Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-772/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X17 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X18, X19, X20, X25, X15 və X21) qarşı qeydin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X22, X18, X19, X16, X25, X15 və X21) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın ləğvi, üçüncü şəxslər X3, X4, X5, X1, X17, X2 və X6 mülkiyyətlərində olan pay torpaq sahəsinin 1 (bir) ha hissəsi üzrə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X22, X18, X19, X16, X25, X15 və X21) qarşı xx.xx.2020ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi və üçüncü şəxslər X3, X4, X5, X1, X17, X2 və X6 mülkiyyətlərində olan pay torpaq sahəsinin 1 (bir) ha hissəsi üzrə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər X3, X4, X5, X1, X17, X2 və X6 mülkiyyətlərində olan pay torpaq sahəsinin 1 (bir) ha hissəsi 26 aprel 2007-ci il tarixdə ona satılmışdır. Üçüncü şəxslər X3, X4, X5, X1, X17, X2 və X6 mülkiyyətlərində olan pay torpaq sahəsinin 1 (bir) ha hissəsinin ona satılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, üçüncü şəxslər X3, X4, X5, X1, X17, X2 və X6 mülkiyyətlərində olan pay torpaq sahəsinin ona satılmış 1 (bir) ha hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair münasibət ünvanlayaraq bildirmişdir ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, X3 və ailə üzvlərinin adına Şəmkir rayon 1 nömrəli DNK-nın xx.xx.2003-cü il tarixli, 4Ə-04-366 nömrəli alqı-satqı müqaviləsi ilə 17.8934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-196 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinin 38302.00 kv.m hissəsi 26 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Şiştəpə kənd sakini X24 adına özgəninkiləşdirilmiş, torpaq sahəsinin qalan 14.0618 ha hissəsinə isə xx.xx.2020-ci il tarixli, **********50 reyestr nömrəli çıxarış verilmişdir. Hesab edirlər ki, iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X25 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, alqı-satqı müqaviləsində olan imzalar onlara məxsus deyil və onlar torpaq sahəsini heç kimə satmamışlar. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-0196 KOD 50800088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Şəmkir rayon 2 nömrəli Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4Ə-04-366 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 17.8934 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində 14.0618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X22, X18, X19, X20, X25, X15 və X6 1/7 paylarla ümumi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2007-ci il tarixli, 4Ə-02-151 nömrəli müqavilənin surətindən görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən sahəsi 140626.73 kv.m-dən ibarət torpaq sahəsinin 1 (bir) ha sahəsi İddiaçı satılmışdır. - AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Beləliklə, məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Şəmkir rayon 2 nömrəli DNK-nın xx.xx.2003-cü il tarixli, 4Ə-04-366 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 17.8934 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X9, X10, X11, X12, X23, X7 və X13 verilmişdir. Daha sonra üçüncü şəxslər 26 aprel 2007-ci il tarixli, 4Ə-02-151 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 1 (bir) ha hissəsini İddiaçı satmışlar. Lakin, 26 aprel 2007ci il tarixli, 4Ə-02-151 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, İddiaçı satılmış 1 (bir) ha torpaq sahəsi üzərində üçüncü şəxslər X3, X4, X5, X8, X17, X2 və X6 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsi iddiaçıya satıldıqdan sonra həyata keçirilmişdir. Həmçinin, üçüncü şəxslər 26 aprel 2007-ci il tarixli, 4Ə-02-151 nömrəli alqı-satqı müqaviləsində adlarının qarşısında gösərilən imzaların onlara məxsus olmadığını qeyd etsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 4/888 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə-01-151 reyestr nömrəli notariat işinin 2-ci vərəqində olan 26 aprel 2007-ci il tarixli müqavilənin sonunda “İmzalar” qrafasında 2-ci sıradakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 8-ci vərəqində “X18” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza – X18 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 4Ə-01-151 reyestr nömrəli notariat işinin 2-ci vərəqində olan 26 aprel 2007-ci il tarixli müqavilənin sonunda “İmzalar” qrafasında 6-cı sıradakı “Bəliyeva P” yazıları önündəki imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 9-cu vərəqində “X15” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza – X15 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 4Ə-01-151 reyestr nömrəli notariat işinin 2-ci vərəqində olan 26 aprel 2007ci il tarixli müqavilənin sonunda “İmzalar” qrafasında 7-ci sıradakı “Bəliyeva X” yazıları önündəki imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 9-cu vərəqində “X21” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza – X21 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, 26 aprel 2007-ci il tarixli, 4Ə-02-151 nömrəli alqısatqı müqaviləsi qüvvədə olduğu halda, həmin alqı-satqı müqaviləsinin predmeti olan 1 (bir) ha torpaq sahəsi üzərində üçüncü şəxslər X3, X4, X5, X8, X17, X2 və X6 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. - 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3, X4, X5, X8, X17, X2 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd ləğv edilməli, 26 aprel 2007-ci il tarixli, 4Ə-02-151 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 1 (bir) ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manat pul üçüncü şəxslərdən alınaraq SAP (XİİS), X14, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3, X4, X5, X8, X17, X2 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeyd ləğv edilsin. 26 aprel 2007-ci il tarixli, 4Ə-02-151 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 1 (bir) ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manat pul üçüncü şəxslərdən müştərək qaydada alınaraq SAP (XİİS), X14, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-772/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-772/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver