Məhkəmə qərarları › İş №2-1(114)-774/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-774/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-774/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Umul oğlunun Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Umul oğlu xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən evinin qəzalı vəziyyətə salınmış evlər kimi qiymətləndirilməsi və yeni ev tikilməsinə görə 6000 (altı min) manat, altı nəfər ailə üzvlərinin hər birinə 1500( bir min beş yüz) manat olmaqla cəmi 15.000 manat pulun iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı X3 evinə görə 6000( altı min) manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500( bir min beş yüz) manat olmaqla cəmi 15.000 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 zamanı, yəni xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşmənin Tərtər şəhərini və digər yaşayış məntəqələrini intensiv top, uzaqvuran qurğu və raketlər vasitəsi ilə atəşə tutması nəticəsində iddiaçının altı nəfər ailə üzvlərinin yaşadığı ünvan 2 ünvanı yararsız — qəzalı vəziyyətə düşmüşdür. Yaradılmış xüsusi Dövlət komissiyası iddiaçının evinə texniki baxış keçirmiş və evi “təmir olunan evlər ” kateqoriyasına daxil edilmişdir. Dövlət komissiyası ilə yanaşı həmçinin Tərtər şəhərinə Azərbaycan Respublikası Baş X1 da ezam olunmuş, erməni cinayətləri obyektiv istintaq olunmuşdur. İstintaq qrupu evlərə texniki baxış keçirən xüsusi komissiyanın yol verdiyi bəzi qanunsuzluqları da araşdırıldı və 30 dan çox evlərin yenidən tikilməsinə dair yanlış qərarlar müvafiq tikinti ekspertizası yolu ilə ləğv edilmiş, evlərin qanunsuz tikilməsi dayandırılaraq milyonlarla dövlət vəsaitinin talanmasının qarşısı alınmışdır. Baş Prokurorluğun İstintaq qrupu onun yuxarıda qeyd olunan ünvandakı evinə mütəxəssis və ekspertlərin vasitəsi ilə təkrar baxış keçirmiş, tikinti-texniki ekspertizanın rəyinə əsasən onun evinin texniki vəziyyətinin statusu dəyişdirilərək “təmir olunan evlər” kateqoriyasından “dağılmış və ya qəzalı vəziyyətə salınmış ” evlər kateqoriyasına keçirilmişdir ki, nəticədə ona Möhtərəm cənab Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının 1.1-ci bəndinə əsasən yeni yaşayış evi tikilmiş, qəzalı vəziyyətə salınmış evi isə sökülmüşdür. Həmin sərəncamın 1.1-ci maddəsinin tələblərinə əsasən onun evinə və ailə altı nəfər ailə üzvlərinə görə ümumilikdə on beş min manat pul vəsaiti verilməli olduğu halda Cavabdeh qanunsuz olaraq pul müavinatının verilməsindən imtina etmiş bu barədə 1869 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh pul müavinatının verilməsindən imtinanı bununla əsaslandırmışdır ki, onun sözügedən yaşayış evi xüsusi Dövlət komissiyası tərəfindən “təmir olunan evlər” kateqoriyasına aid olunduğu üçün pul müavinatı verilməmişdir. Yeni yaşayış evinin yenidən tikilməsi isə guya şəhid ailəsi olduğu üçün icra olunmuşdur. Baş Prokurorluğun istintaq qurupu tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin iş üzrə təyin olunmuş tikinti --texniki ekspertizasının müvafiq rəyi il onun evinin statusu “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına daxil edilmişdir. Ekspertizanın həmin rəyinə əsasən 30 dan çox evlərin “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasından çıxarılaraq bir çoxu “təmir olunan evlər” kateqoriyasına daxil edilmiş, hətta bəzi evlərin texniki vəziyyətinin müharibəyə aidiyyəti olmadığı kimi qiymətləndirilib “qəzalı vəzəyyətə salınmış evlər” statusları ləğv olunmuşdur. Prokurorluğun ədalətli araşdırması ilə qəbul etdiyi qərar və müəyyən etdiyi hallar barədə Cavabdehnə, Tikintini icra edən şirkətlərə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma-Arxitektura İdarəsinə rəsmi məlumat verilmiş, ekspertizanın rəyin icra olunaraq tikinti-inşaat işləri dayandırımışlır. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı evinə işçi qrupu tərəfindən 25 noyabr 2020-ci il tarixdə baxış keçirilmiş, ev təmir kateqoriyasına aid edilmiş, plastik kartına 1000( bir min) manat pul köçürülmüşdür. Podratçı təşkilat tərəfindən iddiaçının evində təmir işlərinə başlanan zaman o bununla razılaşmamış, yeni ev tikilməsini tələb etmişdir.Bununla əlaqədar komissiya tərəfindən iddiaçının evinə təkrar baxış keçirilmiş və şəhid ailəsi olduğunun nəzərə alınaraq yeni yaşayış evi tikilməsi məqsədə müvafiq bilinmişdir və dövlət tərəfindən iddiaçıya yeni yaşayış evi tikilmişdir, lakin zərər çəkmiş evin kateqoriyası dəyişdirilməmiş, təmir kateqoriyasında qalmışdır. İddiaçının evi təmir kateqoriyasına aid olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamın 1.1-ci bəndi deyil, həmin sərəncamın 1.2-ci bəndi şamil olunmuş, iddiaçının plastik kartına 1000( bir min) manat pul köçürülmüşdür. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Cavabdeh başçısının Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilən 210 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı 1992-ci il tarixdə erməni işğalçılarının təcavüzü nəticəsində Ağdərə rayonundan məcburi köçkün düşmüşdür. Cavabdeh Başçısının Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. Köçkün düşdüyü tarixdən halhazıradək Tərtər rayonu, H.Z.Tağıyev küçəsində özünə məxsus fərdi evdə yaşayır. Azərbaycan Respublikası Cavabdeh başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan 1869 nömrəli, 02 noyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı evinə işçi qrupu tərəfindən 25 noyabr 2020-ci il tarixdə baxış keçirilmiş, ev təmir kateqoriyasına aid edilmiş, plastik kartına 1000( bir min) manat pul köçürülmüşdür. Podratçı təşkilat tərəfindən iddiaçının evində təmir işlərinə başlanan zaman o bununla razılaşmamış, yeni ev tikilməsini tələb etmişdir.Bununla əlaqədar komissiya tərəfindən iddiaçının evinə təkrar baxış keçirilmiş və şəhid ailəsi olduğunun nəzərə alınaraq yeni yaşayış evi tikilməsi məqsədə müvafiq bilinmişdir və dövlət tərəfindən iddiaçıya yeni yaşayış evi tikilmişdir, lakin zərər çəkmiş evin kateqoriyası dəyişdirilməmiş, təmir kateqoriyasında qalmışdır. İddiaçının evi təmir kateqoriyasına aid olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamın 1.1-ci bəndi deyil, həmin sərəncamın 1.2-ci bəndi şamil olunmuş, iddiaçının plastik kartına 1000( bir min) manat pul köçürülmüşdür. X5 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli texniki baxış aktında qeyd olunmuşdur ki, bərpa 01,0 x 1,40 m taxta pəncərə tam yararsızdır, 9 m kv.m taxta pəncərə şüşəsi sınıb, 160 kv.m azbest şifrdən dam örtüyü tam yararsızdır. Açıq eyvan və mətbəxin lombrin tavanı 20 kv.m yararsızdır.Evin döşəməsi 60 kv.m və tavanı 60 kv.m yararsızdır.30 kv.m arxa fəsad divarı yararsızdır.1 ədəd 2, 40 x 4,20 m giriş dəmir darvaza tam yararsızdır. 15 metr mişar daşından hasar yararsızdır. 10/404 nömrəli, 13 aprel 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus olan fərdi yaşayış evi dağıdılmış və qəzalı vəziyyətə salınmış evlər evlər kateqoriyasına aid edilmişdir və həmin fərdi yaşayış evində texniki baxış keçirilməsi zamanı fərdi yaşayış evində mövcud olan qüsurlar və zədələnmələr əsasən evlərin uzunmüddətli istismar nəticəsində və X5 zamanı baş vermiş partlayışların dinamikası təsiri nəticəsində yaranmışdır. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh iddiaçının əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsinə dair heç bir səy göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1-ci bəndində qeyd olunmuşdur ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000( altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500( min beş yüz) manat məbləğdə maddi yardım ödənilsin: Həmçinin, 10/404 nömrəli, 13 aprel 2021-ci il tarixli ekspert rəyində İddiaçı məxsus olan fərdi yaşayış evinin dağıdılmış və qəzalı vəziyyətə salınmış evlər evlər kateqoriyasına aid edilməsi və həmin fərdi yaşayış evində texniki baxış keçirilməsi zamanı fərdi yaşayış evində mövcud olan qüsurların və zədələnmələrin əsasən evlərin uzunmüddətli istismar nəticəsində və X5 zamanı baş vermiş partlayışların dinamikası təsiri nəticəsində yarandığı qeyd olunmuşdur. Məhkəmə bu qənaətə gəlir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində İddiaçı Umul oğlunun əmlakına dəymiş ziyanla bağlı və hər bir ailə üzvünün şəxsi əşyalarına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən fərdi yaşayış evinə dair və hər bir ailə üzvünün şəxsi əşyalarına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməməsinə dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1-ci bəndində qeyd olunmuşdur ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000( altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500( min beş yüz) manat məbləğdə maddi yardım ödənmülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu ( delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri( hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə etiraz ərizəsi təqdim etməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən X3 evinə görə 6( altı ) min manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500( bir min beş yüz) manat olmaqla cəmi 15 ( on beş min) manat məbləğində məbləğində maddi ziyan cavabdehdən tutularaq İddiaçı Yəhya oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı X3 evinə görə 6000( altı min) manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500( bir min beş yüz) manat olmaqla cəmi 15.000(on beş min) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar