Məhkəmə qərarları › İş №2-1(114)-775/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-775/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-775/2020 17.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Şəmkir rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Şəmkir rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1986-1988-ci illərdə Ermənistan Respublikasının Vardenis rayonunda və 1999-cu ildə Koroğlu adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, 1971-1972 və 1980-ci illər üzrə adam günü norması az olduğundan 3 il ərzində cəmi 8 ay sığorta stajı yaranır, ona görə də iddiaçının ümumilikdə 25 il sosial sığorta stajı yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1986-1988-ci illərdə Ermənistan Respublikasının Vardenis rayonunda və 1999-cu ildə Koroğlu adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.1999-cu il tarixədək hərbi xidmət illəri də daxil edilməklə cəmi 23 il 03 ay 25 gün sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 16798,63 manat pensiya kapitalı vardır. İddiaçının tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı olmadığından, eləcə də xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı qeyd olunur ki, iddiaçının 1971-1972 və 1980-ci illər üzrə adam günü norması az olduğundan həmin 3 il üzrə cəmi 8 ay sığorta stajı yaranır, bu səbəbdən ona məxsus əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.1999-cu il tarixədək hərbi xidmət illəri də daxil edilməklə cəmi 23 il 03 ay 25 gün sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 16798,63 manat pensiya kapitalı vardır. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28800,00 manat pensiya kapitalı yaranmır, başqa sözlə qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Şəmkir rayon filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar