxtadır. Belə ki, inzibati orqana təqdim edilən Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cu ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi qeyd edilmişdir. Halbuki məhkəmənin sorğusu əsasında eyni nömrə və tarixli təqdim edilmiş arayışdan məlum olur ki, xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən Tovuz rayonu, Əyyublu kənd sakini (mərhum) X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1245 saylı səhifəsində 1990-cı ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 198 kvadmetr olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi qeyd edilmişdir. Bundan başqa cavabdeh inzibati orqana təqdim edilən arayışda 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində X3 adının qeyd olunduğu bildirilsə də, məhkəmə araşdırılması və təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində X38 0,86 ha torpaq sahəsinin olması qeyd edilmiş, hazırda qeydə alınmış fərdi yaşayış evi ilə bağlı məlumatlar isə 14 nömrəli təsərrüfatbaşına kitabın 1245 saylı səhifəsində qeyd edilmişdir. Beləliklə 304.9 kv.m olan fərdi yaşayış evinin Asmek Nikolayevnanın adına qeydə alınması saxta arayış əsasında aparıldığından qanunsuzdur. Üçüncü şəxs X54 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçılardan İddiaçı2, X50, X48, X32 mərhum atası X55, X30, X54, cəmisi altı övlad olmaqla mərhum ataları X51 ilə mərhum anaları X3 birgə nikahlarından anadan olmuşlar. Emin Qurbanov X66un oğlu, Şahnaz və X49 Qurbanovun qızları, Bəsdi Qurbanova isə İddiaçı2 arvadıdır. X51 xx.xx.1966-cı ildə vəfat etmişdir. Ailə başçısı olan mərhum anası Asmek Qurbanova əvvəlcə mərhum qardaşı Yusif Qurbanov üçün Göyçay şəhərində fərdi yaşayış evinin ümumi büdcə hesabına tikilməsinə, sonradan ardıcıl olaraq Xanlar Qurbanovun və İddiaçı2 hazırda ailələri ilə yaşadıqları fərdi yaşayış evlərinin tikintisini təmin etdirmişdir. Asmek Qurbanovanın rəhbərliyi ilə atadan qalmış köhnə yaşayış evini söküb yerində hazırda mövcud olan iki mərtəbəli fərdi yaşayış evini əsasən onun, yəni Sakit Qurbanovun, Zenfira Rza qızının və analarının maddi dəstəyi ilə 1986- 1989-cu illərdə inşa etdirmişlər. X66 isə Göyçay şəhərində Polis orqanlarında sahə müvəkkili işləməklə ailəsinin büdcəsindən toplayıb verdiyi vəsaitlə ev üçün bəzi inşaat materiallarını alıb göndərilməsində köməklik etmişdir, ancaq həmin evin inşasını əsasən onlar 3 nəfərdən ibarət ailənin büdcəsinin vəsaiti ilə inşa etdirmişlər. İddiaçı2 isə həmin evin tikintisi zamanı Ağdaş rayonunda işləməklə aldığı əmək haqqı ilə yalnız şəxsi maddi ehtiyaclarını təmin etmək iqtidarında olmuşdur. Elmira Qurbanova isə evli olmaqla ailəsinə məxsus həmin kənddə yerləşən evində yaşamış, həmin evin inşasına heç bir şəxsi maddi vəsait sərf etməmişdir. Analarının yanında onlar, yəni Sakit Qurbanov ailəsi ilə yaşamış və yenə də həmin miras mülkdə yaşayır, Zenfira Rza qızı isə subay halda 2000-ci ilədək qalıb yaşamışdır, sonra ailə qurub ailəsinə məxsus evdə yaşayır. İddiaçılar iddia ərizələrində paylı mülkiyyət hüququ ilə mövcud olan 0,26 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 304,9 kv.m-dən ibarət fərdi yaşayış evinin X3 adına aparılmış qeydiyyatı əsassız hesab edərək ləğv edilməsini tələb etməyə əsasları budur ki, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X11 heç bir hüquqi bağlılığı olmamış, onun tərəfindən inşa edilməmiş, bu bağlılığı təsdiq edən hər hansı hüquqi sənəd müvafiq orqan tərəfindən verilməmiş, həmin ev, Asmek Qurbanovanın adına tərtib edilmiş evin texniki pasportunda göstərildiyi kimi 1990-cı ildə deyil, 1986-1989-cu illərdə X55 tərəfindən inşa edilmiş, ancaq onun adına rəsmiləşdirilməmişdir. Həmin 0,26 ha həyətyanı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində RX seriyalı, ******* saylı HDQH DƏDR-dən Çıxarış əsasında X3, X7, İddiaçı2, X14, X2 və X15 mülkiyyətlərinə verilmiş, ümumi sahəsi 304,9 kv.m olan fərdi yaşayış evi isə Asya Qurbanovanın tam mülkiyyəti kimi qeydə alınmışdır. Həyətyanı torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətinə aparılmış məlum torpaq islahatı zamanı Tovuz rayon AİK-nın müvafiq qərarı əsasında və həmin qərara uyğun olaraq tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmişdirsə, həmin həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ailə başçısı Asmek Qurbanova tərəfindən inşa etdirilməsinə görə təbii ki, həmin evin hüquqi qeydiyyatı da Asmek Qurbanovanın adına tərtib edilməli idi. Sadəcə, həmin Çıxarışın anasının xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra, xx.xx.2018-ci il tarixdə tərtib edilməsinin səbəbi isə miras mülklə bağlı vərəsəliyin onun, yəni Sakit Qurbanovun adına açılması olmuşdur. Çünki, mülki qanunvericiliyin tələbinə əsasən notariat ofisində vərəsəlik işinin açılması ilə əlaqədar verilmiş məktub əsasında DƏDRX-nə onun tərəfindən müraciət edilərək həmin fərdi yaşayış evinə dair Asmek Qurbanovanın adına qanunvericiliyin tələbinə əsasən çıxarış tərtib edilmişdir. Burada həmin evin Asmek Qurbanova hər hansı bağlılığın olmamasına, onun xx.xx.2012-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümündən sonra yəni, xx.xx.2018-ci il tarixdə çıxarışın tərtib edilməsini iddiaçıların əsassız hesab etmələrinin özü bilavasitə heç bir hüquqi əsası olmayan istinaddır. Çünki, özlərinin də iddia ərizələrində istinad etdikləri və qanuni qüvvəsini almasını bildirdikləri Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1401 saylı qətnaməsində həmin mülkün məhz Asmek Qurbanovaya məxsus olması, hazırda isə həmin evdə onun və ailə üzvlərinin yaşaması öz təsdiqini tapmışdır. İddiaçıların istinad etməyə çəkindikləri və artıq qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 209 saylı qətnaməsinin əsaslandırıcı hissəsində məhz Asmek Qurbanovanın adına Tovuz rayonun Əyyublu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinin və ümumi sahəsi 304,9 kv.m olan xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış əsasında fərdi yaşayış evinin X3 mülkiyyətinə verilməsi və həmin həyətyanı torpaq sahəsinin analarının payına düşən hissəsinə onun-Sakit Qurbanovun vəsiyyət üzrə, digər vərəsələrin isə qanun üzrə vərəsə kimi məcburi payları müəyyən edilmiş və həmin qətnamənin nəticəsi olaraq hazırkı iddia ərizəsində iddiaçılar, həmin bölgüyə istinad etməklə özlərinin ümumi paylı mülkiyyətçi olmalarını göstərmişlər. Belə olduğu halda iddiaçılar özləri də iddia ərizələrində əhəmiyyət vermədən məhz Asmek Qurbanovanın həmin miras evə hüquqi bağlılığının olmasını etiraf etmişlər. Ancaq, iddiaçılar şifahi sözlə həmin evi X66un inşa etdirməsini, ona görə həmin evin Asmek Qurbanovanın adına qeydiyyatın əsassız olmaqla ləğv edilməsini tələb etmələri tam absurd bir iddiadır və heç bir hüquqi mötəbər sübuta söykənməməsinə görə təmin edilə bilməz. Üçüncü şəxs X7 nümayəndəsi X36 əvvəlki məhkəmə iclasında digər üçüncü şəxs X38 izahatı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X56 iddia ərizəsinə etiraz edərək imtinanın dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cu ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Təqdim edilmiş arayışın qanuniliyinə onu təqdim edən inzibati orqan cavabdehdir. Tərəflərindən heç bir qanunsuz hərəkətə yol verilməmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən fərdi yaşayış evi üzərində təqdim edilmiş arayışa əsasən mərhumun mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehə, üçüncü şəxs X18, iddiaçılara və nümaynədəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd olunan şəxslər və nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd olunan şəxslərin və nümaynədələrinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin və üçüncü şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi iddiaçılar Tovuz rayonu, Əyyublu kəndində yerləşən paylı mülkiyyət hüququ əsasında X18, X25, X8, X26, İddiaçı2, X33, X47 və X39 məxsus 0,26 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 304,9 kv.m-dən ibarət fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına cavabdeh tərəfindən aparılmış qeydin əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 52. maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Normadan məlum olduğu kimi tərəflərin təqdim etdiyi ərizələrin ifadə tərzi məhkəmə üçün məcburi olmasa da, məhkəmə iddia tələbinin həcmini aşa bilməz və ərizənin müvafiq qaydada təfsir olunması məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Beləliklə hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 304.9 kvadratmetr sahəli fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə X3 adına **********78-10301 reyestrdə ********** nömrə ilə aparılmış qeydiyyatdır. Belə ki, iş materiallarından məlum olur ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 304.9 kv.m sahəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmış, qeydiyyat Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli, 1532 nömrəli arayışına əsasən aparılmışdır. Hazırda iddiaçılar tərəfindən qeyd mübahisələndirilir və qeydin aprarılmasına əsas olan Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışının qanuni olmadığı bildirilir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında Tovuz rayonu, Aşağı Ayıblı kəndi ərazisində 0,26 hektar torpaq sahəsi X10 (Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-3423/2017 nömrəli qətnaməsinə əsasən “X37” qeydinin X11 məxsus olması faktı müəyyən edilmişdir), X13, İddiaçı2, X14 (Tovuz rayonu İcra Hakimiyyəti başçısının Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən əsl adı X20r), X2 və X15 adına verilmiş və həmin sahəyə dair JN-1453A, Kod 50300068 nömrəli«Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə tərtib edilmişdir. Daha sonra «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə payçılar İddiaçı2, X3, X13, X16, X2 və X17 adına xx.xx.2018-ci il tarixdə reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra məhz üçüncü şəxs X54 tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cı ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi qeyd edilməsinə dair Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışına əsasən mərhum X3 adına 304.9 kv.m olan fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən X3 adına reyestrdə ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evinə dair aparılmış qeyd ləğv edilməlidir. xx xxx 2020-ci il tarixədək qüvvədə olan «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» əsasnamənin: 3.0. maddəsinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək; 3.0.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; 3.0.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biridir. Qeyd olunan normalardan məlum olur ki, hazırki iş üzrə hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı tənzimlənir. Belə ki, qeydiyyat orqanı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.3-cü bəndinə istinad edərək Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cı ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evinin qeyd edilməsinə dair Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışını rəhbər tutub X3 daşınmaz əmlaka olan mülkiyyət hüququnu dövlət reyestrində rəsmiləşdirmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan ona təqdim edilmiş və birbaşa hüquqların qeydə alınmasına əsaslar sırasında olan icra nümayəndəliyinin arayışı əsasında mülkiyyət hüququnu qeydə almış, lakin həmin arayışın həqiqiliyini və möhtəbərliyini araşdırmamışdır. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 5.1. maddəsinə əsasən inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək; "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə» Təlimatın;

132. bəndinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəliyində sənədlərin rəsmiləşdirilməsi və baxılması qaydası yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə və bu Təlimata uyğun olaraq aparılır.

134. bəndinə əsasən rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada vətəndaşların vəziyyəti aktlarının qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar verir və bununla əlaqədar nümayəndəlikdə verilən arayışlar üçün müvafiq qeydiyyat kitablarını aparır.

135. bəndinə əsasən rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsi həmin nümayəndəlikdə sənədləşmənin düzgün aparılmasına, bu Təlimatın tələblərinə nümayəndəliyin bütün işçiləri tərəfindən əməl edilməsinə məsuliyyət daşıyır. Göründüyü kimi icra nümayəndəliyi tərəfindən təqdim edilən sənədlərin düzgünlüyünə, yəni sənədləşmənin düzgün aparılmasına cavabdehdir. Lakin hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 14 nömrəli təsərrüfatbaşına kitabın 1246-cı səhifəsində qeyd olunan təsərrüfatın ailə başçısı kimi X3 adı qeyd edilməmiş, yəni həmin təsərrüfat X3 adına deyildir. Bundan başqa iş materiallarında eyni nömrəli və tarixli iki fərqli məzmunda, yəni birinci qeydiyyat aparılan zaman cavabdeh inzibati orqana təqim edilmiş arayış- hansıki 1990-cu ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evinin 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində qeyd edildiyi yazılan, ikinci arayış məhkəmə araşdıması zamanı icra nümaynədəliyi tərəfindən məhkəməyə təqdim edilmiş 14 nömrəli təsərrüfatbaşına kitabın 1245 saylı səhifəsində A.Qurbanovanın adına 198 kv.m fərdi yaşayış evinin qeyd edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, möhtəbərliyi və həqiqiliyi şübhə doğuran Tovuz rayonu, Əyyublu kənd sakini X3 adına 14 nömrəli təsərrüfatbaşına kitabın 1246 saylı səhifəsində 1990-cu ildə inşa olunmuş 2 (iki) mərtəbəli ümumi sahəsi 304.9 kvadmetr olan fərdi yaşayış evinin qeyd olunmasına dair Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 1532 nömrəli arayışı əsasında aparılmış qeyd ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilsin. Tovuz rayonu, Əyyublu kəndində yerləşən paylı mülkiyyət hüququ əsasında X18, X25, X8, X26, İddiaçı2, X43, X33, X47 və X39 məxsus 0,26 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 304,9 kv.m-dən ibarət fərdi yaşayış evinə dair X3 adına **********78- 10301 reyestrdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar